Məhkəmə qərarları › İş №3(006)-3093/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3093/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3093/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1988-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, "xxxx" MMC-də baş mühasib müavini işləyən, Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi, giriş 1, ev 21, mənzil 18-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4177/2024 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, onun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4177/2024 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən xəbəri olsa da, qeyd olunan əşyaları tələbkara qaytarmaq mümkün olmamışdır. Belə ki, həmin əşyaların olduğu ev satıldıqdan sonra evin yeni sahibi ilə aralarında həmin əşyaların qaytarılmasına dair əvvəlcədən razılıq olsa da, sonradan həmin əşyalar evin satıldığı şəxs tərəfindən ona qaytarılmamışdır. Buna görə də, hal-hazırda evin satıldığı şəxslə onun arasında mülki məhkəmə mübahisəsi davam edir. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X4 verdiyi izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4177/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 1 ədəd Rusiya istehsalı soyuducu - 228,57 manat dəyərində, 1 ədəd Türkiyə istehsalı qaz peçi - 200 manat dəyərində, 1 ədəd Türkiyə istehsalı cam balkon - 685,71 manat dəyərində, 1 ədəd İtaliya istehsalı kamot – 3.428,57 manat dəyərində, 1 ədəd Televizor altı – 2.285,71 manat dəyərində, 1 ədəd İtaliya istehsalı stol (masa) – 6.600 manat dəyərində, 6 ədəd stul və 2 ədəd stul kreslo – 4.200 manat dəyərində, 3 ədəd İtaliya istehsalı divan - 8.000 manat dəyərində, 1 ədəd İtaliya istehsalı kreslo- 2.671,43 manat dəyərində, 1 ədəd İtaliya istehsalı jurnal masası – 1.142,86 manat dəyərində, 2 ədəd İtaliya istehsalı tumboçka 132,00 manat dəyərində, 1 ədəd vitrin-kamot - 3.428,57 manat dəyərində, 1 ədəd Kofeyni istehsalı yan jurnal – 1.142,86 manat dəyərində, İtaliya istehsalı pərdələr – 3.714,29 manat dəyərində, 3 ədəd İtaliya istehsalı plafonlar qızılı - 400 manat dəyərində, 1 ədəd İtaliya istehsalı çil-çıraq – 12.571,43 manat dəyərində, 1 ədəd torşer 2 457,14 manat dəyərində, 1 ədəd Honkonq istehsalı – 1.428,57 manat dəyərində, İtaliya istehsalı jurnal üçün tumboçka - 771,43 manat dəyərində, İtaliya istehsalı pərdə - 1.257,14 manat dəyərində, Çin istehsalı stol (masa) - 428,57 manat dəyərində, 6 ədəd Çin istehsalı stul - 857,14 manat dəyərində, 1 ədəd İtaliya istehsalı təkərli araba - 1.057,14 manat dəyərində, Pərdələr - 857,14 manat dəyərində, İtaliya istehsalı smistitel+moyka - 440 manat dəyərində, İtaliya istehsalı şifoner - 1.428,57 manat dəyərində, İtaliya istehsalı çarpayı – 2.000 manat dəyərində, İtaliya istehsalı ataman - 857,14 manat dəyərində, 2 ədəd İtaliya istehsalı tumboçka - 942,86 manat dəyərində, 1 ədəd İtaliya istehsalı turmo – 1.428,57 manat dəyərində, İtaliya istehsalı pərdə - 1.028,57 manat dəyərində, İtaliya istehsalı aksessuarlar - 457,14 manat dəyərində, İtaliya istehsalı tərəzi - 102,86 manat dəyərində, İtaliya istehsalı çilçıraq – 3.142,86 manat dəyərində, İtaliya istehsalı veşilka - 200 manat dəyərində, Mebel - 4.285,71 manat dəyərində, Yazı masası - 371,43 manat dəyərində, Ataman 1.171,43 manat dəyərində, Paltarlar, blok şkaf – 1.200,00 manat dəyərində, 1 ədəd İtaliya istehsalı çilçıraq - 542,86 manat dəyərində, Türkiyə istehsalı Mebel şkaf – 1.428,57 manat dəyərində, Aksessuarlar - 857,14 manat dəyərində, Güzgü Türkiyə - 257,14 manat dəyərində, 1 ədəd İtaliya istehsalı paltar yuyan maşın - 62,86 manat dəyərində, 1 ədəd kamera UK – 1.028,57 manat dəyərində, Tumbo - 342,86 manat dəyərində, Çin istehsalı çarpayı - 428,57 manat dəyərində, Çin istehsalı kamot - 191,43 manat dəyərində, Çin istehsalı masa - 125,71 manat dəyərində, Çin istehsalı stul - 44,57 manat dəyərində, Çin istehsalı çilçıraq - 94,86 manat dəyərində, Çin istehsalı pərdələr - 485,71 manat dəyərində, 1 ədəd Çin istehsalı azyaşlı uşaq çarpayısı - 628,57 manat dəyərində əşyaların cavabdeh Şəxs alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. İcra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən olunmuş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu Şəxs icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra üzrə öhdəliklərini tam olaraq yerinə yetirməkdən yayınmışdır. Hal-hazırda tələbkar məhkəmə qərarının tam olaraq icra edilməsini tələb edir. Borclu tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında protokol üzrə müvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4177/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 1 ədəd Rusiya istehsalı soyuducu - 228,57 manat dəyərində, 1 ədəd Türkiyə istehsalı qaz peçi - 200 manat dəyərində, 1 ədəd Türkiyə istehsalı cam balkon - 685,71 manat dəyərində, 1 ədəd İtaliya istehsalı kamot – 3.428,57 manat dəyərində, 1 ədəd Televizor altı – 2.285,71 manat dəyərində, 1 ədəd İtaliya istehsalı stol (masa) – 6.600 manat dəyərində, 6 ədəd stul və 2 ədəd stul kreslo – 4.200 manat dəyərində, 3 ədəd İtaliya istehsalı divan - 8.000 manat dəyərində, 1 ədəd İtaliya istehsalı kreslo- 2.671,43 manat dəyərində, 1 ədəd İtaliya istehsalı jurnal masası – 1.142,86 manat dəyərində, 2 ədəd İtaliya istehsalı tumboçka 132,00 manat dəyərində, 1 ədəd vitrin-kamot - 3.428,57 manat dəyərində, 1 ədəd Kofeyni istehsalı yan jurnal – 1.142,86 manat dəyərində, İtaliya istehsalı pərdələr – 3.714,29 manat dəyərində, 3 ədəd İtaliya istehsalı plafonlar qızılı - 400 manat dəyərində, 1 ədəd İtaliya istehsalı çil-çıraq – 12.571,43 manat dəyərində, 1 ədəd torşer 2 457,14 manat dəyərində, 1 ədəd Honkonq istehsalı – 1.428,57 manat dəyərində, İtaliya istehsalı jurnal üçün tumboçka - 771,43 manat dəyərində, İtaliya istehsalı pərdə - 1.257,14 manat dəyərində, Çin istehsalı stol (masa) - 428,57 manat dəyərində, 6 ədəd Çin istehsalı stul - 857,14 manat dəyərində, 1 ədəd İtaliya istehsalı təkərli araba - 1.057,14 manat dəyərində, Pərdələr - 857,14 manat dəyərində, İtaliya istehsalı smistitel+moyka - 440 manat dəyərində, İtaliya istehsalı şifoner - 1.428,57 manat dəyərində, İtaliya istehsalı çarpayı – 2.000 manat dəyərində, İtaliya istehsalı ataman - 857,14 manat dəyərində, 2 ədəd İtaliya istehsalı tumboçka - 942,86 manat dəyərində, 1 ədəd İtaliya istehsalı turmo – 1.428,57 manat dəyərində, İtaliya istehsalı pərdə - 1.028,57 manat dəyərində, İtaliya istehsalı aksessuarlar - 457,14 manat dəyərində, İtaliya istehsalı tərəzi - 102,86 manat dəyərində, İtaliya istehsalı çilçıraq – 3.142,86 manat dəyərində, İtaliya istehsalı veşilka - 200 manat dəyərində, Mebel - 4.285,71 manat dəyərində, Yazı masası - 371,43 manat dəyərində, Ataman 1.171,43 manat dəyərində, Paltarlar, blok şkaf – 1.200,00 manat dəyərində, 1 ədəd İtaliya istehsalı çilçıraq - 542,86 manat dəyərində, Türkiyə istehsalı Mebel şkaf – 1.428,57 manat dəyərində, Aksessuarlar - 857,14 manat dəyərində, Güzgü Türkiyə - 257,14 manat dəyərində, 1 ədəd İtaliya istehsalı paltar yuyan maşın - 62,86 manat dəyərində, 1 ədəd kamera UK – 1.028,57 manat dəyərində, Tumbo - 342,86 manat dəyərində, Çin istehsalı çarpayı - 428,57 manat dəyərində, Çin istehsalı kamot - 191,43 manat dəyərində, Çin istehsalı masa - 125,71 manat dəyərində, Çin istehsalı stul - 44,57 manat dəyərində, Çin istehsalı çilçıraq - 94,86 manat dəyərində, Çin istehsalı pərdələr - 485,71 manat dəyərində, 1 ədəd Çin istehsalı azyaşlı uşaq çarpayısı - 628,57 manat dəyərində əşyaların cavabdeh Şəxs alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, eləcə də icra işində olan sənədləri nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərdən müəyyən olunur ki, barəsində protokol tərtib olunmuş şəxs tərəfindən məhkəmə qərarının qərəzli olaraq yerinə yetirilməməsi müəyyən olunmamışdır. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, məhkəmə qətnaməsi icraya yönəlməsindən müəyyən müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikasının “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən, yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdrılması zamanı müəyyən edilməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da, onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar