Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3087/2024 09.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X14 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X13 Ünsal Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, X7 Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərara əsasən o, “DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru olaraq vəzifəli şəxs kimi inzibati qaydada cərimə edilmişdir. Belə ki, sözü gedən Qərar onunla əsaslandırılmışdır ki, o, üç nəfər vətəndaşlar X3, X6 və X4 işğaldan azad olunmuş ərazilərdə polis postlarından sərbəst keçməsi məqsədi ilə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən icazə almış, lakin həmin şəxslə şirkət arasında əmək müqaviləsi bağlanılmamışdır. Bununla bağlı bildirir ki, X7 Xidməti tərəfindən İnzibati tənbeh vermə haqqında protokola əsasən cərimələnəcəyi haqqında məlumatı heç vaxt bilməmiş, məlumatı olmadan qeyri qanuni protokol tərtib ediblər. Onu da qeyd edir ki, şirkətin hüquqi ünvanı ünvan 1ın rayonu, Güləbird kəndi inzibati ərazisində istehsalat sahəsində salınmış düşərgədir. Həmin Qərarla tanış olarkən məlum olmuşdur ki, o, vəzifəli şəxs kimi İXM 192.1-ci maddəsinə əsasən inzibati qaydada 3000 (üç min) manat cərimə edilmişdir. Şifahi olaraq əldə etdiyi məlumata əsasən xəbərsiz ətərsiz onun barəsində yazılmış protokolda müəyyən edilib ki, o, İXM 192.1-ci maddəsinin tələblərini pozaraq vətəndaşlar X3, X6 və X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərə cəlb etmişdir. Halbuki, adları qeyd olunanlardan Namiq Salahov mülki hüquqi müqavilə əsasənda podratçı təşkilat kimi fəaliyyət göstərən fiziki şəxs X1 (VÖEN **********) rəsmi işçisidir. X8 “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən icazə alması səlahiyyəti olmadığından onun rəsmi işçilərinin həmin ərazilərə giriş icazələri şirkət üzərindən alınmışdır. Daha sonra qeyd olunun iki vətəndaşlar X3, X5 filial üzərindən icazələr alınmış, lakin həmin şəxslər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş etməmişdirlər. Belə ki, həmin şəxslər Azərbaycan Respublikasının Konstitusiyasına əsasən sərbəst formada özlərinə iş yeri seçmək hüququndan istifadə etməklə “DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı ilə əmək münasibətləri yaratmaqdan imtina etmişlər. Qeyd edir ki, həmin şəxslərlə zorla əmək münasibətləri yaratmaq qanuna ziddir və qanunvericilikdə cəza məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edir ki, “DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun tikintisi və yenidən qurulmasında həyata keçirilən böyük layihələr çərçivəsində keyfiyyətli və yüksək standartlara cavab verən işlər görmüşdür. X7 Xidməti qanunsuz olaraq, heç bir araşdırma aparmadan onu vəzifəli şəxs kimi inzibati qaydada İXM-nin 192.1 maddəsilə 3000 manat qanunsuz olaraq cərimə etmişdir. Hesab edir ki, X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN 292089 saylı İnzibati tənbeh vermə haqqında Qərar qanunvericiliyin tələblərinə zidd olduğu üçün məhkəmə tərəfindən ləğv edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 46-cı maddəsinin tələblərinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Şirkətin təklif etdiyi vəzifələrə işçi qüvvəsini təmin etmək məqsədi ilə yuxarıda qeyd olunan “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən icazə o məqsədlə alınır ki, vətəndaş iş sahələrində təklif olunan işlə, məişət şəraiti ilə, məvaciblə, əmək şəraiti və sair təminatlarla tanış olsun, əmək münasibətlərinin yaradılmasında maraqlı tərəflərdən biri olsun və konstitusion hüquqlarından istifadə etməklə sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququndan istifadə etsin. Qətiyyətlə bildirir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən alınan icazə iş icazəsi deyil, bu həmin ərazilərə giriş icazəsidir. Qanunvericiliyin tələbləri tamamilə açıq və aydındır. Lakin, X7 Xidməti inzibati icraat zamanı qanunvericiliyin tələblərini pozaraq ona qarşı qanunazidd cərimə tətbiq ediblər. AR İXMnin 3-cü maddəsində göstərilir ki, İnzibati məsuliyyətin əsasları yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Halbuki, ümumiyyətlə heç bir rəsmi sübut olmadan, heç bir əsaslandırıcı arqument göstərmədən protokol tərtib edib cərimə yazılmışdır. X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən şəxsin nümayəndəsi və şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X14 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X14 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X3, X6 və X2 xx.xx.2024-cü il tarixdən işə cəlb edilməsi ilə bağlı qaydaların pozulmasına səbəb ola biləcək heç bir hal aşkarlanmamış, o cümlədən sübuta yetirilməmiş, həmçinin X7 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən təqdin edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni “DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən icazəsi istənilən məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Beləliklə müəyyən edilir ki, inzibati xəta haqqında qərar qanunverciliklə müyyən edilmiş qaydada tam, hərtərəfli araşdırılmadan tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, X14 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X14 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3087/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3087/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver