Məhkəmə qərarları › İş №3(006)-309/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-309/2021

17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-309/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X1 Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati Xəta haqqında protokola əsasən Şəxs 31.12.2020-ci il tarixdə, saat 18:25 radələrində Bakı Dəmir Yol Vağzalının yaxınlığında satılması qadağan edilmiş malları - 07 ədəd pirotexniki fişəng satmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 3(006)- 309/2021 saylı sözügedən qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Şəxs apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-778/2021 saylı, 07 aprel 2021-ci il tarixli qərarına əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 3(006)- 309/2021 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 31.12.2020-ci il tarixdə, saat 18:25 radələrində Bakı Dəmir Yol Vağzalının yaxınlığında satılması qadağan edilmiş malları - 07 ədəd pirotexniki fişəng satmışdır. Məhkəmə həmçinin hesab edir ki, Şəxs 31.12.2020-ci il tarixli izahatında qeyd etdiyi həmin 07 ədəd fişəngi satmaması ilə əlaqədar xüsusatlar özünü müdafiə xarakterlidir. İş materiallarına əlavə edilmiş 31.12.2020-ci il tarixli DYNPİ-nin SQM üzrə PPXBnin polis nəfəri A.N.Məmmədov tərəfindən tərtib olunmuş raportdan görünür ki, 31.12.2020-ci il tarixdə “Perron Gallery” ərazisində xidmət apararkən təxminən saat 18:25 radələrində 1 nəfərin şəxsin satılması qadağan olunan malları, yəni 07 ədəd pirotexniki fişəng satmasını müəyyən etmiş, vətəndaşa öz iradını bildirib onu DYNPİ-nin Növbətçi hissəsinə dəvət etmiş, növbətçi hissədə isə həmin vətəndaşın Şəxs olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs 31.12.2020-ci il tarixli izahatından görünür ki, o, qeyd olunan 07 ədəd fişəngi satmadığını, həmin fişəngləri onunla birlikdə yaşayan yetim qalmış qardaşı uşaqları üçün aldığını, sadəcə olaraq o ərazidən keçdiyindən polislər tərəfindən saxlanıldığını qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır və inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə 350 (üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar