Məhkəmə qərarları › İş №3(006)-3097/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3097/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3097/2024 02.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASCnin İdarə heyətinin sədri Şəxs vəkili X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 iştirakı ilə, "xxxx" BOKT ASC-nin İdarə heyətinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 598.1.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" BOKT ASC-nin İdarə heyətinin sədri Şəxs Azərbaycan Respublikası İXM-nin 598.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən "xxxx" BOKT ASC-də aparılmış yoxlama nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilmiş, qeyd olunan faktlar üzrə Azərbaycan Respublikasının Mərkəzi bankına məlumat verilmiş, bununla da, "xxxx" BOKT ASC-nin İdarə heyətinin sədri Şəxs Azərbaycan Respublikasının İXM-nin 598.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X5 izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən "xxxx" BOKT ASC-də aparılmış yoxlama nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilmiş, qeyd olunan faktlar üzrə Azərbaycan Respublikasının Mərkəzi bankına məlumat verilmişdir. Belə ki, "xxxx" BOKT ASC-nin rəhbərlik səviyyəsində təyin edilən məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxslə bağlı məlumat vaxtında Maliyyə Monitorinq Xidmətinə təqdim olunmamışdır. Nəticədə, xx.xx.2024-cü il tarixində "xxxx" BOKT ASC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, "xxxx" BOKT ASC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin İdarə Heyətinin sədri Şəxs vəkili X2 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması faktları üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilmiş, nəticədə "xxxx" BOKT ASC-nin İdarə heyətinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 598.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, "xxxx" BOKT ASC əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri üzrə qaydaların onlara təqdim edilməsi üçün müraciət etmiş və həmin qaydalarla tanış olduqdan sonra "xxxx" BOKT ASC-nin rəhbərlik səviyyəsində təyin edilən məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxslə bağlı məlumat Maliyyə Monitorinq Xidmətinə təqdim olunmuşdur. Lakin onlara qeyd olunan məlumatın gec verilməsi səbəbindən "xxxx" BOKT ASC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, bütün zəruri məlumatlar müvafiq qurumlara təqdim edilmişdir. Buna görə də, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi üzrə tərtib edilmiş 29 iyul 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola əsasən başlanmış icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" BOKT ASC-nin İdarə heyətinin sədri Şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin 598.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Monitorinq Xidmətinin idarə heyətinin sədri Zaur Fətizadə tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankı sədrinin birinci müavini Rəşad Orucova ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-1/2-723/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının nəzarət etdiyi öhdəlik daşıyan şəxslərin sayı növü, məsul şəxsin təyin edilibedilməməsi, daxili nəzarət proqramının tətbiq edilib-edilməməsi və digər məsələlərə dair, təqdim edilmiş statistik məlumatlara aidiyyəti üzrə baxılmışdır. Təqdim edilmiş məlumatlarda kredit ittifaqlarının məsul şəxs təyin etmədiyi və daxili nəzarət proqramı tətbiq etmədiyi investisiya şirkətlərinin ikisinin, valyuta mübadiləsi üzrə lisenziya almış şəxslərin ikisinin məsul şəxs təyin etmədiyi qeyd olunmuşdur. Eyni zamanda təqdim edilmiş məlumatlarda 54 BOKT, 11 investisiya şirkəti, 1 investisiya fondu idarəçisi, 1 virtual aktiv təminatçısı, 3 valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin məsul şəxs təyin etdiyi qeyd edilməsinə baxmayaraq BOKT-lardən yalnız 42, investisiya şirkətlərindən yalnız 9 məsul şəxs barəsində Maliyyə Monitorinqi Xidmətinə (bundan sonra - MMX) rəsmi qaydada məlumat təqdim etmişdir. İnvestisiya fondu idarəçiləri, virtual aktiv xidməti təminatçıları valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən isə məsul şəxs barədə məlumat MMX-yə ümumiyyətlə təqdim edilməmişdir. MMX-nin 2023-cü il 21 fevral tarixli qərarı ilə təsdiqlənmiş “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in 3.2.1-ci yarımbəndinə əsasən öhdəlik daşıyan səxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və bu barədə məlumatın 3 (üç) iş günü ərzində MMX-yə və nəzarət orqanına venlməsı qaydası müəyyən edilməlidir. Məsul şəxsin təyin edilməsi və bu barədə aidiyyət, orqanlara məıumat verilməsi daxili nəzarət proqramının minimum tələblərindən biridir. Qeyd olunanları nəzərə alaraq, bütün maliyyə institutlarının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mubanzə haqqında” Qanundan irəli gələn öhdəliklərini tam şəkildə icra etməsinin təmin olunmasını, habelə məsul şəxs təyin etmiş, lakin bu barədə MMX-yə məlumat təqdim etməmiş şəxslər tərəfindən təyin olunmuş məsul şəxslər barədə məlumatın MMX-yə təqdim edilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" BOKT ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-1-28/2-4514/2024 nömrəli məktubdan görünür ki, məlum olduğu kimi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1.2-ci maddəsində rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi qeyd olunmuşdur. Həmçinin, “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”-in (Tələblər) 3.2.1-ci yarımbəndinə əsasən öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və bu barədə məlumatın 3 (üç) iş günü ərzində MMX-ya və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməlidir. Odur ki, məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyinatı ilə bağlı məlumatın MMX-ya və nəzarət orqanına verilməsi qaydasının təşkilatınız tərəfindən müəyyən edilməsinə dair təsdiqedici sənədləri 3 (üç) iş günü müddətində Mərkəzi Banka təqdim etməyiniz tapşırılmışdır. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1.2-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi tədbirləri görməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə - fiziki şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxsləri iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Göründüyü ki, "xxxx" BOKT ASC tərəfindən yoxlanılan dövr ərzində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rəhbərlik səviyyəsində təyin edilən məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxslə bağlı məlumat vaxtında Maliyyə Monitorinq Xidmətinə təqdim edilməməsi aşkar olunmuşdur Belə olan halda, "xxxx" BOKT ASC-nin İdarə heyətinin sədri Şəxs Azərbaycan Respublikası İXM-nin 598.1.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddələrin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında "xxxx" BOKT ASC-nin İdarə heyətinin sədri Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, "xxxx" BOKT ASC-nin İdarə heyətinin sədri Şəxs Azərbaycan Respublikası İXM-nin 598.1.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" BOKT ASC-nin İdarə heyətinin sədri Şəxs Azərbaycan Respublikasının İXMnin 598.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar