Məhkəmə qərarları › İş №3(006)-3041/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3041/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3041/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 08 may 2025-ci il tarixdə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 182100.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürmüşdür. Lakin, ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 37051.20 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmət) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil verdiyi izahatında göstərmişdir ki, inzibati xəta haqqında icraatın başlanmasına səbəb olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 08 may 2025-ci tarixli inzibati xəta haqqında protokol əsassızdır. Sözügedən protokola əsasən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müəyyən məbləğdə xaricə pul köçürülsə də, guya həmin pul vəsaitinin müqabilində mallar idxal edilməmiş, edilmədiyinə görə isə ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Lakin, təqdim olunan müqavilələrdən görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ilə vasitəçi şirkət KX “Arman-M” şirkəti arasındakı müqaviləyə əsasən müvafiq malların sifarişi üçün 182000 ABŞ dolları köçürülmüşdür. Malların idxal edilməsi ilə bağlı gömrük bəyannaməsi məhkəməyə təqdim edilmişdir. 145000 ABŞ dolları məbləğində mal idxal olunmuşdur, qalan malın qiyməti isə 37000 ABŞ dollarıdır. xx.xx.2023-cü il tarixində Şəxs MMC ilə KX “Arman-M” şirkəti arasındakı yeni müqavilə imzalanmış və məlumat göndərilmişdir ki, 37000 ABŞ dolları məbləğində pul vəsaiti yeni müqaviləyə əlavə edilsin, mallar birgə göndərilsin. Göründüyü kimi, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti öz funksiyalarını yerinə yetirmiş və buna uyğun gəlir əldə etmişdir. Bunu qeyd olunan müqavilələr və gömrük bəyannaməsi təsdiq edir. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş köçürmə haqqında ərizənin surətindən görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Qazaxıstan Respublikasında qeydiyyatdan keçmiş KX “Arman-M” şirkətinin müvafiq bank hesabına iri buynuzlu malqaranın alınması məqsədilə 182000 ABŞ dolları ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş 29 mart 2023-cü il tarixli 6 nömrəli və 06 sentyabr 2023-cü il tarixli 12 nömrəli müqavilələrin və 29 mart 2023-cü il tarixli ödəniş tapşırığının surətlərindən görünür ki, 29 mart 2023-cü il tarixli 6 nömrəli müqavilə əsasında iri buynuzlu mal-qaranın alınması məqsədilə “KX “Arman-M” müvafiq bank hesabına 182000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Beləliklə, toplanmış iş materiallarına və Şəxs MMC-nin nümayəndəsinin izahatına əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində KX “Arman-M” şirkətinə 29 mart 2023-cü il tarixli 6 nömrəli müqaviləyə əsasən 182000 ABŞ dolları məbləğində avans ödənişi həyata keçirilmişdir. Göstərilən avans ödənişinin bağlanması məqsədilə Azərbaycan Beynəlxalq Bankına **********8218 – 9220.80 USD, **********8314 – 66492.00 USD və **********8333 – 69336.00 USD yük gömrük bəyannamələri təqdim edilmişdir. Qeyd olunan bəyannamələr üzrə ümumilikdə 145048.80 ABŞ dolları məbləğində avansın bağlanması təsdiqlənmişdir. Qalan 37051.20 ABŞ dolları məbləğində avansın bağlanmsı məqsədilə isə **********2530 nömrəli yük gömrük bəyannaməsi təqdim edilmişdir. Lakin qeyd olunan bəyannamə xx.xx.2023-cü il tarixində bağlanmış 12 saylı yeni müqavilə əsasında idxal edilərək rəsmiləşdirilmişdir. Bank tərəfindən xx.xx.2023-cü il tarixli 6 saylı müqavilə üzrə qalan 37051.20 ABŞ dolları məbləğində avansın xx.xx.2023-cü il tarixli 12 saylı müqaviləyə şamil edilməsini təsdiq edən tərəfdaş şirkətlə bağlanmış əlavə razılaşma təqdim olunmuşdur. Belə olan halda xarici valyutada tədiyyə balansının pozulmaması halı müəyyən edilir ki, bu da Şəxs MMC-nin əməlində inzibati xəta tərkibini istisna etmiş olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol 08 may 2025-ci il tarixdə tərtib edilərkən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 147000,00 ABŞ dolları məbləğində məhsul ölkəyə idxal edilmiş, xx.xx.2023-cü il tarixində Şəxs MMC ilə KX “Arman-M” şirkəti arasında bağlanmış yeni müqaviləyə əsasən isə qalan 37000 ABŞ dolları məbləğində pul vəsaiti yeni müqaviləyə əlavə edilmiş, malların birgə göndərilməsi barədə razılıq əldə olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi baş vermədiyindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar