Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2976/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi ilə, X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-2976/2022 saylı qərardadından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-2976/2022 saylı qərardadı ilə X1 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatəti təmin edilməmiş və şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-2976/2022 saylı qərardadından E.Q.Fərəcov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya məhkəməsində baxılmış və xx.xx.2022-ci il tarixli, 3(103)-2497/2022 saylı qərardadla həmin şikayətin verilməsi mümkünlüyü və mümkün sayıldığı təqdirdə buraxılmış müddətin bərpa edilməsi məsələsinin həlli üçün şikayətin Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 3(006)-2976/2022 saylı qərardadının surəti xx.xx.2022-ci il tarixli müşayiətedici məktubla X2 göndərilmiş, xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, lakin X3 tərəfindən həmin qərardaddan verilmiş şikayət xx.xx.2022-ci il tarixdə imzalanaraq poçta təqdim edilmişdir. Beləliklə müəyyən olunur ki, X3 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 3(006)-2976/2022 saylı qərardadından şikayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra verilmiş, bu qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpası barədə xahiş olunmamış, bunun üçün üzrlü səbəblər göstərilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələləri həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 3(006)- 2976/2022 saylı qərardadından verdiyi şikayət geri qaytarılsın. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2976/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2976/2022
10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver