Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3024/2021 19.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Günay Alim qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə tərtib olunan MN ******* nömrəli, 05 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Nəsimi rayon Məhkəməsinə daxil olmuşdur. X2 Bakı regional bölməsinin inzibati xəta haqqında MN ******* nömrəli, 05 oktyabr 2021-ci il tarixli protokoluna görə Şəxs MMC ölkəyə idxal etdiyi qida məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan satmışdır. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X7 izahatında bildirmişdir ki, barələrində tərtib olunmuş protokol əsassızdır. Belə ki, Azərbaycan Respublikası X2 Bakı X8 Rayon Məhkəməsinə təqdim etdiyi inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında bildirişdə sözügedən qurum qeyd edir ki, “Lisenziyalar və icazələr haqqında” Qanunun 19.11-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilmədiyinə görə 17.06.2020-ci il tarixli, İD**********4 nömrəli müraciət əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatının ləğvi üçün 23.07.2021ci il tarixli İD**********4 nömrəli qərar qəbul edilmişdir. QTA-nın iddiasına görə Şəxsnə sertifikatın ləğv edilməsi ilə bağlı 28.07.2021-ci il tarixdə 23/1/İSN-7022 nömrəli məktub ünvanlanmış, sonra isə inzibatı icraatla bağlı X3 inzibati binasına dəvət olunmuşdur. Lakin iş materiallarında Şəxs tərəfindən bu müraciətlərin qəbul edilməsi barədə hər hansı bir məlumat daxil edilməmişdir. Belə ki, Şəxs MMC-nin faktiki ünvanı olan ünvan 1 ünvan 2 edilməmişdir. Həmçinin, müəssisənin onlayn kargüzarlığına da bu barədə məlumat daxil olmamışdır. Eyni zamanda qanuni təmsilçi X6 qeydiyyatda olduğu ünvana da bu barədə məlumat daxil olmamışdır. Nəsimi Rayon Məhkəməsindən bildiriş əldə etdikdən sonra tərəflərindən sözügedən sertifikata dair dövlət rüsumu ödənilmiş və ehtimal olunan inzibati pozuntu aradan qaldırılmışdır. İdxal etdikləri plastik qabların isə satışını həyata keçirməmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişsir. Buna görə də məhkəmə səlahiyyəti orqanın nümayəndəsinin iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: - 05 oktyabr 2021-ci il tarixli, MN ******* saylı tarixli inzibati xəta haqqında protokola görə Şəxs MMC-yə 17.08.2020-ci il tarixli, **********74 nömrəli müraciət əsasında idxal olunmuş məhsulları qida təhlükəsizliyi sertifikatı olmadan satmışdır; - Qida təhlükəsizliyi sertifikatının ləğv edilməsi haqqında 23.07.2021-ci il tarixli, İD********** nömrəli qərardan görünür ki, ərizəçi tərəfindən dövlət rüsumu ödənilmədiyindən Şəxs MMC-nin 17.08.2020-ci il tarixli müraciəti əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatı ləğv edilmişdir; - Azərbaycan Respublikasının X2 Bakı regional bölməsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 23.07.2021-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC-nin ölkəyə idxal olunmuş qida məhsullarının sertifikatlaşdırılması barədə olan 17.08.2020-ci il tarixli, İD********** nömrəli müraciətinə Azərbaycan Respublikasının X2 Bakı regional bölməsində baxılmışdır. Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsi üçün X1 İnformasiya sistemi üzərindən şəxsi kabinetə ödəniş bildirişi göndərilmiş, lakin dövlət rüsumunun ödənilməsinə dair müvafiq qəbz Agentliyə təqdim edilməmişdir. MMC-dən müraciəti əsasında ölkəyə idxal olunmuş qida məhsulları partiyası (satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması) barədə məlumatların 24.08.2021-ci il tarixədək Agentliyin Bakı regional bölməsinə təqdim edilməsi xahiş edilmiş, qeyd olunan müddət ərzində məlumat verilmədiyi təqdirdə məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcəyi və inzibati icraata başlanılacağı bildirilmişdir; - Azərbaycan Respublikasının X2 Bakı regional bölməsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 17.09.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması barədə bildirişdən görünür ki, Şəxs MMC-nin səlahiyyətli şəxsinin 05.10.2021-ci il tarixdə saat 11:00-da Agentliyin Bakı regional bölməsinə gəlməsinin zəruri olduğu qeyd edilmişdir; - 11.11.2021-ci il və 12.11.2021-ci il tarixli poçt arayışlardan görünür ki, X5 tərəfindən Şəxs MMC-nin istər hüquqi, istər faktiki ünvanına göndərilmiş heç bir məktub daxil olmamışdır; - 11.11.2021-ci il tarixli qəbzdən görünür ki, İD********** nömrəli müraciət üzrə Şəxs MMC tərəfindən qanunda nəzərdə tutulmuş dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, iş materialları ilə müəyyən olunduğu kimi, Şəxs MMC-nin 17.08.2020-ci il tarixli, İD********** nömrəli müraciəti əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatının ləğv olunmasına səbəb adı çəkilən MMC tərəfindən müvafiq rüsumun ödənilməməsi olmuşdur və həmin qərar 23.07.2021-ci il tarixdə qəbul edilmişdir. Qeyd edilən qərarın Şəxs MMC-yə çatdırılması məhkəmə iclasında təsdiqini tapmamışdır. Eləcə də, iş materiallarında olan 11.11.2021-ci il tarixli qəbzdən göründüyü kimi İD********** nömrəli müraciət üzrə Şəxs MMC tərəfindən qanunda nəzərdə tutulmuş dövlət rüsumu bununla bağlı məlumatları olduqdan sonra ödənilmişdir. Bundan başqa inzibati xəta haqqında protokolda Şəxs MMC tərəfindən İD********** nömrəli müraciət əsasında idxal olunan qida məhsullarının qida təhlükəsizliyi sertifikatı olmadan satılması göstərilsə də, bununla bağlı hər hansı sübut inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3024/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3024/2021
19.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver