Məhkəmə qərarları › İş №3(006)-3057/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3057/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3057/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 14 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: Protokola görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4810/2022 saylı icra vərəqəsinə əsasən Şəxs 07 oktyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının 1/3 hissəsi miqdarda hissəvi aliment, habelə 283 (iki yüz səksən üç) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməlidir. Borclu icra sənədində göstərilən tələbi mütəmadi olaraq heç bir üzürlü səbəblər olmadan icra etməmiş, nəticədə onun 2.694 manat məbləğində aliment borcu yaranmış, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. X1 məhkəməyə ərizə təqdim edərək Şəxs ilə aralarında razılığa gəldiklərini bildirərək protokola mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş edir. Vəsatəti nəzərə alaraq hesab edirəm ki, o, təmin olunaraq porotokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib edən quruma geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52 və 132-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 14 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar