Məhkəmə qərarları › İş №3(006)-3046/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3046/2021

01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3046/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X8 Şikayət vermiş şəxsin vəkili: fərdi qaydada fəaliyyət göstərən vəkil X4 iştirakları ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 31.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi, ev 20, mənzil 02-də yerləşən obyektdə "xxxx" MMC-yə məxsus məhsulların satışı ilə məşğul olur. MMC ilə onun arasında alqısatqı müqaviləsi mövcuddur. Şikayətə əlavə edilmiş etibarnamə və digər sənədlərin surətindən də göründüyü kimi Azərbaycan Respublikasının ərazisində həmin məhsullar haqqında məlumat verilməsi ona həvalə edilmişdir. "xxxx" MMC-yə məxsus məhsullar tibbi deyil, bioloji aktiv əlavələr sayılır, onların tibb xidməti məhsulları ilə heç bir əlaqəsi yoxdur. Bioloji aktiv əlavələr dedikdə tərkibində heç bir kimyəvi qarışıq və ya sərbəst molekul olmayan vasitələr başa düşülür. O, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi, ev 20, mənzil 02-də heç bir tibbi fəaliyyətlə məşğul olmur, orada yalnız kosmetoloji funksiyalar yerinə yetirən məhsullar satılır və alıcıya satılan məhsul haqqında ümumi məlumat verilir. Belə olan halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analtik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi yolverilməzdir. Onu qeyd edir ki, obyektdə araşdırma aparılmasına səbəb "xxxx" MMC-nin direktoru Zaur Tağıyevin şikayət ərizəsi olmuşdur. Zaur Tağıyev bir müddət əvvəl ona birlikdə iş qurmağı təklif etmiş, lakin o bununla razılaşmamış, nəticədə həmin şəxs onu təhdid və təhqir etmişdir. Eyni zamanda Z.Tağıyev onun barəsidə absurd məzmunlu şikayət ərizəsi yazaraq Səhiyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. Həmin şikayətdə qeyd olunan faktları təsdiq edəcək heç bir sübut mövcud deyil. Bu səbəbdən yalnız şikayət əsasında bioloji aktiv əlavələrin satıldığı obyekti özəl tibb xidməti fəaliyyəti ilə məşğul olan klinika kimi qiymətləndirmək mümkünsüzdür. Bioloji aktiv əlavələr satılarkən alıcıya məhsul haqqında məlumat verilməsi özəl tibbi xidmət kimi qəbul edilə bilməz. Bundan başqa o, vəzifəli şəxs kimi deyil, fiziki şəxs olaraq fəaliyyət göstərir, onun vəzifəli şəxs qismində 5.000 manat məbləğində cərimə olunması qanun pozuntusudur. Qeyd olunanları nəzərə alaraq barəsində əsassız qəbul edilmiş 31.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxsin vəkili şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İki dəfə keçirilmiş məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmiş, iş üzrə zəruri materiallar da məhkəməyə təqdim olunmamışdır. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan:  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 20.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən yoxlama zamanı X1 (VÖEN:**********) Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi, ev 20, mənzil 02-də lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Özünü Könül xanım kimi təqdim edən şəxs həkim olduğunu və konsultasiya ilə məşğul olduğunu bildirdi;  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.08.2021-ci il tarixli, MN ******* saylı qərarına əsasən X3 (VÖEN:**********) lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olduğu üçün İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5.000 manat məbləğində cərimə edilmişdir;  X3 (VÖEN:**********) ilə "xxxx" MMC arasında bağlanmış 19.06.2020-ci il tarixli, 19/06/20B saylı alqı-satqı müqaviləsinə görə satıcı qismində "xxxx" MMC olmaqla ona məxsus malları satmağı, alıcı qismində H.Xasməmmədova olmaqla isə onların dəyərini ödəməklə almağı öhdəsinə götürürlər;  01 fevral və 01 oktyabr 2021-ci il tarixli etibarnamələrin surətlərinə əsasən etibar edən “TİENS” şirkətinin Azərbaycan Respublikasındakı törəmə müəssisəsi olan "xxxx" MMC olmaqla X2 (VÖEN:**********) şirkət haqqında məlumatlandırıcı görüşlər, mühazirələr və “TİENS” şirkətinin məhsullarını Azərbaycan Respublikasının bütünlüklə ərazisində dövlət qanunlarına tabe olan inkişaf haqqında söhbətlər keçirməyi etibar edir. Sonuncu etibarnamə 06 ay müddətinə, yəni 01.05.2022-ci il tarixinədək etibarlıdır;  "xxxx" MMC-yə ünvanlanan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi” X18 14.10.2020-ci il tarixli, B/1689/2020 saylı ekspert rəyinə əsasən Çin Xalq Respublikasının “X6 Development Co., Ltd” şirkətinin istehsalı olan, “X15” kapsula, 20.11.2020-ci il tarixli, B/2022/2020 saylı ekspert rəyinə əsasən “X19 for children” toz, 19.11.2020-ci il tarixli, B/2015/2020 saylı ekspert rəyinə əsasən “X7” kapsul, 24.11.2020-ci il tarixli, B/2040/2020 saylı ekspert rəyinə əsasən “X19 with metabolic factors” toz, 25.11.2020-ci il tarixli, B/2055/2020 saylı ekspert rəyinə əsasən “X14 Calcium Powder” toz, 22.12.2020-ci il tarixli, B/2264/2020 saylı ekspert rəyinə əsasən “X9” kapsul, 30.10.2019-cu il tarixli, B/1864/2019 saylı ekspert rəyinə əsasən “Vision-Plus Tablets” tablet, 11.11.2020-ci il tarixli, B/1955/2020 saylı ekspert rəyinə əsasən “X10” kapsul, 04.11.2020-ci il tarixli, B/1908/2020 saylı ekspert rəyinə əsasən “X20” çay, 09.12.2020-ci il tarixli, B/2172/2020 saylı ekspert rəyinə əsasən “Tianshi Fructooligosaccharide (FOS)” şərbət, 12.11.2020-ci il tarixli, B/1964/2020 saylı ekspert rəyinə əsasən “X16 Capsules with lecithin” kapsul, 28.12.2020-ci il tarixli, B/2326/2020 saylı ekspert rəyinə əsasən “X17” kapsul, 16.11.2020-ci il tarixli, B/1994/2020 saylı ekspert rəyinə əsasən “Tianshi Spirulina” kapsul, 05.11.2020-ci il tarixli, B/1923/2020 saylı ekspert rəyinə əsasən “X12 Managment Tea” çay, 07.10.2020-ci il tarixli, B/1619/2020 saylı ekspert rəyinə əsasən “Tianshi Cordyceps” kapsul, 28.12.2020-ci il tarixli, B/2325/2020 saylı ekspert rəyinə əsasən “X11” kapsul hər biri öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.20-ci maddəsinə əsasən bioloji fəallığa malik qida əlavələri – qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən:  Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə);  İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi);  İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə);  İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə);  İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat,o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsivə inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Beləliklə məhkəmədə müəyyən edilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.08.2021-ci il tarixli, MN ******* saylı qərarına əsasən X3 (VÖEN:**********) lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olması faktı üzrə İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə vəzifəli şəxs qismində 5.000 manat məbləğində cərimə edilmişdir. Lakin H.Xasməmmədova tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən də aydın olur ki, o, "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında etibarnamə ilə şirkətə məxsus məhsulları Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi, ev 20, mənzil 02-də məlumatlandırıcı xarakterli təqdim edir, satışını həyata keçirir. Həmin obyektdə satılan, "xxxx" MMC-nin idxal etdiyi məhsulların hər biri də “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi” X18 müvafiq ekspert rəylərindən aydın olduğu kimi öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi hesab olunmur. Buna baxmayaraq H.Xasməmmədovanın bioloji aktiv əlavələrin satışını həyata keçirdiyi obyektin fəaliyyətinin əczaçılıq və ya digər özəl tibbi xarakterli olmasına dəlalət edən hər hansı fakt olmadan, bununla bağlı mahiyyəti üzrə heç bir araşdırma aparılmadan, işin bütün halları tədqiq edilmədən, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı təkzibedilməz dəlilə söykənmədən, sadəcə olaraq səthi yoxlama nəticəsində protokol tərtib edilib işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 31.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 31.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar