Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2935/2024 29.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyildir. Protokola görə Şəxs tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilmiş “Lada 21214 Urban minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini lizinq müqaviləsinə əsasən ona verilərkən onu təkrar dövlət qeydiyyatından keçirməmişdir. Lakin iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 5xx-xx-2022-02 saylı daxili maliyyə lizinqi müqaviləsinə əlavə və dəyişikliyin edilməsi haqqında razılaşmanın məzmununda nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı qeyd olunmamış, yalnız müqavilənin predmeti kimi “Lada 21214 Urban minik” markalı avtomobilin olduğu göstərilmişdir. Belə olan halda məhz “Lada 21214 Urban minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini lizinq müqaviləsinə əsasən Şəxs MMC-yə verilməsini müəyyən etmək mümkün olmur. Məhkəmə həmçinin onu da qeyd edir ki, hazırki iş materialları bundan əvvəl xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə daxil olmuş, Nəsimi rayon Məhkəməsinin 3(006)-2380/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı (hakim B.Pənahov) ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2022-ci il tarixli, 5xx-xx.2022-02 saylı daxili maliyyə lizinq müqaviləsinə əlavə və dəyişikliyin edilməsi haqqında razılaşmada “Lada 21214 Urban minik” markalı avtomobilin dövlət qeydiyyat nişanı qeyd olunmadığı üçün geri qaytarılmışdır. Bununla da məhkəmə hesab edir ki, növbəti dəfə məhkəməyə daxil olan inzibati xəta haqqında protokol və iş materialları eyni səbəbdən geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında işin və digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb toplanmaması məsələsini həll edir. Həmin Məcəlləninn 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2935/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2935/2024
29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver