Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3028/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş 07.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş hazırki protokoldan əlavə icraatıma bu şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş 07.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol da daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bu Məcəllənin 34.4-cü maddəsinə görə şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Yuxarıda qeyd olunan protokolların məzmunundan görünür ki, Şəxs müxtəlif vaxtlarda zərər çəkmiş şəxslərə məxsus əmlakları oğurlayaraq xırda talama etmiş və bununla bağlı protokollar eyni orqan tərəfindən tərtib olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.09.2020-ci il tarixli Qərarında qeyd olunur ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Həmçinin nəzərə alınmalıdır ki, qanunverici “barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Bu qayda inzibati xətalar qanunvericiliyinin prinsiplərinə uyğundur. Əks yanaşma şəxsə inzibati xətaya görə qanunvericilikdə müəyyən olunmuş tənbehin həddlərindən daha artıq tənbehin tətbiq olunması ilə nəticələnə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş xətaya baxılması rayon (şəhər) məhkəməsinin səlahiyyətinə aid edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – daxili işlər naziri, onun müavinləri, Nazirliyin Aparatının baş idarə (idarə) rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisləri, onların müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, şöbələrinin, xətt bölmələrinin, məntəqələrinin rəisləri, onların müavinləri, baş təhqiqatçılar, təhqiqatçılar, baş əməliyyat müvəkkilləri, əməliyyat müvəkkilləri, polis sahə rəisləri, polis sahə inspektorları, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar tərəfindən tərtib olunur. Göstərilənlərdən belə aydın olur ki, müxtəlif vaxtlarda törətdiyi xırda talama əməllərinə görə barəsində inzibati icraat aparılan şəxs Şəxs haqqında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi tərəfindən ayrı-ayrılıqda inzibati xəta haqqında protokollar tərtib edilsə də, həmin işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğu üçün prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bu işlər bir icraata birləşdirilməmiş, hər bir protokol ayrı-ayrlıqda baxılması üçün məhkəməyə göndərilmişdir. Belə olan halda hesab edirəm ki, yuxarıda sadalanan hallara riayət olunması üçün inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş 07.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3028/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3028/2021
07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver