Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3040/2025 30.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X4, inzibati tənbehvermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, X4 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru X2 barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “X13 Minik” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Mirqasımov-Mərdanov Qardaşları küçəsində, Bakı şəhəri DYPİ yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, yəni yol ayrıcını pozmaqla bağlı həmin tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin vaxt tərəfindən hər hansı bir xətaya, o cümlədən də yuxarıda qeyd edilmiş, inzibati xəta törətmədiyini əsas gətirərək həmin protokolu imzalamaqdan imtina etmişdir. Həmçinin DYP əməkdaşı ona tərəfindən belə bir qayda pozuntusunun törədilməsi ilə bağlı hər hansı görüntü təqdim etməmişdir. Sonradan həmin protokol üzrə inzibati işə xx.xx.2025-ci il tarixdə Bakı şəhər DYPİ polis mayoru X5 tərəfindən baxılmışdır. O təqsirli bilinərək 3 cərimə balı hesablanmaqla 100 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərar qanunsuz hesab edilməklə ləğv olunmalıdır. Belə ki, yuxarıda göstərildiyi kimi, istər protokol tərtib edilərkən, istərsə də qərar qəbul edilərkən aidiyyəti vəzifəli şəxslər tərəfindən maddi və prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, bir daha bildirir ki, əvvəla tərəfindən hər hansı inzibati pozuntuya yol verilməmiş və bununla bağlı ona hər hansı sübut təqdim olunmamışdır. Bundan başqa, qanuni tələbinə əsasən həmin inzibati işə baxılarkən, işin baxılma yeri, vaxtı barədə ona məlumat verilməli olduğu halda, hüquqları kobud surətdə pozularaq, işə onun iştirakı olmadan baxılmışdır. Göstərilənləri nəzərə alaraq, Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru, polis serjantı X2 barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şikayət vermiş X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq avtomobillə hərəkət etdiyi zaman bütün qarşıdakı avtomobillər də hərəkət etmişdir və baş yoldakı avtomobil piyada zolağında hərəkət edən şəxsə yol verdiyinə görə o da hərəkətini davam etdirmişdir. Belə ki, baş yolda olan avtomobil hərəkətsiz vəziyyətdə qalmışdır. O həmin vaxt hər hansı digər nəqliyyat vasitəsinin hərəkətinə mane olmamışdır. Qeyd olunanları nəzərə alaraq, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər BPİ X12 İdarəsinin nümayəndəsi X3 şikayətə etiraz edərək bildirmişdir ki, barəsində qərar çıxarılmış şəxs X4 inzibati xətanı törətməməsinə dair hər hansı sübut təqdim edilməmişdir. X6 “Yol ver” nişanının tələblərinə əməl etmədiyinə görə cərimə olunmuş və qeyd olunan hal videogörüntü vasitəsilə də öz təsdiqini tapmışdır. Qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, şikayətçini və X9 nümayəndəsini dinləyərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ YPX inspektoru X5 tərəfindən qəbul edilən TP ******* saylı, 03 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixində, saat 14:33-də “X13 Minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X6 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinin tələbinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qeyd olunan Məcəllənin 61.1-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan işin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən istifadə etmək hüquqları vardır. Məhkəmə hesab edir ki, səlahiyyətli şəxs tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, kobud pozuntulara yol verilmiş və bu da X4 İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqlarının pozulması deməkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qərar qəbul edilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulduğuna görə X6 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, onun barəsində qəbul edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli və X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinin tələblərinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması barədə Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3040/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3040/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver