Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2985/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26508363 nömrəli protokolu əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh verilməsi haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X1 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26508363 nömrəli protokolu əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh verilməsi haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 12:21-də anası X3 şəxsi avtomobili ilə “FAW BESTUNE T77” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Azadlıq prospektində gül salonunun önündə avtobus zolağının qırıq-qırıq xəttindən parklanmaya daxil olmuşdur. Lakin parklanmada yer az olduğu üçün arxa-arxaya parklanma etmişdir. Parklanma sms-ni göndərmiş və gül salonuna getmişdir. Çıxarkən də parklanmanı sonlandırmışdır. Həmin vaxt ona EQ 26508363 protokol üzrə 100 manat cərimə və 2 cərimə balı gəlmişdir. Qeyd olunan avtomobili anası idarə etmişdir. Sürücülük etibarnaməsi ona verdiyi üçün cərimə və bal onun adına gəlmişdir. Cərimə şəkil formasında göndərilmiş, lakin video görüntü formasında göndərilməmişdir. Sonradan Nəsimi rayon DYPŞ-nə video görüntünün göstərilməsi üçün xahiş edilmiş, lakin həmin video görüntünün onlarda olmadığı və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Videogörüntünü istəməyinin səbəbi isə avtomobilini avtobus zolağında deyil, parklanmada saxlaması olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, şikayətçi və Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, şikayətçinin və Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26508363 nömrəli protokolu əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X6 xx.xx.2025-ci il tarixdə, saat 15:19-da Nəsimi rayonu, Azadlıq prospektində Azərbaycan Respublikası İXM-nin 346.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, 5.9, 5.10.1 – 5.10.3 yol nişanları iləə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanması və durmasına görə) təqsirli bilinib 100 manat cərimə edilmişdir. İş üzrə təqdim olunmuş fotoşəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə X2 idarə etdiyi “FAW BESTUNE T77” minik markalı **-MU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yolun sol kənarında dayanmışdır. Məhkəmə iş materiallarını, şikayətin dəlilləri və təqdim edilmiş sübutlarla birlik tədqiq edərək, eləcə də tərəfin ifadələrini nəzərə alaraq hesab edir ki, baxmayaraq ki, qeyd edilən əməldə formal olaraq Azərbaycan Respublikası İXM-nin 346.8-ci maddəsinin tərkibi mövcuddur, lakin hazırki halda şəxsin həmin əməldə təqsirinin olması müəyyən edilmir. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən aydın şəkildə görmək mümkündür ki, şəxs yolun sol knarında avtomobilini saxlasa da, onun hansı məqsədlə həmin avtomobili saxlaması, yəni parklanma edilməsi və ya digər məqsədlə avtomobili saxlaması müəyyən edilmədən formal olaraq İXM-nin 436.8-ci maddəsi ilə inzibati cərimə tətbiq edilmişdir. Digər tərəfdən inzibati orqan tərəfindən hadisənin baş verməsini müşahidə etməyə imkan verən hər hansı başqa mötəbər sübut təqdim edilmədiyindən (videogörüntü) məhkəmə mövcud sübutlara və hallara əsasən hadisəyə qiymət verməli olmuşdur. İnzibati xətanın təsbit olunduğu qanunun maddəsinin dispozisiyasında qeyd edilmiş əməlin formal cəhətdən mövcudluğu, yəni 5.9, 5.10.1 – 5.10.3 yol nişanları iləə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanması və durması özü-özlüyündə heç də şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcudluğunu ehtiva etmir. Belə ki, həmin əməlin mövcudluğunda şəxsin təqsiri müəyyən edilməlidir. Əgər təqsir vardırsa, onda inzibati məsuliyyət mövcud olur. Əgər təqsir yoxdursa, onda inzibati xəta mövcud olmur. Buna görə də məhkəmə qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati işin məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən mötəbər sübutlara və işin hallarına uyğun olaraq müəyyən edilmişdir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması istisna edilir. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1 -ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26508363 nömrəli protokolu əsasında tərtib edilmiş xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26508363 nömrəli protokolu əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2985/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2985/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver