Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3059/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında Nəsimi rayon İcra şöbəsinin icra məmuru protokolu tərtib etmiş şəxs: X3 Zərər çəkmiş şəxsin nümayəndəsi: fərdi qaydada fəaliyyət göstərən vəkil Vəkil iştirakları ilə xx.xx.1968-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), "xxxx" MTK-nın sədri vəzifəsində işləyən, Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, ev 85-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: “HüquqMTK-nın sədri Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3136/2021 saylı icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında icra məmuru X4 izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3136/2021 saylı icra sənədinə əsasən ünvan 1 ünvanda yerləşən yaşayış binasının “C” blokunun 15-ci mərtəbəsində sahəsi 139 m2 olan mənzil və həmin mənzilin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, bu binanın istismara qəbul aktı, mənzil-tikinti kooperativi binasında mənzilin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışı X1na təhvil verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbəyə daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3136/2021 saylı icra sənədində qeyd olunan ünvanda yerləşən mənzilə baxış keçirilmiş, mənzilin giriş qapısının açarının olmadığı, qapının simlə bağlanıldığı, pəncərələrin olmadığı, mənzildə tikinti üçün istifadə olunan bir neçə texniki ləvazimat olduğu müəyyən edilmiş, mənzil borclunun nümayəndəsi Elvar Xəlilov tərəfindən tələbkarın nümayəndəsi Vəkil təhvil verilmiş və bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. X1 xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək icra sənədinin tam icrası "xxxx" MTK tərəfindən həyata keçirilmədiyi, mənzilin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, binanın istismara qəbul aktı, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən MTK-nın maliyyə arayışı "xxxx" MTK tərəfindən təhvil verilmədiyi göstərilmiş və borclu barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi xahiş olunmuşdur. Bununla bağlı borclu "xxxx" MTK-ya xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin icra sənədi üzrə tələb borclu tərəfindən tam təmin edilməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MTK-nın sədri Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi Vəkil izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3136/2021 saylı icra sənədinə əsasən ünvan 1 ünvanda yerləşən yaşayış binasının “C” blokunun 15-ci mərtəbəsində sahəsi 139 m2 olan mənzil və həmin mənzilin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, binanın istismara qəbul aktı, mənzil-tikinti kooperativi binasında mənzilin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışı X1na təhvil verilməlidir. Lakin, Hüquq MTK qeyd olunan mənzili X5 təhvil versə də, icra sənədində göstərilən sənədləri təqdim etməkdən boyun qaçırır və bunun səbəbi kimi guya MTK-nın artıq göstərmədiyi, bütün öhdəliklərin "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ötürüldüyünü bildirir. Halbuki, "xxxx" MTK vergi ödəyicisi kimi qeydiyyatdadır və ləğv edilməyib, eyni zamanda "xxxx" MMMC ünvan 1 ünvanda yerləşən yaşayış binasında yalnız kommunal xidmət göstərir. HüquqMTK-nin sədri Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, barəsində icraat aparılan şəxs məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3136/2021 saylı icra sənədinə əsasən ünvan 1 ünvanda yerləşən yaşayış binasının “C” blokunun 15ci mərtəbəsində sahəsi 139 m2 olan mənzil və həmin mənzilin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, binanın istismara qəbul aktı, mənzil-tikinti kooperativi binasında mənzilin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışı Hüquq MTK tərəfindən X1na təhvil verilməlidir; • “Tələbin könüllü icrası haqqında” xx.xx.2022-ci il tarixli saylı bildirişdən aydın olur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3136/2021 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrasını təmin etmək üçün borclunun ünvanına bildiriş göndərilmişdir; • "xxxx" MTK-nin sədri Şəxs tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 39 saylı məktubda qeyd olunur ki, X6 ünvan 3 ünvanda yerləşən yaşayış binasının 139 nömrəli mənzili üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin ona təqdim edilməsi ilə bağlı MTK-ya müraciət etməmişdir. Vüqar Misirzadə Hüquq MTK-ya müraciət etdiyi təqdirdə həmin sənədlərin ona təqdim edilməsi təmin ediləcəkdir; • HüquqMTK (“Sifarişçi”) ilə "xxxx" MMC (“İcraçı”) arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqaviləyə xx.xx.2020-ci il tarixli 1 saylı əlavə razılaşmaya əsasən “Sifarişçi” sifariş verir, “İcraçı” isə əlavə muzd almadan “Sifarişçi”yə məxsus olan ünvan 3 ünvanda yüksəkmərtəbəli yaşayış binasında "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahələrini icarəyə vermək, binanın sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu və “Sifarişçi”nin adından onu məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək, onun adından məktubkar yazmaq və müraciətlər etmək, qəbul etmək və göndərmək hüququnu “İcraçı”ya verir, “İcraçı” isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürür; • “Tələb hüququnun verilməsi və borc öhdəliklərinin ötürülməsi haqqında” xx.xx.2023cü il tarixli Razılaşmaya görə "xxxx" MMC öz fəaliyyətini dayandırdığı üçün ünvan 3 ünvanda inşa olunmuş çoxmənzilli yaşayış binasının mənzil mülkiyyətçilərinə kommunal xidmət göstərməsi ilə bağlı yaranmış borc üzrə tələb hüququ "xxxx" MMMC ötürülmüşdür; • “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışa əsasən Şəxs HüquqMTK-nın sədri vəzifəsində işləyir. Beləliklə məhkəmədə müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3136/2021 saylı icra sənədinə əsasən ünvan 1 ünvanda yerləşən yaşayış binasının “C” blokunun 15-ci mərtəbəsində sahəsi 139 m2 olan mənzil və həmin mənzilin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, binanın istismara qəbul aktı, mənzil-tikinti kooperativi binasında mənzilin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışı "xxxx" MTK tərəfindən X1na təhvil verilməlidir. Qeyd olunan mənzil tələbkara təhvil verilsə də, icra sənədində göstərilən sənədlər ona təqdim olunmamışdır. Eyni zamanda Hüquq MTK bu binada yerləşən qeyri-yaşayış sahələrini icarəyə vermək, binanın sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu və onun adından onu məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək, məktubkar yazmaq və müraciətlər etmək hüququnu "xxxx" MMC-yə vermiş, sonra da bu MMc tərəfindən həmin öhdəliklər "xxxx" MMMC-yə ötürülmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, Hüquq MTK-nın ünvan 1 ünvanda inşa etdiyi yaşayış binası ilə bağlı kommunal xidmətlərin göstərilməsi və aidiyyəti üzrə onu təmsil etmək hüququnu digər hüquqi şəxsə ötürməsi, onu məhkəmə qərarı ilə üzərinə qoyulmuş vəzifələrin icrasından azad etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, “Hüquq MTK-nın sədri Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasıicra məmurlarıtərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədaricra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədaricra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Hüquq MTK-nın sədri Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə HüquqMTK-nın sədri Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Hüquq MTK-nın sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1.200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3059/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3059/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver