Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3039/2021 20.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 Qərarından şikayət verilən Bakı şəhər X11 İdarəsinin orqan: nümayəndəsi X4 iştirakları ilə X2 Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş 10.10.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, 28.09.2021-ci il tarixdə Nəsimi Rayon ərazisində o və qarşı tərəfin idarə etdiyi nəqliyyat vasitəsilə yol nəqliyyat hadisəsi baş vermişdir. Bakı şəhər X11 İdarəsinin Yol patrul xidmətinin baş inspektoru tərəfindən ona qeyri-qanuni olaraq cərimə tətbiq edilmişdir. Həmin qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında qərarı qəbul etmiş qurumun nümayəndəsi X8 izahatında göstərdi ki, X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbini pozaraq yol nəqliyyat hadisəsi törətmiş və Bakı şəhər X11 İdarəsinin Yol nəqliyyat hadisələri üzrə icraat şöbəsinin inspektoru Səmədov Məmməd tərəfindən hadisənin videogörüntüsünə baxış keçirilərək araşdırma nəticəsinə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İlqar Məmmədkərimov tərəfindən qərardan verilmiş şikayət əsassızdır. Belə ki, İ.Məmmədkərimov 28.09.2021-ci il tarixdə idarə etdiyi avtomobillə hərəkətdə olarkən nizamlanmayan yol ayrıcına daxil olub yolda hərəkət üstünlüyünə malik nəqliyyat vasitəsinə yol verməyərək yol-nəqliyyat hadisəsini törətmişdir. Hadisə ilə bağlı videogörüntülərdən də görünür ki, İlqar Məmmədkərimov inzibati xətanı bilərəkdən törətmiş və sonradan müxtəlif bəhanələr gətirərək məsuliyyətdən yayınmağa çalışmışdır. Bu səbəbdən İ.Məmmədkərimovun Bakı şəhər X11 İdarəsinin TP ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayəti əsassız hesab edir. Şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şikayət vermiş şəxs məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş 10.10.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 28.09.2021-ci il tarixdə, saat 11:30-da Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsində idarə etdiyi “Toyota Prius minik” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Təqdim edilmiş videogörüntüdən görünür ki, “Toyota Prius minik” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil nizamlanmayan yol ayrıcına daxil olub yolda hərəkət üstünlüyünə malik nəqliyyat vasitəsinə yol verməyərək sağdan avtomobillərin hərəkətinin davam etdiyi vaxtda öz hərəkətini davam etdirib görüntüdə tam aydın olmayan nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsini törədir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin lll hissəsinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə məsuliyyət müəyyən edir. Beləliklə müəyyən edilir ki, X3 Bakı şəhər X11 İdarəsinin 10.10.2021-ci il tarixli qərarı ilə idarə etdiyi “Toyota Prius minik” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İ.Məmmədkərimov həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu iddia etmişdir. Lakin qərarı qəbul etmiş qurumun nümayəndəsinin məhkəməyə təqdim etdiyi görüntüdən də aydın olur ki, 28.09.2021-ci il tarixdə, saat 11:30-da Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsində İ.Məmmədkərimov idarə etdiyi avtomobil ilə nizamlanmayan yol ayrıcına daxil olub yolda hərəkət üstünlüyünə malik nəqliyyat vasitəsinə yol verməyərək sağdan avtomobillərin hərəkətinin davam etdiyi vaxtda öz hərəkətini davam etdirib digər nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsini törədir. Bununla da görünür ki, X3 Bakı şəhər X11 İdarəsi tərəfindən düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş 10.10.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3039/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3039/2021
20.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver