Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-306/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin dövlət vergi müfəttişi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 27 dekabr 2023-cü il tarixli, MN seriyalı, 02478553 nömrəli inzibati xəta haqqında protokola görə, ünvan 1 ünvanında 27 dekabr 2023-cü tarixdə Şəxs MMC tərəfindən daxili nəzarət proqramı tam tətbiq edilməmiş və məsul şəxsin təyin edilməsi barədə Maliyyə Monitorinq Xidmətinə məlumat verilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi X2 məhkəməyə təqdim etdiyi ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********177606 nömrəli Qərarına əsasən Şəxs (VÖEN: **********) adlı nəzarət subyektində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və (terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə növbəti səyyar yoxlama aparılmışdır. Yoxlama zamanı İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozuntusu aşkar edilməklə nəticəsi barədə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMC-nin nümayəndəsinin etirazında qeyd edilənləri əsassız hesab edir. Belə ki, Nümayəndə Cəmiyyət barəsində İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata aşağıdakı əsaslarla xitam verilməsini xahiş etmişdir. 1. Nümayəndə qeyd edir ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu 01 mart 2023-cü il tarixdə qüvvəyə minmişdir. Baxmayaraq ki, vergi orqanı tərəfindən həmin Qanuna əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə 01 oktyabr 2020-ci il tarixdən 30 sentyabr 2023-cü il tarixədək olan dövr üzrə növbədənkənar səyyar yoxlama aparılmış və nəticədə hazırda baxılan iş üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir, inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Etiraza münasibətdə qeyd edirik ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2009-cu il tarixdə qəbul edilmiş və həmin tarixdən 01 fevral 2023-cü il tarixədək qüvvədə olmuşdur. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması həmin dövrdə İnzibati Xətalar Məcəlləsinin 598-ci maddəsi ilə inzibati xəta hesab edilmişdir. Qeyd edilən Qanun xx.xx.2023-cü il tarixdən yeni redaksiyada təsdiq edilmişdir. Göründüyü kimi, Qanunun yeni redaksiyada təsdiq edilməsi inzibati xəta törətmiş şəxsi 01 sentyabr 2020-ci il tarixdən 30 sentyabr 2023-cü il tarixədək olan dövr üçün inzibati məsuliyyətdən azad edə bilməz. Həmçinin, qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixədək İXM-nin qüvvədə olan 598-ci maddəsinin redaksiyasında “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması”na görə hüquqi şəxslər on beş min manatdan iyirmi beş minatadək cərimə nəzərdə tutulurdusa, qeyd edilən maddənin yeni redaksiyasında isə cərimə səkkiz min manatdan on beş min manatadək nəzərdə tutulmuşdur ki, bu da vergi ödəyicisinin vəziyyətini yüngülləşdirən haldır. Göründüyü kimi, “Cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin 11.3-cü maddəsinin tələbləri pozulmamışdır. 2. Həmçinin nümayəndə etirazında qeyd edir ki, Şəxs MMC faktiki olaraq mühasibat uçotunun təşkili İlə bağlı məsləhət xidməti fəaliyyəti ilə məşğul olur və MMC-nin yol verdiyi hesab olunan xəta “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terroçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq dairəsinə düşmür. Etirazın bu hissəsinə münasibətdə bildirir ki, Şəxsndə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsəd ilə növbəti səyyar yoxlaması aparılmışdır. Yoxlamanın əhatə etdiyi dövr ərzində Şəxs MMC mühasibat uçotu üzrə məsləhətlər (fəaliyyət kodu-6920102), fəaliyyət ilə məşğul olmuşdur. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.7-ci maddəsinə əsasən “öhdəlik daşıyan şəxslər - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləridir. Qanunun 1.1.9-cu maddəsinə əsasən qeyri-maliyyə institutları və peşə sahibləri - rieltorlar, vəkillər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləridir. Qeyd edilən Qanunun 3-cü maddəsinə əsasən bu Qanunun tələbləri notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslərə münasibətdə tətbiq olunur: Yoxlama zamanı təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 2020-ci, 2021-ci, 2022-ci və 2023-cü illər üzrə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələbləri pozularaq məsul şəxs təyin edilməsi barədə qərarın bir surəti Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmamışdır. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” yeni Qanun 01 fevral 2023-cü il tarixdən qüvvəyə minmiş və “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin №3-21-28/3-6-6/2023 qərarı 21 fevral 2023-cü il tarixdə təsdiq edilmiş və həmin tarixdən qüvvəyə minmişdir. Müəyyən olunmuşdur ki, “İMZA GROUP " MMC tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun və “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə monitorinqi Xidmətinin 21 fevral 2023-cü il tarixli №3- 21-28/3-6-6/2023 Qərarının tələbləri pozulmuşdur. Belə ki, “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin 21 fevral 2023-cü il tarixli №3-21-28/3-6-6/2023 Qərarının 3.2.1-ci bəndinə əsasən öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və bu barədə məlumatın 3 (üç) iş günü ərzində MMX-yə və nəzarət orqanına verilməlidir. Göründüyü kimi, Şəxs MMC tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun və “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə monitorinqi Xidmətinin 21 fevral 2023-cü il tarixli №3-21-28/3-6-6/2023 Qərarının tələbləri pozulmuşdur. Belə ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa 10.1. Öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər: 10.1.1. daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi, 10.1.2. rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi, 10.1.3. işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq və tətbiq edilməsi, 10.1.4. işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi, 10.1.5. mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi. “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin 21 fevral 2023-cü il tarixli No3-21-28/3-6-6/2023 Qərarının 3.2.1-ci bəndinə əsasən Öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və bu barədə məlumatın 3 (üç) iş günü ərzində MMX-yə və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməlidir. Azərbaycan Respublikasınn İnzibati Xətalar Məcəlləsinn 598.1.4-cü maddəsinə əsasən Maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3. Həmçinin, nümayənədnin Şəxs MMC tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 3.1.2.1 - 3.1.2.4-cü maddəsində qeyd edilən əməliyyatlar aparılmadığı üçün qeyd edilən Qanunun tələblərinin pozulmadığı qənaətinə gəlməsi həm də ona görə əsassız hesab edilməlidir ki, bu əməllər formal tərkibli xətadır. Formal tərkibli inzibati xətanın obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli inzibati xətalar qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir və məsuliyyətə cəlb etmək üçün qeyd edilən Qanunun 3.1.2.1-3.1.2.4-cü maddəsində qeyd edilən əməliyyatlar aparılıb-aparılmaması kimi mənfi nəticələrin baş verməsi mütləq deyildir. Odur ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X4 izahatında bildirmişdir ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu 01 mart 2023-cü il tarixdə qüvvəyə minmişdir. Baxmayaraq ki, vergi orqanı tərəfindən həmin Qanuna əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə 01 oktyabr 2020-ci il tarixdən 30 sentyabr 2023-cü il tarixədək olan dövr üzrə növbədənkənar səyyar yoxlama aparılmış və nəticədə hazırda baxılan iş üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir, inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Həmçinin, Cəmiyyət faktiki olaraq mühasibat uçotunun təşkili İlə bağlı məsləhət xidməti fəaliyyəti ilə məşğul olur və MMC-nin yol verdiyi hesab olunan xəta “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terroçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq dairəsinə düşmür. Qeyd olunanlara dair müvafiq sənədləri təqdim edib şirkətin barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə Şəxs MMC-nin direktoru X4 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair” 27 dekabr 2023-cü il tarixli **********218900 nömrəli aktdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2023-cü il tarixli **********177606 nömrəli qərarına əsasən həmin Baş İdarənin Vergi auditi idarəsinin Xidmət və dibgər sahələrinin auditi şöbəsinin dövlət vergi müfəttişi X2 tərəfindən "xxxx" MMC (VÖEN **********) adlı nəzarət subyektində "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə xx.xx.2020-ci il tarixdən xx.xx.2023cü il tarixədək olan dövr üzrə növbədənkənar səyyar yoxlama aparılmışdır. Yoxlama zamanı "İmza Group” MMC tərəfindən "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terroçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu, yəni Şəxs MMC tərəfindən daxili nəzarət proqramının tam tətbiq edilmədiyi, məsul şəxsin təyin edilməsi barədə Maliyyə Monitorinq Xidmətinə məlumat verilmədiyi müəyyən edilərək 27 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri yoxdur, əməlin hüquqa zidd olması ilə bağlı qənaətə gəlinməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə qeyd olunmalıdır ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsinin mənasına görə, bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların - Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata; maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə; maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə; maliyyə institutları tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə, yanlış məlumat və sənədlərin verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla); maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata; maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə (598.1); Maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə (598.4) - qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.7-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləridir. 3.1-ci maddəsinə əsasən bu Qanunun tələbləri qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə aşağıdakı hallarda tətbiq olunur: rieltorlar daşınmaz əmlakın alqısatqısı üzrə əməliyyatlar apardıqda; notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə: daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı. Məhkəmə qeyd edir ki, ilk növbədə nəzərə alınmalıdır ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu 01 fevral 2023-cü il tarixdə qüvvəyə minmişdir. Baxmayaraq ki, vergi orqanı tərəfindən həmin Qanuna əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə 01 oktyabr 2020-ci il tarixdən 30 sentyabr 2023-cü il tarixədək olan dövr üzrə növbədənkənar səyyar yoxlama aparılmış və nəticədə hazırda baxılan iş üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir, inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsinin olmaması barədə İnzibati Xətalar Məcəlləsinin 11.3-cü maddəsinin tələbləri baxımından həmin Məcəllənin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilib-törədilməməsi məsələsi, bunda hüquqi şəxsin təqsirinin olub-olmaması yalnız 01 fevral 2023-cü il tarixdən 30 sentyabr 2023-cü il tarixədək olan dövr üçün yoxlanılmalıdır. Bundan başqa, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokai Gəlirlər Baş İdarəsinin “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair” 27 dekabr 2023-cü il tarixli **********218900 nömrəli aktından, Şəxs MMC-nin Nizamnaməsindən və işdə olan digər hüquq müəyyənedici sənədlərdən göründüyü kimi, Şəxs MMC faktiki olaraq böyüklər üçün təhsil, yəni müntəzəm məktəb təhsili və ya ali təhsil sistemlərində oxumayan insanlar və mühasibat uçotu üzrə məsləhətlər sahəsində fəaliyyət ilə məşğul olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terroçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində həmin Qanunun tətbiq edildiyi peşə sahibləri müəyyən edilmişdir. Belə ki, Qanunun 3.1.2-ci maddəsinə əsasən notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və İdarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı əməliyyatlarını apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə qanunun tələbləri bu şəxslər üçün məcburidir. Hansı ki, Şəxs MMC-nin vergi ödəyiciləri ilə bağladığı müqavilələrdə istinad edilən” Qanunun 3.1.2-ci maddəsində dairəsi konkret göstərilən daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və İdarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı əməliyyatlarının aparılması və ya bu cür əməliyyatların aparılmasında iştirakı ilə bağlı hər hansı vəzifə və öhdəlikləri nəzərdə tutulmamış, Şəxs MMC xidmət göstərdiyi vergi ödəyicilərinin bu kimi əməliyyatlarının aparılmasında faktiki olaraq iştirak etməmişdir. İnzibati xəta törətmiş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmaması, bu sübutetmənin bilavasitə inzibati orqanın üzərinə düşməsi barədə İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin tələbləri baxımından isə nəzərə alınmalıdır ki, inzibati xəta haqqında protokola, “İmza Group" MMC tərəfindən yuxarıda göstərilən qaydada inzibati xətaya yol verildiyini təsdiq və sübut edən müvafiq sübutlar əlavə edilməmiş, məhkəmə baxışı zamanı da təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMÇ tərəfindən yol verildiyi hesab olunan xəta və onun əlamətləri İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinin təsir dairəsinə düşmür, ona görə hüquqi şəxsin həmin maddə ilə nəzərdə tutulan xətanı törətməyə görə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməsi üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata İsə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "İmza Group” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanın tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından 27 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-306/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-306/2024
09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver