Məhkəmə qərarları › İş №3(006)-2977/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2977/2020

06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2977/2020 06.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYP Şöbəsi tərəfindən «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli, AP serialı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti ona məxsus olan «MERCEDES BENZ VİTO Mikroavtobus» markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barəsində məlumatı sorğu daxil olduğu gündən 5 gün ərzində səlahiyyətli orqana təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İstinad olunmuş hüquq normasının tələbinə əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş hüquqi şəxs “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən « Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətin ünvan 1 ünvanına göndərilmiş sorğu məktubunun surətindən görünür ki, “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin balansında olan «MERCEDES BENZ VİTO Mikroavtobus» markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkət qaydalarını pozması ilə əlaqədar tərtib olunmuş elektron protokol barədə məlumatı qəbul edilən gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsi xahiş olunmuş, əks halda Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. Lakin həmin bildirişə poçt xəbərnaməsi əlavə olunsa da, həmin xəbərnaməni imzalayan şəxsin şəxsiyyəti müəyyən olunmadığından “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı olması öz təsdiqini tapmamışdır. Halbu ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Qeyd olunan Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 58.0-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası göstərilməlidir. Qeyd olunan Məcəllənin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsə təqdim olunmalı (daxil olmalı) və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməlidir. Hazırki iş üzrə Yasamal RPİ-nin DYPŞ-nin sorğu məktubu “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinə ünvanlandırılsa da, məktubun faktiki olaraq “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin faktiki yerləşdiyi ünvan 2 ünvanına göndərilməsini, həmin hüquqi şəxsin ünvanına daxil olmasını və həmin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən qəbul olunmasını təsdiq edən mötəbər sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi məhkəmə araşıdırılması zamanı müəyyən edilməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov .İş № 3(006)-2977/2020 BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU xx xxxxxx 2020-ci il Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş materiala Nəsimi Rayon Məhkəməsinin binasında baxılır. Məhkəmə yerində müşavirə edərək qərara alır: Azərbaycan Respublikası İXM-nin 61.3-ci maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilsin. Sədrlik edən iş üzrə məruzə edərək, bildirir ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYP Şöbəsi tərəfindən «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx xxxxxx 2020ci il tarixli, AP serialı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti ona məxsus olan «MERCEDES BENZ VİTO Mikroavtobus» markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barəsində məlumatı sorğu daxil olduğu gündən 5 gün ərzində səlahiyyətli orqana təqdim etməmişdir. Sədrlik edən iş materiallarını nəzərdən keçirib müşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra qərarı elan edir. Qərardan şikayət vermə müddəti və qaydasını izah edir. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Məhkəmə iclas katibi: İş № 3(006)-320/2020 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati icraat aparılan «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş materiala xx xxxxxx 2019-cu il tarixdə, Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. İclas saat 15:00-da açıldı. Sədrlik edən məhkəmə iclasını açaraq, baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən Azərbaycan Respublikasının inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi barədə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsinin fikrini soruşur . «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsi: - İşə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmirəm. Məhkəmə yerində müşavirə edərək qərara aldı: «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş materiala inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılsın. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi: X2 xx.xx.1987-ci ildə anadan olmuş, ali təhsilli, ünvan 3al rayonu, Yeni Yasamal yaşayış sahəsi, Dadaş Bünyadzadə küçəsi, 175e ,83 ünvanında qeydiyyatda olan. Sədrlik edən hakimi və katibi elan edir. Hakim Hüseynov Elməddin Mirpaşa oğlu. Məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızı. Sədrlik edən proses iştirakçısından hakimə və məhkəmə iclas katibinə etirazın olubolmamasını soruşur. Etiraz daxil olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsinə Azərbaycan Respublikası İXM-nin 61.1-ci maddəsinə əsasən hüquq və vəzifələrini izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsi: - Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edənin s/c olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsi: - İnzibati protokolla tanış olmuşam. Sədrlik edən proses iştirakçısından etiraz və vəsatətinin olub-olmamasını soruşur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəməyə vəsatət verərək sübutlar təqdim etmək məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etdi. Məhkəmə yerində müşavirə edərək qərara aldı: Məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə, saat :15-ə təxirə salınsın. inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsin. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Məhkəmə iclasının katibi: İş № 3(006)-320/2020 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati icraat aparılan «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş materiala xx xxxxxx 2020-ci il tarixdə, Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. İclas saat 09:15-də açıldı. Sədrlik edən məhkəmə iclasını açaraq, baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən Azərbaycan Respublikasının inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi barədə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsinin fikrini soruşur . «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsi: - İşə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmirəm. Məhkəmə yerində müşavirə edərək qərara aldı: «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş materiala inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılsın. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi: X2 xx.xx.1987-ci ildə anadan olmuş, ali təhsilli, ünvan 3al rayonu, Yeni Yasamal yaşayış sahəsi, Dadaş Bünyadzadə küçəsi, 175e ,83 ünvanında qeydiyyatda olan. Sədrlik edən hakimi və katibi elan edir. Hakim Hüseynov Elməddin Mirpaşa oğlu. Məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızı. Sədrlik edən proses iştirakçısından hakimə və məhkəmə iclas katibinə etirazın olubolmamasını soruşur. Etiraz daxil olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsinə Azərbaycan Respublikası İXM-nin 61.1-ci maddəsinə əsasən hüquq və vəzifələrini izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsi: - Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edənin s/c olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsi: - İnzibati protokolla tanış olmuşam. Sədrlik edən proses iştirakçısından başqa əlavə və vəsatətinin olub-olmamasını soruşur. Əlavə və vəsatət daxil olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsinə izahat vermək üçün söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsi Firudin İbrahimovun izahatı: -Möhtərəm hakim, Bildirirəm ki, “Dong Feng” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” MMC-nin mülkiyyətindədir. Bakı şəhəri Yasamal RPİ DYPŞ-nin polis baş leytenantı Səlim Abasov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokola əsasən “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən təqsirli bilinərək iş materialları ilə birlikdə baxılması məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamədə “xxxx” MMC-yə göndərilən məktubun ünvanı ünvan 3al rayonu. Yeni Yasamal-1, ev 6, mənzil 65 kimi göstərilmiş və həmin məktubu “xxxx” MMC-yə aiddiyyəti olmayan Axundov soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Qeyd edək ki, “xxxx” MMC-nin hüquqi ünvanı ünvan 4 məhəllə 3014-dür və bununla bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş Kommersiya Qurumunun Dövlət Qeydiyyatı Haqqında ********** nömrəli qeydiyyat şəhadətnaməsində öz əksini tapmış və bununla bağlı xx.xx.2019-cu il tarixli çıxarışda alınmışdır. "xxxx" MMC-nin hüquqi ünvanı həmin MMC-nin təsisçisi X5 tərəfindən qəbul edilmiş xx xxxx 2018-ci il tarixli qərara əsasən dəyişdirilərək Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev, 3 mikrorayon, ev 22A olaraq müəyyən edilmişdir və bu barədə hüquqi şəxsin dövlət reyestrindən müvafiq qeydlər aparılmışdır. Yəni "xxxx” MMC inzibati orqanın sorğusundan xəbəri olmamış və bununla bağlı hər hansı formada rəsmi şəkildə məlumatlandırılmamışdır. İnzibati Xətalar Məcəlləsinin 57.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilinəsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində qeyd edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 61.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququ vardır. Bakı şəhəri Yasamal RPİ DYPŞ-nin polis baş leytenantı Səlim Abasov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol əsassız olaraq tərtib edilmişdir və bu səbəbdən hazırkı iş üzrə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Sədrlik edənin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə sualına cavab - Xeyr, xəbərdarlıq məktubu «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəbul edilməmişdir. -Sorğunun çatdırılmasına dair xəbərnamədə göstərilən Axundov adlı şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi deyil bizdə belə bir işçi yoxdur. Sədrlik edən təqdim edilmiş sənədləri tədqiq edir və iş materiallarına əlavə edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə əlavə suallar daxil olmadı. Sədrlik edən işdə olan sənədləri elan edir və elan olunmuş sənədlərə qarşı proses iştirakçısından etirazının olub – olmamasını soruşur. Elan olunmuş sənədlərə qarşı etiraz olmadı. Çıxış üçün tərəfə söz verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsi:- Möhtərəm hakim, işin icraatına xitam verilməsini məhkəmədən xahiş edirəm. Çıxışlar başa çatdı. Sədrlik edən iş materiallarını nəzərdən keçirib müşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir və izah edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə protokolla tanış olmaq və ona qeydlər vermək hüququ izah olunur. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Məhkəmə iclas katibi: BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, A.Məhərrəmov küçəsi 15 tel: 431-37-22; 055 363-20-26 xx xxxxxx 2019-cu il iş № 3(006)- 08/2019 “xxxx” ASC-yə Bakı şəhəri, Bakıxanov küçəsi 13 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov rayon Polis İdarəsinə Bakı şəhəri, H.Məmmədov küçəsi 9 Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(006)-08/2019 saylı qərarın surəti məlumat üçün sizə göndərilir. Qoşma: qərarın surəti. Hakim Şəlalə Həsənova xx xxxxxx 2019-cu il iş № 3(006)- 08/2019 “xxxx” ASC-yə Bakı şəhəri, Bakıxanov küçəsi 13 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov rayon Polis İdarəsinə Bakı şəhəri, H.Məmmədov küçəsi 9 Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(006)-08/2019 saylı qərarın surəti məlumat üçün sizə göndərilir. Qoşma: qərarın surəti. Hakim Şəlalə Həsənova xx xxxx 2018-ci il iş № 3(006)-1212/2018 X3 Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Q.Aslanov küçəsi, ev 3 Azərbaycan Respublikasının DİN Abşeron Rayon Polisi İdarəsinə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 3(006)-1212/2018 saylı qərarın surəti məlumat üçün sizə göndərilir. Qoşma: qərarın surəti. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar