Məhkəmə qərarları › İş №3(006)-3034/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3034/2024

02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3034/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, Nümayəndə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYNA ******* saylı, 05 iyun 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə olunmuş materialları məhkəmə iclasında baxılmağa hazırlayarkən, m ü ə y y ə n e t d i m: Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYNA ******* saylı, 05 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYNA ******* saylı, 05 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X1 Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib cərimə edilmişdir. Həmin qərardan şikayət vermə hüququnun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 məxsus olması müəyyən edilsə də, qeyd olunan qərardan şikayət vermək hüququ olmayan Nümayəndə tərəfindən şikayətin verilməsi müəyyən olunmuşdur. Həmçinin inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılması müəyyən edilmiş, həmin müddətin üzrlü hesab edilməsinə dair vəsatət məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Nümayəndə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYNA ******* saylı, 05 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzürlü sayılmasına dair əsaslı sübut təqdim edilmədiyindən, bundan əlavə şikayətin hüququ olmayan şəxs tərəfindən verilməsi müəyyən olunduğundan geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Nümayəndə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYNA ******* saylı, 05 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar