Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3052/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Şəxs»nin nümayəndəsi X2 iştirakı ilə, «Şəxs»nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: «Şəxs»nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, 00100-01458/23 (EP № 0079497) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin “Xüsusi gömrük prosedurları” şöbəsindən daxil olmuş 34/012/012911 saylı xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar bildirilmişdir ki, raportda “Bakı Dövlət Sirki” tərəfindən xx.xx.2022-ci il tarixli, **********4139 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2023-cü il tarixdə bitdiyi, lakin “Bakı Dövlət Sirki” tərəfindən malların digər gömrük proseduru altında yerləşdirilməsi və ya öhdəlik müddətinin artırılması üçün müraciətin gec olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli, **********4139 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2023-cü il tarix müəyyən edilmişdir. Qeyd olunan raportda göstərilənlər gömrük əməkdaşları tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanına 12 mart 2022-ci il tarixdə Ukraynada qeydiyyatda olan “Andrey Kozlenkodan “Şou proqramda çıxış etmək məqsədilə gətirilən rekvizitlər” yükünün ölkə ərazisindən aparılma müddətinin son tarixi xx.xx.2023-cü il tarix müəyyən edilsədə, “Bakı Dövlət Sirki” tərəfindən malların öhdəlik müddəti bitdikdən 33 (otuz üç) gün sonra xx.xx.2023-cü il tarixdə malların müvəqqəti idxal xüsusi gömrük prosedurunda qalma müddətini 1 (bir) il müddətinədək uzadılması barədə Bakı Baş Gömrük İdarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 6-cı bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti idxal xüusi gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir və göstərilən müddətdə müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətamın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət əskilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi saydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri nəlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ıa digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ıaqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı almayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, arda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bununla, «Şəxs» Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən «Şəxs»nin nümayəndəsi F.A.Əliyev izahatında bildirmişdir ki, 2021-ci ilin noyabr ayında Ukraynadan işləməyə gələn şəxslərin baqajını göndərmişlər. Sonra həmin ölkədə müharibə başlamış və buna görə də göndərdikləri baqajlar geri qaytarılmışdır. Onlar göndəriləcəkləri baqaja görə müddəti 1 dəfə 33 gün, daha sonra isə 01 il uzatmışlar. Müddətin uzadılması ilə bağlı sənədlər var və həmin sənədləri məhkəməyə təqdim edir. Həmin yükləri 2 dəfə göndərsələrdə Ukraynada müharibə şəraitinə görə geri qaytarılmışdır. Göstərilənləri nəzərə alaraq «Şəxs» barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə hüquqi ünvanına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 64.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «Şəxs»nin Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan «Şəxs»nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00100-01458/23 (EP № 0079497) saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/012911 nömrəli, xx.xx.2023-cü il tarixli raporta əsasən «Şəxs» tərəfindən **********4139 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilmiş malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddəti xx.xx.2023-cü il tarixində bitməsinə baxmayaraq şirkət tərəfindən öhdəlik müddətinin uzadılması üçün müraciət xx.xx.2023-cü il tarixində daxil olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********4139 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, malların geri qaytarılma müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 00100-01458/23 (EP № 0079497) saylı inzibati xəta haqqında protokoldan görünür ki, «Şəxs»nin nümayəndəsi F.A.Əliyev izahatında bildirmişdir ki, “Bakı Dövlət Sirki” ünvanına 12 mart 2022-ci il tarixdə Ukraynada qeydiyyatda elan “Andrey Kozlenko”dan “Şou proqramda çıxış etmək məqsədilə gətirilən rekvizitlər” yükü daxil olmuşdur. Qeyd edilən yük xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********4139 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Müvəqqəti idxal” xüsusi gömrük prosedurunda bəyan edilmişdir. Şou proqramda çıxış etmək məqsədilə gətirilən rekvizitlər” yükü 12 (on iki) müddətinə müvəqqəti idxal xüsusi gömrük prosedurunda bəyan edilmişdir, iş yükü çox olduğu üçün müvəqqəti idxal nüddətinin uzatmağı unutmuşlar. Müvəqqəti idxal müddətinin pozulmasının hüquqpozma olduğunu etiraf edir. xx.xx.2023-cü il tarixdə müvəqqəti idxal müddətinin artırılması ilə bağlı ərizə ilə Bakı Baş Gömrük idarəsinə müraciət etmişlər. Bununla belə müvəqqəti idxal müddətinin pozulmasının hüquqpozma faktı olduğunu dərk etdiklərini və qanunvericilikdə nəzərdə tutulan məsuliyyəti daşımağa hazır olduqlarını bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Baş Gömrük İdarəsinin “Xüsusi gömrük prosedurları” şöbəsindən daxil olmuş 34/012/012911 saylı xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar bildirilmişdir ki, raportda “Bakı Dövlət Sirki” tərəfindən xx.xx.2022-ci il tarixli, **********4139 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2023-cü il tarixdə bitdiyi, lakin “Bakı Dövlət Sirki” tərəfindən malların digər gömrük proseduru altında yerləşdirilməsi və ya öhdəlik müddətinin artırılması üçün müraciətin gec olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli, **********4139 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2023-cü il tarix müəyyən edilmişdir. Qeyd olunan raportda göstərilənlər gömrük əməkdaşları tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanına 12 mart 2022-ci il tarixdə Ukraynada qeydiyyatda olan “Andrey Kozlenkodan “Şou proqramda çıxış etmək məqsədilə gətirilən rekvizitlər” yükünün ölkə ərazisindən aparılma müddətinin son tarixi xx.xx.2023-cü il tarix müəyyən edilsədə, “Bakı Dövlət Sirki” tərəfindən malların öhdəlik müddəti bitdikdən 33 (otuz üç) gün sonra xx.xx.2023-cü il tarixdə malların müvəqqəti idxal xüsusi gömrük prosedurunda qalma müddətini 1 (bir) il müddətinədək uzadılması barədə Bakı Baş Gömrük İdarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 6-cı bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti idxal xüusi gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir və göstərilən müddətdə müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətamın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət əskilatlarının filial və va nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi saydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri nəlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ıa digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ıaqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı almayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, arda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bununla, «Şəxs» Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinə əsasən bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında «Şəxs»nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə «Şəxs»nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: «Şəxs» (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 2.000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3052/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3052/2023
11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver