Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3058/2023 05.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, xx xxxx 1968-ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MTK-nın rəhbəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(006)- 1064/2021 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4 bildirdi ki, Nəsimi rayon İcra Şöbəsinin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1064/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış binasının D blokunun 16-cı mərtəbəsində sahəsi 158 kv.metr olan mənzil, həmin binanın D blokunun 14-cü mərtəbəsində sahəsi 158 kv.metr olan mənzil və həmin mənzillərin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, həmin binanın istismara qəbul aktı, mənzil-tikinti kooperativi binasında mənzillərin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, mənzillər üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışları "xxxx" MTK tərəfindən X3 və X5 vərəsəsi Zərərçəkmiş şəxs təhvil verilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Borclu tərəfindən apelyasiya şikayəti verildiyindən icra sənədi üzrə icraat icra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ilə dayandırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə şöbəyə daxil olmuş 2(006)- 1064/2021 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1064/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-507/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanıldığı göstərilmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-507/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4036/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə qüvvədə saxlanıldığı göstərilmişdir. Bu səbəbdən icra sənədi üzrə icraat təzələnmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1064/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində qeyd olunan ünvanında yerləşən mənzillərə baxış keçirilmiş, mənzillərdə pəncərələrin olmadığı müəyyən edilmiş, mənzilləri "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Elyar Xəlilov tərəfindən tələbkarların etibarnamə üzrə nümayəndəsi Vəkil giriş qapısının açarları təqdim edilməklə təhvil verilmiş və bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. İş üzrə tələbkarlar X6 və Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizə ilə şöbəyə müraciət edərək icra sənədinin tam icrası "xxxx" MTK tərəfindən həyata keçirilmədiyi, mənzillərin xüsusi mülkiyyət kimi DƏDRX-də ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, həmin binanın istismara qəbul aktı, mənzil-tikinti kooperativi yığıncağının qərarı, mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən MTK-nın maliyyə arayışı "xxxx" MTK tərəfindən tələbkarlara təhvil verilmədiyi göstərilmiş və borclu barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi xahiş olunmuşdur. Borclu "xxxx" MTK-ya xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədi üzrə tələb tam təmin edilməmişdir. Hal-hazırda tələbkar məhkəmə qərarının icra edilməsini tələb edir. Borclu tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs və X2 nümayəndəsi və vəkili Vəkil bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1064/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış binasının D blokunun 16-cı mərtəbəsində sahəsi 158 kv.metr olan mənzil, həmin binanın D blokunun 14-cü mərtəbəsində sahəsi 158 kv.metr olan mənzil və həmin mənzillərin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, həmin binanın istismara qəbul aktı, mənzil-tikinti kooperativi binasında mənzillərin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, mənzillər üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışları "xxxx" MTK tərəfindən X3 və X5 vərəsəsi Zərərçəkmiş şəxs təhvil verilməlidir. İcra sənədində qeyd olunan ünvanında yerləşən mənzillərə baxış keçirilmiş, mənzillərdə pəncərələrin olmadığı müəyyən edilmiş, mənzilləri "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Elyar Xəlilov tərəfindən tələbkarların etibarnamə üzrə nümayəndəsi ona giriş qapısının açarları təqdim edilməklə təhvil verilmiş və bu barədə xx.xx.2023-cii il tarixli akt tərtib edilmişdir. Lakin maliyyə arayışı və digər sənədlər "xxxx" MTK tərəfindən tələbkarlara təhvil verilməmişdir. Hal-hazırda məhkəmə qərarı MTK-nın rəhbəri Şəxs tərəfindən icra edilmədiyindən yuxarı həddə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-1064/2021 saylı, 03 may 2021-ci il tarixli icra vərəqəsinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(006)-1064/2021 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış binasının D blokunun 16-cı mərtəbəsində sahəsi 158 kv.metr olan mənzil, həmin binanın D blokunun 14-cü mərtəbəsində sahəsi 158 kv.metr olan mənzil və həmin mənzillərin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, həmin binanın istismara qəbul aktı, mənzil-tikinti kooperativi binasında mənzillərin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, mənzillər üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışları "xxxx" MTK tərəfindən X3 və X5 vərəsəsi Zərərçəkmiş şəxs təhvil verilməsi barədə qətnamə qəbul edilmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: "xxxx" MTK-nın rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3058/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3058/2023
05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver