Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2982/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, X4 Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin Bakı regional bölməsinin 11 mart 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X4 məhkəməyə şikayət verərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin 11 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi 14 ünvanında yaşayır. 11 mart 2024-cü ildə ət dükanında işlədiyi zaman Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin əməkdaşı ona protokolla 600 (altı yüz) manat cərimə yazmağı haqqında heç bir məlumat vermədən protokol tərtib etmişdir. Ona bu protokol ilə bağlı nə məktub nə də telefon vasitəsi ilə məlumat verilməmişdir. O həmin protokol ilə xx.xx.2025-ci tarixində Nəsimi rayon icra nümayəndəsi Elşən Ziyəddinovun dəvəti ilə tanış olmuşdur. Həmin protokola əsasən o, heç bir sənəd təqdim etmədən onun şəxsiyyət vəsiqənin nömrəsi və ona aid olmayan VÖEN ********** ilə protokol yazılmışdır. O bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə və Vergilər Nazirliyinə müraciəti zamanı aşkar olmuşdur ki, onun adına yazılan protokolda saxtakarlıq var. VÖEN:********** başqa bir şəxsin adına çıxır. Onun belə gec müraciət etməsinin səbəbi heç bir məlumatının olmamağı idi. O, “Vətən Müharibəsi” iştrakçısı və müharibə veteranıdır, 14 il 8 ay Azərbaycan ordusunda xidmət edib ehtiyyata buraxılmış və xidmətinə görə medallar və fəxri fərmanlar ilə təltif olunmuşdur. Ailəlidir və 2 övladı var. Şikayət ərizəsini özü yazdı və doğruluğunu öz imzası ilə təsdiq edir. Odur ki, qeyd olunan inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə baxışı zamanı şikayət vermiş X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və müvafiq inzibati qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin rəisi Zaur Kərimov tərəfindən qəbul edilmiş 11 mart 2024-cü il tarixli, MN ******* nömrəli qərar qanunvericiliyin tələblərinə uyğun qaydada qəbul edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən baytarlıq qanunvericiliyinin pozulması faktı aşkar edilmiş obyektin Əhməd Qasımova məxsus olması və ya onun tərəfindən həmin yerdə fəaliyyət göstərməsi ilə bağlı iş materiallarında heç bir sübut yoxdur. Digər tərəfdən məhkəmə araşdırması zamanı Ə.Qasımovun sözügedən ünvanda ət satışı mağasının işlədilməsini təsdiq edən, onun protokol tərtib edilən gün həmin yerdə olmasını təqsdiq edən, ümumiyyətlə həmin şəxsin yoxlama aparılan obyektə nə kimi aidiyyətinin olması ilə bağlı hər hansı bir mötəbər sübut müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ə.Qasımov inzibati msuliyyətə cəlb edilə bilməz. X3 Məcəlləsinin 289.0.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat cərimə tətbiq olunmuşdur. Həmin maddənin sanksiyası isə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir kimi qeyd olunmuşdur. X2 isə vəzifəli şəxş kimi 600 manat cərimə tətbiq olunmuşdur. Lakin onun vəzifəli şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olması hansı bir sənədlə sübut olunmur. Belə ki, onun vergi ödəyicisi olması araşdırma predmeti olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bu Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, məhkəmə tərəfindən müəyyən edilir ki, X1 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, inzibati məsuliyyətə cəlb olunmuş vəzifəli şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını heç bir mötəbər sübutlarla sübuta yetirməmişdir. Azərbaycan respublikasının İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iş materiallarını, işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Bu Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 vermiş olduğu şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin 11 mart 2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2982/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2982/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver