Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2932/2024 29.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, Azərbaycan Respublikası DİN Yasamal rayon Polis İdarəsi tərəfindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxmağa hazırlayarkən, müəyyən etdim: Təqdim edilmiş iş materiallarını araşdıraraq hesab edirəm ki, protokolda Şəxsnə məxsus “AUDİ A6” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə inzibati xətanı törətmiş fiziki şəxs barəsində ünvanlanmış sorğuya həmin qurum tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində məlumatın verilməməsinə görə tərtib edilsə də, şirkətə ünvanlanmış məktubun onun məhz hüquqi ünvanına (ünvan 1 müvafiq sübuta rast gəlinmir. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə həmçinin onu da qeyd edir ki, hazırki iş materialları bundan əvvəl xx.xx.2024-cü il tarixdə Nəsimi rayon Məhkəməsinə daxil olmuş, Nəsimi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-2379 saylı, xx.xx.2024-cü il tarixli qərardadı (B.Pənahov) ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, növbəti dəfə məhkəməyə daxil olan inzibati xəta haqqında protokol və iş materialları eyni səbəbdən, yəni natamam olduğundan və işə baxılarkən bunu tamamlamaq mümkün olmadığından, inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci madəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP6289660 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2932/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2932/2024
29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver