Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2996/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsiin nümayəndəsi tərtib etmiş qurum: Nümayəndə iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 27 A; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi üzrə tərtib olunmuş 04.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-nin ünvan 2 ünvanda yerləşən anbarında 24 avqust 2021-ci il tarixdə İD********** saylı müraciət əsasında ölkəyə idxal olunmuş qida məhsullarının qida təhlükəsizliyi sertifikatı olmadan satışı həyata keçirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Şəxs MMC-nin 08.07.2020-ci il tarixli, İD********** saylı müraciət əsasında ölkəyə idxal olunmuş qida məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatı dövlət rüsumu ödənilmədiyindən X2 Bakı Regional Bölməsinin 23.07.2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Ölkəyə idxal edilmiş həmin məhsul partiyalarının satışı və ya anbarda saxlanılması barədə X3 rəsmi məlumat verilməsi üçün şirkətə 24.08.2021-ci il tarixədək vaxt verilərək bu barədə məktublar göndərilsə də, buna heç bir cavab verilməmişdir. Bundan sonra X4 tərəfindən tərtib edilmiş qida təhlükəsizliyi sertifikatının alınması üçün idxal və ixrac olunan məhsullara baxış keçirilməsi barədə 04.10.2021-ci il tarixli akt əsasında Şəxs MMC-nin İD********** saylı müraciəti üzrə ölkəyə idxal olunmuş qida məhsullarının saxlanıldığı anbara baxış keçirildikdə həmin məhsul partiyası orada aşkar edilməmiş, satışının həyata keçirilməsi faktı müəyyən olunmuşdur. Şirkətin inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq, barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: “İdxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi haqqında” İD********** saylı ərizədən aydın olur ki, Şəxs MMC 08.07.2020-ci il tarixdə istifadə təyinatı insan istehlakı üçün nəzərdə tutulmuş qabığı soyulmuş düyü məhsulu üçün qida təhlükəsizliyi sertifikatının alınması məqsədilə Azərbaycan Respublikasının X3 müraciət etmişdir; Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinin 23.07.2021-ci il tarixli qərarına əsasən Şəxs MMC-nin idxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı 08.07.2020-ci il tarixli, İD********** saylı müraciəti “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə əsasən qanunla tələb olunduğu halda, lisenziyanın verilməsi üçün dövlət rüsumu və icazənin verilməsi üçün dövlət rüsumu və ya ödəniş lisenziya və icazə verən orqanın verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim olunur. Qanunla nəzərdə tutulan dövlət rüsumunun ödənilməsi üçün 07.09.2020-ci il tarixdə X1 İnformasiya sistemi üərindən ərizəçinin şəxsi kabinetinə ödəniş bildirişi göndərilmiş, lakin rüsumun ödənilməsinə dair müvafiq qəbz X2 Bakı Regional Bölməsinə təqdim edilməmişdir. Nəticədə Şəxs MMC-nin 08.07.2020-ci il tarixli, İD********** saylı müraciəti əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatı ləğv edilmişdir; Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinin Şəxs MMC-yə ünvanlanan 23.07.2021-ci il tarixli, 23/11 İSN-7031 saylı məktubuna görə şirkətdən 08.07.2020-ci il tarixli, İD********** saylı müraciəti əsasında ölkəyə idxal olunmuş yeyinti məhsulları partiyası (satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması) barədə məlumatların 24.08.2021-ci il tarixinədək Agentliyin Bakı Regional Bölməsinə təqdim edilməsi xahiş olunmuşdur; Azərbaycan Respublikasının X2 04.10.2021-ci il tarixli aktına əsasən Şəxs MMC-nin ünvan 2 ünvanda yerləşən anbarında 08.07.2020-ci il tarixli, İD********** saylı müraciət əsasında idxal edilmiş qida məhsullarına baxış keçirilmiş, nəticədə həmin məhsul partiyasının orada aşkar edilmədiyi, satışının həyata keçirildiyi məlum olmuşdur; Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 04.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs MMC-nin ünvan 2 ünvanda yerləşən anbarında 24 avqust 2021ci il tarixdə İD********** saylı müraciət əsasında ölkəyə idxal olunmuş qida məhsullarının qida təhlükəsizliyi sertifikatı olmadan satışı həyata keçirilmiş, nəticədə şirkət tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın 2.1-ci bəndinə görə ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının X4 tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan yeyinti məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur. Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə qaydaları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qida təhlükəsizliyi sertifikatının alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2996/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2996/2021
04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver