Məhkəmə qərarları › İş №3(006)-2956/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2956/2022

02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2956/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, X2 iştirakı ilə, X1 Bakı Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli, 00100/0740 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə müraciət edərək Bakı Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli, 00100/0740 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Daha sonra şikayətçi X3 şifahi olaraq ərizə ilə məhkəməyə müraciət edərək, şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X1 Bakı Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli, 00100/0740 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli, 00100/0740 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar