Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3085/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində DİN Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı tərəfindən xx.xx.2023cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 12298894 nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərar qüvvəyə mindiyi gündən 3 ay müddətinə icra etməmiş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirmişdir ki, “Shacman” yük markalı, **-DC- *** dövlət qeydiyyat nişanlı avtomobil onun adına olsa da, həmin avtomobili onun istifadəsində deyil. Belə ki, həmin avtomobillərlə, yəni “Shacman” yük markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı, “Shacman” yük markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı, “Shacman” yük markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı, “Shacman” yük markalı, **-DA- *** dövlət qeydiyyat nişanlı, “Shacman SX3314DT366” yük markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin cavabdeh "xxxx" MMC-dən alınaraq ona geri qaytarılması barədə 13 may 2019-cu il tarixli məhkəmə qətnaməsi vardır. Həmin qətnamə icradadır və avtomobillər axtarışdadır. Göstərilənləri, həmin avtomobillərin onun tərəfindən idarə edilməməsi, avtomobillərin axtarışda olmasını nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, iş materillarına əlavə edilmiş AR DİN BDYPİ-nin rəisi Elçin Xasiyevin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.1.6-cı maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə “Shacman Yük” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması və BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi qərara alınmışdır. İş materillarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-2682/2019 saylı qətnaməsindən görünür ki, “Shacman” yük markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı, “Shacman” yük markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı, “Shacman” yük markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı, “Shacman” yük markalı, **-DA- *** dövlət qeydiyyat nişanlı, “Shacman SX3314DT366” yük markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı Şəxs geri qaytarılması qət edilmişdir. İş materillarına əlavə edilmiş Nəsimi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019cu il tarixli məktubunun surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2682/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən “Shacman yük” markalı, **- DC-*** dövlət qeydiyyat nömrəli, “Shacman yük” markalı, **-DA-*** dövlət qeydiyyat nömrəli, “Shacman yük” markalı, **-DC-*** dövlət qeydiyyat nömrəli, “Shacman yük” markalı, **-DC-*** dövlət qeydiyyat nömrəli, “Shacman SX3314DT366” yük markalı, **-KU- *** dövlət qeydiyyat nömrəli avtomobillərin "xxxx" MMC-dən alınaraq Şəxs geri qaytarılmalıdır. İş materillarına əlavə edilmiş AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2019cu il tarixli məktubunun surətindən görünür ki, “Shacman SX3314DT366” yük markalı, **- KU-*** dövlət qeydiyyat nömrəli avtomobilin saxlanması ilə əlaqədar məhkəmə və ya digər səlahiyyətli orqanlar tərəfindən BDYPİ-yə məlumat daxil olmamışdır. Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin məlumatlarına əsasən digər avtomobillərin üzərinə həbs qoyulması ilə əlaqədar Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-2682/2019 saylı qərardadı əsasında DYP-nin şəxsi heyəti təlimatlandırılmış, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. İş materillarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati işlər üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, Z.Bünyadov prospektu, N.Nərimanov küçəsinin kəsişməsi yaxınlığı, 20 Yanvar ünvanlarında “Shacman yük” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, “Shacman yük” markalı **-DC- *** dövlət qeydiyyat nişanlı, “Shacman yük” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı, “Shacman yük” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı, “Shacman yük” markalı **-DA- *** dövlət qeydiyyat nişanlı, “Shacman SX3314DT366 yük” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillər Şəxs xüsusi mülkiyyətindədir. Həmin avtomobillər "xxxx" MMC-nin etibarnamə əsasında illik hər biri 2000 manata olmaqla sahiblik və istifadəsinə verilmişdir. Lakin "xxxx" MMC tərəfindən 20.000 manat vəsaiti ödəmədiyindən sonradan cavabdehin adına verilmiş bütün etibarnamələr Şəxs tərəfindən ləğv edilmiş və "xxxx" MMC-yə müraciət edilərək xüsusi mülkiyyət hüququ ilə Şəxs məxsus olan avtomobillər geri qaytarılması tələb edilmişdir. Lakin A-Trans Motors MMC bugünədək həmin avtomobilləri geri qaytarmamış və hazırda həmin avtomobillər polisin axtarışındadır. Bununla da məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 12298894 nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərar inzibati xəta hadisəsini törədən şəxs, yəni subyekt düzgün müəyyən edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Nəsimi Rayon Polis İdarəsinə qaytarılsın. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3085/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3085/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver