Məhkəmə qərarları › İş №3(006)-3050/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3050/2020

13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3050/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı barəsində “inzibati tənbeh vermə haqqında” “Volkswagen Touareg” markalı **-XJ-*** dövlət nömrə nişanlı minik avtomobilinə münasibətdə BNA ******* nömrəli, xx.xx.2020-ci il tarixli elektron qərar tərtib edilmişdir. Tərəfindən rəsmi şəkildə elektron qərardan yazılı şikayət verilmiş, lakin BNA-nın xx.xx.2020-ci il tarixli 07-7341/B-2018 saylı məktubu ilə şikayət təmin edilməmişdir. Sözügedən məktub ona xx.xx.2020-ci il tarixində poçt vasitəsi ilə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin 1104 nömrəli, xx xxxx 2020-ci il tarixli fərmanının 1.2-ci bəndinə edilən dəyişikliyə əsasən həmin Məcəllənin 346, 346-1.2-346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi baxır. Bildirirəm ki, şəxsən Azadlıq Prospekti ilə Xan Şuşinski küçəsinin kəsişmədə 2019-cu il tarixində durma qadağandır yol nişanı quraşdırdırıldıqdan sonra Agentliyin mailto:info@bna.azElektron ünvan saytına elektron müraciət göndərmiş, lakin buna baxmayaraq ona hec bir rəsmi cavab BNA tərəfindən göndərilməmişdir. Bundan əlavə, ona münasibətdə xx.xx.2019-cu tarixdə Agentliyin əməkdaşları tərəfindən BNA ******* nömrəli protokol tərtib edilmiş, tərəfimdən asanpay.az səhifəsindən yazılmış qərarla razılaşmadığı üçün şikyət edilmiş, Agentliyin ***-**-** saylı əlaqə nömrəsinə zəng vurulmuş oradan da şikayətlərinin qeydə alındığı və yaxın zamanlarda cavab veriləcəyi bildirilmişdir. Lakin sözdə deyilməsinə baxmayaraq, əməldə heç nə edilməmişdir, yəni ona rəsmi şəkildə heç bir cavab göndərilməmişdir. BNA-nın əməkdaşların məsuliyyətliliyi nəticəsinə cərimə məbləği 24.40 manata çatdığından tərəfindən ödənilmişdir. Bildirir ki, X4 küçəsində yol sonradan təxminən 2005-ci il tarixində genişləndirilmiş və durma qadağandır yol nişanı isə 2019-cu il tarixində quraşdırılmışdır. Qeyd edir ki, sakinlərin həmin ərazidə avtomobillərini saxlaması avtomobillərin intensiv hərəkətinə heç bir maneə törətmir. BNA-nın digər sakinlərə göndərdiyi cavab məktubunda parklanma yerlərinin təşkili ilə bağlı təhlillərin aparıldığı, layihə hazırlandığı və aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra parklanma məsələsinin öz həllini tapacağı rəsmi bildirilsə də, lakin onlara parklanma ilə bağlı heç bir məlumat verilməmişdir. Artıq, bir ildən çox müddət keçməsinə baxmayaraq parklanma problemi hələ də həll edilməmiş, bir tərəfdən də gün aşırı sakinlərə BNA işçiləri və Polis əməkdaşları tərəfindən elektron qərarlar tərtib edilmişdir. Belə ki, ərazidə yaşayan sakinlərin alternativ parklanma yerləri olmadığı üçün məcburi şəkildə nəqliyyat vasitələrini öz qapılarının ağzında, yolun kənarında saxlamışlar. İndi çıxılmaz bir vəziyyət yaranmış, sakinlərin nəqliyyat vasitələrini alternativ yer olmadığına görə küçədə saxlamış, hər iki qurumun əməkdaşları da qanunvericiliyin tələblərinin yerinə yetirilməsini əsas gətirərək protokol tərtib edib cərimə yazırlar. Tərəflərindən bu məsələ ilə bağlı Azərbaycan Resubliksının Daxili İşlər Nazirliyinə və surəti Bakı Nəqliyyat Agentliyinə olmaqla xx.xx.2020-ci il tarixdə kollektiv müraciət ünvanlanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələblərinə əsasən, “Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər”. Göstərilənləri nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 yol hərəkəti qaydalarını pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Qanununun 36-cı maddəsinin tələbinə əsasən yol hərəkəti iştirakçıları “Yol hərəkəti haqqında” Qanuna riayət etməli, Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, habelə yol nişanlarının tələblərinə tabe olmalıdırlar. “Yol hərəkəti haqqında” Qanunun 1-ci fəslinin 1-ci maddəsinin 31-ci bəndinə əsasən nəqliyyat vasitəsinin durması əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbələrindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X2 yol hərəkəti qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi təqsirli bilinmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 20 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli, BNA ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar