Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2965/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1974-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 78, mənzil 37-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11735906 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, “Shacman yük” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi kimi bu avtomobili texniki baxış keçirmədən idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan cəriməni Şəxs qanunvericiliklə müəyyən edilmiş müddətdə ödəməmiş, bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, “Shacman yük” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına olsa da, həmin avtomobil istifadəsində deyil. Belə ki, bu və digər avtomobillər həbsdədir, onların cavabdeh "xxxx" MMC-dən alınaraq ona geri qaytarılması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli qətnaməsi var. Lakin, həmin qətnamə bügünədək icra olunmamış və avtomobillər axtarışdadır. Məsələ barədə Baş X3 İdarəsi də məlumatlıdır, bununla bağlı müvafiq informasiya sistemində qeyd də aparılmışdır. Barəsində tərtib edilmiş protokol ilə razı deyil. Araşdırma düzgün aparılmayıb. İşin geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-2682/2019 saylı icra vərəqəsindən görünür ki, “Shacman yük markalı, **-DC-***, “Shacman yük markalı, **-DA-***, “Shacman yükmarkalı, **-DA-***, “Shacman yükmarkalı, **-DA-*** və “Shacman SX3314DT366” yük markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı Şəxs geri qaytarılmalıdır; • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2019-cu il tarixli, 016-112671A-3219 saylı məktubda qeyd olunur ki, Shacman yükmarkalı, **-DC-***, Shacman yükmarkalı, **-DA-***, Shacman yükmarkalı, **-DA-*** və Shacman yük markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması ilə əlaqədar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(006)-2682/2019 saylı qərardadı əsasında idarənin şəxsi heyəti təlimatlandırılmış, bununla bağlı mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır; • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasiyev tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardan çıxarışdan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.1.6-cı maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə “Shacman Yük” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması və Baş X3 İdarəsinin mühafizə olunan duracağına yerləşdirilməsi qərara alınmışdır. Beləliklə müəyyən edilir ki, “Shacman yükmarkalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs istifadəsində deyil, bu avtomobilin "xxxx" MMC-dən alınaraq ona qaytarılması barədə məhkəmə qərarı icra olunmamışdır. Məhkəmə proses iştirakçısının izahatını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən yuxarıda göstərilən hallar araşdırılmadan hazırki protokola baxılıb işi tamamlamaq mümkün deyil. Bu səbəbdən də protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2965/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2965/2023
21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver