Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3095/2025 30.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X3, Tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs MTK-nın direktoru X4 barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X3 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(103)-6653/2022 saylı icra vərəqəsinə əsasən ilkin iddia üzrə cavabdeh Şəxs MTK-dan 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək iddiaçıya ödənilməyən kirayə haqqının əvəzi olaraq aylıq 500 (beş yüz) manat olmaqla, ümumilikdə 5500 (beş min beş yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi və 2021-ci ilin avqust ayından başlayaraq aylar üzrə ayda 500 (beş yüz) manat kirayə haqqının Şəxs MTK tərəfindən iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(103)-3809/2020 nömrəli qətnaməsi ilə qət edilən kompensasiya iddiaçıya ödənilənədək davam etdirilməsi qət edilmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(103)-305/2023 saylı icra vərəqəsinə əsasən istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,5 (bir yüz altmış beş min üç yüz iyirmi iki manat, əlli qəpik) manat cavabdeh Şəxs MTK-dan alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin borclu öz üzərinə düşən vəzifələri icra etməmiş, icra sənədi üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X5 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(103)- 6653/2022 saylı icra vərəqəsinə əsasən ilkin iddia üzrə cavabdeh Şəxs MTK-dan 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək iddiaçıya ödənilməyən kirayə haqqının əvəzi olaraq aylıq 500 (beş yüz) manat olmaqla, ümumilikdə 5500 (beş min beş yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi və 2021-ci ilin avqust ayından başlayaraq aylar üzrə ayda 500 (beş yüz) manat kirayə haqqının Şəxs MTK tərəfindən iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(103)-3809/2020 nömrəli qətnaməsi ilə qət edilən kompensasiya iddiaçıya ödənilənədək davam etdirilməsi qət edilmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(103)-305/2023 saylı icra vərəqəsinə əsasən istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,5 (bir yüz altmış beş min üç yüz iyirmi iki manat, əlli qəpik) manat cavabdeh Şəxs MTK-dan alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq bildirişlə birlikdə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən icra edilməmişdir. Görülmüş tədbirlərə baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4090/2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs MTK-nın direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilmiş, lakin buna baxmayaraq yenə də icra sənədlərinin icrasından yayınır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, o, borclu tərəfindən icra sənədlərinin tam icra edilməsini tələb edir. Borcun hissə-hissə ödənilməsinə dair məhkəmə qərarları olmasına baxmayaraq borclu tərəfindən bu vaxta kimi hər hansı bir vəsait ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq borclu barəsində müvafiq inizbati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirakı etməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(103)-6653/2022 saylı icra vərəqəsindən görünür ki, ilkin iddia üzrə cavabdeh Şəxs MTKdan 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək iddiaçıya ödənilməyən kirayə haqqının əvəzi olaraq aylıq 500 (beş yüz) manat olmaqla, ümumilikdə 5500 (beş min beş yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ödənilməli və 2021-ci ilin avqust ayından başlayaraq aylar üzrə ayda 500 (beş yüz) manat kirayə haqqının Şəxs MTK tərəfindən iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(103)-3809/2020 nömrəli qətnaməsi ilə qət edilən kompensasiya iddiaçıya ödənilənədək davam etdirilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarının və həmin tarixli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs MTK-ya icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(103)-6653/2022 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4090/2024cü il tarixli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs MTK-nın direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-21/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, borclu Şəxs Mənzil Tikinti Kooperativinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6653/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi qismən təmin edilmiş və qətnamənin 2 ay müddətində hissə-hissə icra edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(103)-305/2023 saylı icra vərəqəsindən görünür ki, istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,5 (bir yüz altmış beş min üç yüz iyirmi iki manat, əlli qəpik) manat cavabdeh Şəxs MTK-dan alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarının və həmin tarixli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs MTK-ya icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(103)-305/2023 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-7/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 305/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin borclu Şəxs MMC tərəfindən 03 (üç) ay ərzində ödənilməklə hissə-hissə icra edilməsi qərara alınmışdır. Beləliklə, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, Şəxs MTK-nın direktoru X4 Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(103)-6653/2022 saylı və 27 fevral 2023-cü il tarixli, 2(103)- 305/2023 saylı icra sənədləri üzrə üzərinə düşən öhdəlilkləri icra etməmiş və ona görə də onun barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs MTK-nın direktoru X4 məhkəmə qərarları ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(103)-6653/2022 saylı və 27 fevral 2023-cü il tarixli, 2(103)-305/2023 saylı icra sənədlərinin icrasını təmin etməmiş, icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs MTK-nın direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs MTK-nın direktoru X1 adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxs MTK-nın direktoru X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs MTK-nın direktoru X4 tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MTK-nın direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MTK-nın direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3095/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3095/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver