Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-302/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X3 qızının katibliyi, şikayətçi X4 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 nümayəndəsi və vəkili Vəkil şikayətlə məhkəməyə müraciət edərək Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Yasamal RPİ-nin 26-cı PB-nin baş leytenantı, Ə.M.Əzimov xx xxxxxx 2020-ci il tarixində həmin bölmənin sahə rəisi və özünü sahə inspektoru kimi təqdim edən Orxan Cürənlinin iştirakı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinin pozulması iddiası ilə U.A.Elçinin barəsində MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş və əsas kimi həmin tarixdə ünvan 1 ünvanda “xxxx” MMC-də (MMC) qapalı şəraitdə tibbi qoruyucu maskadan istifadə etmədiyini göstərmişdir. U.A.Elçin polis əməkdaşının göstərdiyi əsasla razılaşmayaraq, fiziki şəxs olaraq qaydalara uyğun şəkildə qapalı məkanda, ayrı otaqda hüquqi yardım və sahibkarlıq fəaliyyətinin icrası ilə bağlı gündəlik işi ilə məşğul olduğunu və özünü təqsirli bilmədiyini protokolun izahat bölməsində qeyd etmiş, əlavə izahat üçün şərait yaradılmasını xahiş etsə də, ona protokolda bunun üçün yerin olmadığı bildirilmiş və barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol təqdim olunsa da, inzibati tənbeh vermə haqqında qərar təqdim olunmamışdır. xx.xx.2020-ci il tarixdə nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən Vəkil Yasamal RPİ-nin 26-cı PB-nin rəisinə yazılı surətə ərizə ilə müraciət edərək, U.A.Elçinin barəsində tərtib olunmuş protokol əsasında tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın surətinin ona təqdim olunmasını xahiş etmiş, həmin qərar təqdim olunmadığından, təkrar xx.xx.2020-ci il tarixdə müraciət etdikdən sonra xx.xx.2021-ci il tarixdə U.A.Elçinin barəsində tərtib olunmuş protokol və həmin protokol əsasında qəbul edilmiş qərarın surəti ona rəsmi surətdə təqdim olunmuşdur. Belə ki, U.A.Elçinin barəsində tərtib olunmuş protokol və həmin protokol əsasında qəbul edilmiş qərar qanunsuzdur və ləğv edilməlidir. Həmçinin, ünvan 1 ünvanda yerləşən ‘‘xxxx” MMC-nin yerləşdiyi yer 3 otaqdan ibarət ofisdir və otaqlar bir-birindən bütöv daş divarlar və taxta qapılarla təcrid olunmuşdur. Bundan başqa, eyni otaqda belə iş masaları arasında məsafə 1,5-2 metr izolyasiya məsafəsi gözlənilir. U.A.Elçinin barəsində protokolu tərtib edilərkən o və digər iş yoldaşı ayrı-ayrı otaqlarda tək olaraq işləmişlər. Daha sonra, “xxxx” MMC-nin yerləşdiyi yer, ümumi sahədən ibarət deyil, bir-birindən təcrid olunmuş 3 otaqdan ibarətdir. Bura açıq sahəli ofis hesab oluna bilməz və ofisdə olan 2 şəxs bir-biri ilə təmasda olmadan, təcrid olunmuş şəkildə bütün sanitar və gigiyenik standartlara riayət olunduğu ayrı-aryı otaqlarda olmuşdur. Belə olan halda U.A.Elçinin barəsində İXM-nin 211-ci maddəsi ilə protokol və qərar tərtib edilə bilməzdi. Bununla yanaşı, iddia olunan inzibati xətanın müəyyən edildiyi vaxt o, iş yoldaşı ilə çay fasiləsində olmuş və təbbi ki, maska ilə çay içilməsi mümkünsüz olduğundan və nəzəri olaraq açıq sahəsi ofisdə olsaq belə çay içərkən maska taxılmaması İXM-nin 211-ci maddəsi ilə məsuliyyət yaratmır. Bunlarla yanaşı, U.A.Elçinin barəsində tərtib olunmuş protokol və həmin protokol əsasında qəbul edilmiş qərarda iddia edilən inzibati xətaya görə məsuliyyət müəyyən edən norma da dügün göstərilməmiş, U.A.Elçinin İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qeyd edilmişdir. Halbuki, İXM-nin 211-ci maddəsi ilə 3 maddə - 211.1, 211.2. və 211.3.-cü maddələr ehtiva edilir və xüsusi karantin rejimində tənəffüz yollarını qoruyan fərdi vasitələrdən istifadə tələblərinin pozulmasına görə məsuliyyət İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulub. Göstərilənləri nəzərə alaraq, U.A.Elçinin barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş eyni tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi U.A.Elçinin nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Yasamal RPİ-nin 26-cı PŞ-yə lazımi qaydada və telefon vasitəsilə məlumat verilsə də, Yasamal RPİ-nin 26-cı PŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Yasamal RPİ-nin 26-cı PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, U.A.Elçin həmin tarixdə Yasamal rayonu, B.Səfəroğlu küçəsində yerləşən “Rödl and Partner” şirkətində qapalı şəraitdə tibbi qoruyucu maskadan istifadə etməmiş və buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, U.A.Elçinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qərar qəbul edilərək sonuncu 100 manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan İstehsalat və Kommersiya şirkəti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan və fotoşəkillərdən görünür ki, “xxxx” MMC-yə 5-ci mərtəbəyə icarəyə verilmiş ofis (sahəsi 97 kv.m) 3 otaq, mətbəx, sanitar qovşağı və dəhlizdən ibarətdir. Otaqlar arasındakı divar kərpiclə hörülmüşdür və tam təmirlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, U.A.Elçinin barəsində xx xxxxxx 2020-ci il tarixdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına yol verməsi ilə bağlı Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşlarıı tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş eyni tarixli inzibati tənbeh vermə haqqında qərarla o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, U.A.Elçin barəsində Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 189 saylı Qərarında nəzərdə tutulmuş müddəaları düzgün araşdırmadan protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş qərarda U.A.X2 Məcəlləsinin 211-ci maddəsinin hansı bəndiylə təqsirli bilinməsi göstərilməmişdir. Belə ki, “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 189 saylı Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq sahəli ofislərdə və istehsalat yerlərində sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta törədilən yer “xxxx” MMC-nin ofisi 3 otaq, mətbəx, sanitar qovşağından ibarətdir və dəhlizin arasındakı divar kərpiclə hörülmüşdür. Bununla, ofisdə Nazirlər Kabinetinin qərarında göstərildiyi kimi istehsalat yerlərində sosial məsafə (insanlar arası məsafə 1,5-2 metr) gözlənilmişdir. X1 Məcəlləsinin 211-ci maddəsinə əsasən: 1) 211.1 Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. 2) 211.2. Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. 3) 211.3. Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi 3 bənddən ibarət olmasına baxmayaraq sonuncu barəsində tərtib olunmuş protokolda və həmin protokol əsasında qəbul edilmiş qərarda həmin Məcəllənin 211-ci maddəsinin hansı bəndi ilə təqsirli bilinməsi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi U.A.Elçin barəsində qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən düzgün qəbul edilməmiş, həmin Məcəllənin müvafiq maddəsi dəqiq göstərilməmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və U.A.Elçin barəsində əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Yasamal RPİ-nin 26-cı Polis Bölməsində aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 nümayəndəsi və vəkili Vəkil şikayəti qismən təmin olunsun. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-302/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-302/2021
04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver