Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2991/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin 2-ci ərazi Dövlət yangın nəzarəti idarəsinin X1 Barəsində icraat aparılan Şəxs MTK-nın hüquqi şəxs: nümayəndəsi X2 iştirakları ilə Şəxs MTK (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 999-cu məhəllə; VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi üzrə tərtib olunmuş 29.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MTK-nın ünvan 2 ünvanda yerləşən yaşayış binasında yanğın təhlükəsizliyi normalarının və qaydalarının tələbləri yerinə yetirilməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib edilmiş qurumun nümayəndəsi X9 izahatında bildirdi ki, Dilbər Əliyevanın şikayəti əsasında 27-29 sentyabr 2021-ci il tarixlərində Şəxs MTK-ya məxsus ünvan 2 ünvanda yerləşən yaşayış binasında keçirilmiş plandankənar yanğın-texniki müayinə zamanı MTK tərəfindən yanğın təhlükəsizliyi normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsi faktı aşkar edilmişdir. Belə ki, həmin binadakı dəhlizdə digər qonşu tərəfindən sərbəst çıxışa mane olan sahə artırılmışdır. Məsələ ilə bağlı binanın aid olduğu Şəxs MTK-nın rəhbəri heç bir məlumatı olmadığını, pozuntu faktının əvvəlki rəhbərliyin məsuliyyətsizliyindən irəli gəldiyini bildirmişdir. Bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın nümayəndəsi X6 izahat verərək bildirdi ki, direktoru olduğu Şəxs MTK-ya məxsus ünvan 2 ünvanda yerləşən yaşayış binasında Dövlət yangın nəzarəti idarəsi tərəfindən keçirilən yanğıntexniki müayinə zamanı qonşu tərəfindən dəhlizə sərbəst çıxışa mane olan sahə artırıldığı və bununla da yanğın təhlükəsizliyi qaydalarının pozulduğu bildirilmişdir. Lakin baş vermiş pozuntu faktı MTK-nın əvvəlki rəhbərliyinin laqeydcəsinə diqqətsizliyindən irəli gələrək baş vermişdir. Buna baxmayaraq hazırda baş vermiş pozuntu faktını qəbul edərək törədilmiş xətanın məsuliyyətini dərk edirlər. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MTK tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. Baş X3 İdarəsinin 85 saylı əmri ilə təsdiq edilmiş 25.05.2001-ci il tarixli Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalarının: 1.9-cu bəndinə əsasən Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslər (müəssisələr), yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, Azərbaycan Respublikasının Dövlət X8 vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanunu tələblərini yerinə yetirmək (1.9.1); yanğın Təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək (1.9.2); yanğına qarşı təbliğat aparılaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək (1.9.3); yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlər üçün istifadə olunmasına yol verməmək (1.9.4); yanğından mühafizə bölmələrini qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq (1.9.5); yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində Baş X3 İdarəsinin və onun bölmələrinin əməkdaşlarına köməklik göstərmək (1.9.6); müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə xidmətinin şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtgü materialları, habelə ərzaq məhsulları və istirahət yerləri vermək (1.9.7); Azərbaycan Respublikasının Dövlət X8 və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək (1.9.8); Azərbaycan Respublikasının Dövlət X8 vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək (1.9.9); yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığını, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə şəhər və rayon X3 Xidmətinə və ya onun bölmələrinə ləngimədən məlumat vermək (1.9.10); binalara, tikililərə, qurğulara, buraxılan və satılan məhsullara Yanğın Təhlükəsizliyi sertifikatının və Yanğın təhlükəsizliyi sahəsində işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə lisenziyalarının vaxtında alınmasını təmin etmək (1.9.11) ; hüquqi şəxsin (müəssisənin) əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərini X10 Orqanları ilə razılaşdırmaq, həmçinin yuxanda adlan çəkilən tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və ya müəssisənin təyinatı üzrə fəaliyyəti dəyişdikdə bu haqda həmin orqanlara məlumat vermək (1.9.12) vəzifələrini yerinə yetirməlidirlər; 5-ci bəndinə əsasən köçürmə çıxışlarının sayı, ölçüsü, işıqlandırma şəraiti, tüstülənməmənin təmin olunması, eləcə də köçürmə yollarının uzunluğu, yanğına qarşı tikinti-layihə normalarına uyğun olmalıdır (5.1); köçürmə çıxışlarının bütün qapıları otaqlardan çıxışa doğru sərbəst açılmalıdır. Adamlar otaqlarda olan vaxtı qapılar daxildən yalnız tez açılan cəftə ilə bağlanıla bilər (5.2); köçürmə çıxışlarında köçürmə yollarında (5 odadavamlılıq dərəcəsi olan binalardan başqa) tavanların, divarların, pilləkan qəfəslərinin və meydançaların, eləcə də pilləkan qəfəslərində yanar konstruksiyalardan düzəldilmiş pilləkan qəfəslərinin və meydançaların bəzədilməsi üçün yanan materiallardan, boyalardan istifadə edilməsi; keçidlərin, dəhlizlərin, tamburların, qalereyaların, lift xollarının, pilləkan qəfəslərinin və pilləkanların mebellə, şkafla, avadanlıqla, ayrı-ayrı materiallarla və ya hazır məhsullarla tutulması, eləsə də köçürmə çıxışlarının qapısının mismarlanması; tamburların çıxışlarında (şəxsi yaşayış evlər və mənzillər istisna olmaqla) paltarın qurudulması, qarderob kimi istifadə edilməsi, avadanlıq və materialların müvəqqəti və ya daimi saxlanılması; köçürmə yollarında turniketlərin, dəhlizlərin, sürüşən, fırlanan, qalxıb-endirilən qapıların və digər sərbəst çıxışa mane olan qurğuların quraşdırılması; pilləkən qəfəslərində, xol və tamburlarda öz-özünə bağlanan qapıları təsbiq (fiksasiya) etmək və ya çıxartmaq qadağan olunur (5.3); otaqlarda texnoloji, sərgi və digər avadanlıqların yerini dəyişdikdə pilləkən qəfəslərində köçürmə keçidləri və digər köçürmə yolları, layihə normalarına uyğun olmalıdır (5.4); kütləvi insan toplaşan binalarda elektirik enerjisinin kəsilməsi hallarını nəzərə alaraq, xidməti heyət elektirik işıqlandırıcıları ilə təmin edilməlidirlər. İşıqlarndırıjıların sayı növbətçi heyətin hər bir əməkdaşına, bir dənədən az olmamaq şərti ilə, binada olan insanların, növbətçi heyətin sayının və obyektin xüsusiyyətini nəzərə almaqla rəhbərlik tərəfindən müəyyən edilməlidir (5.5); kütləvi şəkildə adamlar olan otaqlarda xalça, xalça zolaqları və digər döşəmə örtükləri, döşəməyə möhkəm bərkidilməlidir (5.6). İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MTK-nın məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MTK-nın törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 2.000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2991/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2991/2021
21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver