Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3029/2021 08.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 İnzibati xəta haqqında protokolu X2 tərtib etmiş şəxs: Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1990-cı ildə Naxçıvan MR, Şərur rayonu, Tumaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, işləməyən, Naxçıvan MR, Şərur rayonu, Tumaslı kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş 08 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 09.07.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 ucuz qiymətə bir ədəd soyuducu və stol, dörd ədəd stuldan ibarət əşyaları satmaq adı ilə sonuncuya məxsus 450 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, 29.09.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 “X9” yaşayış kompleksində az işlənmiş mebel əşyalarını satmaq adı ilə sonuncuya məxsus 300 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin sahə rəisi X4 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 şikayətləri əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şəxs 09.07.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 ucuz qiymətə bir ədəd soyuducu və stol, dörd ədəd stuldan ibarət əşyaları satmaq adı ilə sonuncuya məxsus 450 manat pulu, 29.09.2021-ci il tarixdə isə Zərərçəkmiş şəxs1 “X9” yaşayış kompleksində az işlənmiş mebel əşyalarını satmaq adı ilə sonuncuya məxsus 300 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Onun əməllərində cinayət tərkibi olmadığından barəsində 26.07.2021-ci il və 07.10.2021-ci il tarixli qərarlarla cinayət işinin başlanılması rədd edilmiş və barəsində aparılan hər iki inzibati iş üzrə icraat bir icraatda birləşdirilməklə müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində hazırda çoxsaylı belə araşdırmalar aparılır. Qeyd olunanlara əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, 29.09.2021-ci il tarixdə onun mobil nömrəsinə ***-***-**-** saylı nömrədən zəng edən bir nəfər şəxs ona “X9” yaşayış kompleksində Araz Ağalarov adlı şəxs mənzilindən köçdüyündən oradakı az işlənmiş mebel dəstini 300 manata satdığını söyləmişdir. Özünü ona “Vüsal” adı ilə təqdim edən bu şəxs arvadı Ülkərin guya onun xəstəsi olduğunu bildirmiş, bu səbədən o, ona inanmışdır. Məsələni əri Oqtay Salahova danışdıqdan sonra sonuncu vasitəsilə “Vüsal” adlı şəxsin göndərdiyi, X3 adına olan "xxxx" ASC-yə məxsus bank hesabına 300 manat pul göndərmişdir. Sonradan “Vüsal” adlı şəxslə əlaqə saxlaya bilməmişdir. Sonradan bilmişdir ki, bu şəxsin adı Şəxsdur. Ona vurulmuş zərər ödənilməmiş, Şəxs şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, o, 09 iyul 2021-ci il tarixdə, saat 16 radələrində onun mobil nömrəsinə ***-***-**-** saylı nömrədən zəng edən bir nəfər şəxs ona bir ədəd soyuducu və stol, dörd ədəd stuldan ibarət əşyaları ucuz qiymətə satdığını söyləmişdir. Özünü ona “Vüsal” adı ilə təqdim edən bu şəxslə 450 manata razılaşmış və sonuncu əşyaları “X9” yaşayış kompleksinin yaxınlığında yük avtomobilinə daşıyacağını bildirmişdir. O həmin şəxsin bildirdiyi, X1 adına olan bank hesabına “Port Baku Bazar” mağazasının içərisindəki ödəniş terminalı vasitəsilə 450 manat pulu göndərmişdir. Sonradan o, Vüsal” adlı şəxsə zəng etsə də, onunla əlaqə saxlaya bilməmişdir. Sonradan bilmişdir ki, bu şəxsin adı Şəxsdur. Ona vurulmuş zərər ödənilməmiş, Şəxs şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, 09.07.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 ucuz qiymətə bir ədəd soyuducu və stol, dörd ədəd stuldan ibarət əşyaları satmaq adı ilə 450 manat pulu, 29.09.2021-ci il tarixdə isə Zərərçəkmiş şəxs1 “X9” yaşayış kompleksində az işlənmiş mebel əşyalarını satmaq adı ilə 300 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Əməllərindən peşmandır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bu Məcəllənin 34.4-cü maddəsinə görə şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələbi nəzərə alınmalıdır. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07.10.2021-ci il tarixdə, saat 00:30-da tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 02 (iki) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 07 oktyabr 2021-ci il tarixdən, saat 00:30-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3029/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3029/2021
08.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver