Məhkəmə qərarları › İş №3(006)-3042/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3042/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3042/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X9 İnzibati xəta haqqında Azərbaycan Respublikası Əmək və protokolu tərtib etmiş: Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2 Barəsində inzibati xəta Şəxs MMC-nin nümayəndəsi haqqında iş üzrə icraat X3 aparılan: iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küç., ev 35, m.07, qanuni təmsilçisi: X7, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş 01.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC tərəfindən X11 və X12 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X8 izahat verərək bildirdi ki, X1 Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək 07.07.2021-ci il tarixdən ünvan 2 ünvanda yerləşən Şəxs MMC-də əmək münasibətləri rəsmiləşdirilmədən fəaliyyətə başlamış və çalışdığı üç ay müddətində müəssisə tərəfindən ona heç bir əmək haqqı ödənilmədiyi göstərmişdir. Bundan əlavə, X12 da Xidmətə etmiş olduğu müraciətində vurğulamışdır ki, 2021-ci ilin 5-17 iyul tarixlərində Şəxs MMC-də “dizayner” vəzifəsində işləmiş və bu müddət ərzində onunla əmək müqaviləsi bağlanılmamış, ona əmək haqqı ödənilməmişdir. Hər iki müraciət üzrə aparılmış araşdırma nəticəsində qeyd olunan faktlar öz təsdiqini tapmış və buna görə də Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şirkətin məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X10 izahatında göstərdi ki, tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyillər. İş materiallarında olan X14 Xidməti Bakı şəhər İdarəsinin 01.09.2021-ci il tarixli məktubundan görünür ki, Xidmət yalnız X4 şikayəti əsasında olan sənədləri Şəxs MMC-dən tələb etmiş və bu məktub şirkətə heç bir aidiyyəti olmayan ünvana - Nəsimi rayonu, Moskva prospekti, ev 74, mənzil 08 göndərilmişdir. Halbuki, Şəxs MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 35, mənzil 07-dir. X12 ilə bağlı isə ümumiyyətlə heç bir sənədlər tələb olunmur. Eyni zamanda araşdırma materiallarına əsasən hadisənin baş vermə yeri guya şirkətin ofisi kimi təqdim edilən ünvan 5 ünvanın göstərilməsinə baxmayaraq, Xidmət tərəfindən bu ünvana da bildiriş, məktub və xəbərdarlıq məktubları göndərilməmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırır. Göründüyü kimi, “Plan A“MMC-nin nümayəndəsinin araşdırmada iştirakı təmin edilməmiş, bununla da məsələyə dair şirkətin münasibəti öyrənilməmiş, MMC öz müdafiəsi üçün dəlillərini təqdim etmək hüququndan məhrum olunmuş, qanunla nəzərdə tutulmuş digər hüquqlarını həyata keçirə bilməmişdir. Bundan başqa, Əmək Müfəttişliyi Xidməti hansı səbəbdən və əsasla şikayətçilərin ərizələrində qeyd edilmiş, onları işə götürmüş Aydın Fətəliyev adlı şəxsi müəyyən etməmiş, bu şəxsin şikayətçilər tərəfindən göstərilmiş telefon nömrəsinə zəng vurub onu araşdırmaya dəvət etməmiş, onun Şəxs MMC-nin işçisi olub-olmamasını araşdırmamışdır. Halbuki, bu hal Əmək Müfəttişliyi Xidmətinin istifadəsində olan müvafiq informasiya sistemi vasitəsilə asanlıqla müəyyən edilə bilinərdi. Bununla belə qeyd edir ki, Şəxs MMC-nin Aydın Fətəliyev adlı işçisi olmamışdır. Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: - 26.08.2021-ci il tarixli “Müraciət vərəqəsi”ndən görünür ki, X11 07.07.2021-ci il tarixdən Şəxs MMC-də əmək münasibətləri rəsmiləşdirilmədən fəaliyyətə başladığını və çalışdığı üç ay müddətində müəssisə tərəfindən ona heç bir əmək haqqının ödənilmədiyini göstərmişdir; - X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinə 01.09.2021-ci il tarixdə verdiyi izahatında göstərilir ki, o, 07.07.2021-ci il tarixdən Şəxs MMC-də “interyerdizayner” vəzifəsində çalışmış və rəhbərlikdən onunla əmək müqaviləsinin bağlanılacağı bildirilsə də, müqavilə bağlanılmadan işlərin yerinə yetirilməsinə cəlb olunmuş və əmək haqqı almamışdır. İşlədiyi müəssisə Mirəli Qaşqay küçəsi, 28 saylı ünvanda yerləşir və onu bu işlərin yerinə yetirilməsinə Fətəliyev Aydın (telefon nömrəsi 070 250-62-99) cəlb edib; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-yə (ünvan 6 ünvanlanmış 01.09.2021-ci il tarixli, **********4 saylı məktubda X6 MMC-də əmək hüquqlarının pozulması barədə müraciətə baxıldığı qeyd olunaraq bu şəxsə aid olan sənədlərin 7 iş günü ərzində təqdim edilməsi xahiş olunur; - Əyyubova Ləman tərəfindən X14 Xidmətinə ünvanlanmış ərizələrində qeyd olunur ki, o, Şəxs MMC-də 2021-ci ilin iyul ayının 05-17 tarixlərində (digərində 07-20 iyul tarixləri göstərilir) “dizayner” vəzifəsində işləmiş və bu müddət ərzində rəhbərlikdə olan Aydın Fətəliyev onunla əmək müqaviləsinin bağlanacığını qeyd etsə də, belə müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş, həmçinin ona əmək haqqı ödənilməmişdir. Əmək funksiyasını Mirəli Qaşqay küçəsi, 28 saylı ünvanda həyata keçirmişdir; - Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş 01.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qurum tərəfindən törədilmiş inzibati xətanın X11 və X5 izahatları ilə təsdiq olunduğu göstərilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, X14 Xidməti tərəfindən inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələbləri pozulmaqla aparılmış, bütün faktiki halların tam və hərtərəfli qaydada öyrənilməsi üçün lazımi təbdirlər görülməmiş, X11 və X5 təqdim etdiyi dəlillərdən başqa heç bir əlavə sübut toplanılmamış, bu şəxslərin izahatlarında qeyd olunan Aydın Fətəliyev adlı şəxs müəyyən edilib izahatı alınmamış, onun Şəxs MMC ilə bağlılığı öyrənilməmiş, törədilməsi güman edilən əməllə bağlı Şəxs MMC-dən zəruri məlumatlar əldə olunması üçün şirkətin hüquqi ünvanına məktub göndərilməmiş və nəticə etibarilə şirkətin nümayəndəsinin aparılmış araşdırmada iştirakı təmin olunmamışdır. Bununla da hüquqi şəxsin təqsirini şübhə altına almayacaq təkzibedilməz dəlillər toplanılmamışdır. Qeyd olunan prosessual hərəkətlər həyata keçirilmədən və mühüm əhəmiyyət kəsb edə biləcək bütün hallar araşdırılmadan inzibati xəta hadisəsinin mövcudluğunu müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: - Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3cü maddə); - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8-ci maddə); - Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (12.1-ci maddə); - İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddə); - inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (53.1.1-ci maddə); - Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir (53.2ci maddə); - Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır (114.2.1-ci maddə). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin baş verməsi hər hansı mötəbər dəlillərlə öz təsdiqini tapmadığından Şəxs MMC barəsində başlanılmız iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar