Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3052/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Barəsində çıxarılmış inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X2, Qərarı qəbul etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə X2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X5 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin rəis müavini Zaur İmannov tərəfindən qəbul edilmiş MN ******* saylı qərar əsasında barəsində fərdi sahibkar olaraq karantin rejiminin tələblərini pozduğundan İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə 200 manat məbləğində cərimə tətbiq edilmişdir. Qəbul edilmiş qərar qərəzli və əsassızdır. Karantin qaydalarının pozulmasına görə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin inzibati tənbeh tətbiq etmək səlahiyyəti yoxdur. Bununla yanaşı hər hansı şifahi xəbərdarlıq olmadan birbaşa cərimə olunmaq düzgün deyildir. İşlətdikləri kafe onun adınadır və cəmi onunla birlikdə 3 nəfər işçisi var və bütün gün ərzində tibbi maskadan istifadə etmək mümkün deyildir. Göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X5 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş edir. Məhkəmə iclasında qərarı qəbul etmiş qurumun nümayəndəsi X4 izahatında göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə, ticarət və xidmət sahələrində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına əməl olunması vəziyyətinə nəzarət məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin tabeli qurumları tərəfindən monitorinqlər həyata keçirilir. Bununla əlaqədar xx xxxxxxxx 2020-ci il tarixdə, saat 13:52 radələrində X3 (VÖEN:**********) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seydizadə küçəsi, 54 saylı ünvanda yerləşən “Darçın” adlı kafedə monitorinq aparılan zaman obyektin işçiləri tərəfindən tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyərək karantin rejiminin pozulması halı müəyyən edilmişdir. Qəbul edilmiş qərar qanuni və əsaslıdır. Belə ki, Dövlət Vergi Xidmətinin tabeli qurumları tərəfindən həmin monitorinqlər Əsasnaməsinə ona Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1082 saylı Fərmanı ilə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirməklə bağlı vəzifənin verilməsinə dair edilmiş dəyişiklik əsasında həyata keçirilir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən həmin tarixdə, saat 13:52 radələrində X3 (VÖEN:**********) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seydizadə küçəsi, 54 saylı ünvanda yerləşən “Darçın” adlı kafedə karantin qaydalarına əməl edilməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələbləti pozulmuşdur; - xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 epidemiya əleyhinə rejim qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 795 saylı Fərmanının 5.6-2-ci bəndində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, sahibkarlıq fəaliyyəti (ictimai iaşə, turizm və mehmanxana (mehmanxana tipli digər obyektlər daxil olmaqla) fəaliyyəti istisna olmaqla) subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Antiinhisar və X7 Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, turizm və mehmanxana (mehmanxana tipli digər obyektlər daxil olmaqla) fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən baxıldığı göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin (2020-ci il 03 iyul tarixli , 2020-ci il 24 sentyabr tarixli Fərmanları ilə təsdiq edilmiş əlavə və dəyişikliklərlə) 3.0.18-1-ci bəndinə əsasən sahibkarlıq fəaliyyəti (ictimai iaşə, turizm və mehmanxana (o cümlədən mehmanxana tipli digər obyektlər) fəaliyyəti istisna olmaqla) subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə məsuliyyət müəyyən edir. Beləliklə müəyyən edildi ki, fərdi sahibkar olan X3 (VÖEN:**********) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seydizadə küçəsi, 54 saylı ünvanda yerləşən “Darçın” adlı kafedə karantin qaydalarının pozulması aşkar edilmiş və barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar əsasında İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Şikayətçi qərarın əsassız olduğunu və həmin qurumun karantin qaydalarının pozulmasına görə tənbeh tətbiq etmək səlahiyyətinin olmadığını qeyd etsə də, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də aydın olur ki, inzibati tənbeh vermə haqqında qərar Dövlət Vergi Xidmətinin səlahiyyətləri çərçivəsində qəbul edilmişdir. Şikayətçinin əməlində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tərkib əlamətləri olmuş və onun barəsində düzgün olaraq həmin maddə ilə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3052/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3052/2020
02.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver