Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2978/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, bağ evi 1155 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə sürücü Zərərçəkmiş şəxs özünə məxsus və sürücülük hüququ olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “Zontes ZT 150” minik markalı 99-G-706 dövlət qeydiyyat nişanlı motosikllə hərəkətdə olan zaman, həmin istiqamətdə hərəkətdə olan X1 etibarnamə əsasında idarə etdiyi “BYD” markalı, **- UY-*** dövlət qeydiyyat nişanlı avtomobili anidən onun hərəkət zolağına manevr etməsi səbəbindən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs motosikletin üzərindən asfalt beton üzərinə yıxılmış və bir neçə metr sürüşdüyü üçün sol diz oynağı nahiyəsinin və sol baldırın diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan iri ölçülü dərialtı hematomasi, sol əlin İİ və lİl barmaqlarının sıyrıqları, sol baldırın qançırı ilə nəticələnən və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, o, rəsmi heç bir yerdə işləmir, evlidir və 1 övladı var. 2025-ci ilin mart ayından “Bolt” şirkətinə qoşularaq taksi fəaliyyəti ilə məşğul olmuşdur. BYD markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi BYD markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə işə gedirmiş, saat təxminən 10:30-da ünvan 2 ünvanında sağ zolaqda hərəkətdə olarkən diqqətsizlik edərək sol zolaqdan sağ zolağa dönmə işıq siqnalından istifadə etmədən anidən manevr etmişdir. Bu zaman sağdan gələn albalı metalik rəngli “Zontes markalı”, 99-G-706 dövlət qeydiyyat nişanlı ZT150 modelli motosikletlə toqquşmuşdur. O, zərbənin təsirindən yerə yıxılmış motosikletin sürücüsünə yaxınlaşmış və ona ilkin tibbi yardım göstərmək üçün xəstəxanaya aparmağı təklif etmişdir. Lakin motosikletin sürücüsü buna ehtiyac olmadığını bildirmişdir. Daha sonra o, DİN-in 102 zəng xidmətinə müraciət edərək hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlmiş və hadisə yerini müayinə etmişlər. Hadisə baş verdikdən bir neçə gün sonra hadisə ilə bağlı “Bolt” taksi şirkətindən qovulmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, o, kuryer kimi fəaliyyət göstərir. xx.xx.2025-ci il tarixdə özünə məxsus olan albalı metallik rəngli “Zontes markalı”, 99-G-706 dövlət qeydiyyat nişanlı ZT150 modelli motosikletlə evə gedirmiş, saat təxminən 10:30da ünvan 3 ünvanında sağ zolaqda hərəkətdə olarkən sol zolaqdan sağ zolağa anidən manevr edən BYD markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil onunla toqquşmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. Avtomobilin sürücüsü ona yaxınlaşmış və ona ilkin tibbi yarmış göstərmək üçün xəstəxanaya aparmağı təklif etmiş, lakin o, buna ehtiyac olmadığını bildirmişdir. Avtomobilin sürücüsü DİN-in 102 zəng xidmətinə müraciət edərək hadisə barədə məlumat vermişdir. BBPİ X6 İdarəsinin əməkdaşları hadisə yerinə gəlmiş və hadisə yerini müayinə etmişlər. Hadisə zamanı o, ayaq və diz nahiyəsindən xəsarət almışdır. Hazırda Şəxs şikayətçi deyildir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ vasitəsilə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 xx.xx.2025-ci tarixli, 397 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol diz oynağı nahiyəsinin və sol baldırın diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan iri ölçülü dərialtı hematomasi, sol əlin İİ və İİİ barmaqlarının sıyrıqları, sol baldırın qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X5 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 2/15226 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, sürücü Şəxs xx.xx.2025-ci il tarixdə ayıq olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 2/15229 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, sürücü Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə ayıq olmuşdur. Məhkəmə iclasında yol-nəqiiyyat hadisəsinin videogörüntülərinin qeydə alındığı DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, saat 10:53:36 radələrində Bakı səhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində “Meet Town” hotelinin qarşısında saat 10:53:36 radələrində yol-nəqliyyat hadisəsi baş verir. Videogörüntüdən görünür ki, “BYD” markalı, **-UY-*** d.q.n avtomobil sağa dönmək istədikdə arxadan gələn albalı metallik rəngli “Zontes markalı”, 99-G-706 dövlət qeydiyyat nişanlı ZT150 modelli motosiklet avtomobilin sol qabaq hissəsindən dəyərək idarə etməni itirir və motosikletin sürücüsü yerə yıxılır. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2978/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2978/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver