Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3099/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X1, Tələbkar "xxxx" KB ASC-nin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2018ci il tarixli, 2(006)-1700/2018 saylı icra sənədi Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilmir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru E.N.Qulubəyli inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli, 2(006)-1700/2018 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 26.372,70 (iyirmi altı min üç yüz yetmiş iki) manat 70 (yetmiş) qəpik əsas, 2.322 (iki min üz yüz iyirmi iki) manat 84 (səksən dörd) qəpik faiz, 285 (iki yüz səksən beş) manat 65 (altmış beş) qəpik cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 29.011 (iyirmi doqquz min on bir manat) 19 (on doqquz) qəpik məbləğində pul alınaraq Unibank KB ASC-yə ödənilməlidir. Borclu Şəxs borcunu ödəməkdən mütəmadi olaraq yayınmış, nəticədə, onun bugünədək 25.011 (iyirmi beş min on bir manat) 19 (on doqquz) qəpik borcu ödənilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan əlavə icra məmuru E.N.Qulubəyli məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu Şəxs ölkədən getmək hüququ məhkəmə tərəfindən məhdurlaşdırılmışdır. Hal-hazırda borclunun əmlakı barəsində müvafiq dövlət qurumlarına sorğu verilmiş, lakin borclunun hər-hansı daşınar və daşınmaz əmlakı müəyyən edilməmişdir. Hazırda borclu işsizdir və maddi vəziyyəti olduqca ağırdır. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, əvvəllər bizneslə məşğul olmuş, dəfələrlə banklardan kredit götürmüş və götürdüyü bütün kreditləri bağlamışdır. Daha sonra işləri yaxşı getməmiş buna görə də borcunu ödəyə bilməmişdir. Hal – hazırda işsizdir və maddi vəziyyəti olduqca ağırdır. Adına hər hansı daşınar və ya daşınmaz əmlak yoxdur. Bugün yenidən tələbkara 500 (beş yüz) manat ödəniş etmişdir. Maddi vəziyyəti düzələn kimi qısa müddətdə ödənişlər edəcəyinə söz verir. Göstərilənləri nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar nümayəndəsi O.S.Əbilov öz izahatında göstərmişdir ki, borclu tərəfindən vaxtlı-vaxtında ödəniş olunmur. Yalnız icra məmurunun xəbərdarlıqlarından sonra hər dəfə 500 manat ödəyir. Borclu Şəxs borcundan qismən ödənişlər etsə də, borcunu tam ödəmir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli, 2(006)-1700/2018 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 26.372,70 (iyirmi altı min üç yüz yetmiş iki) manat 70 (yetmiş) qəpik əsas, 2.322 (iki min üz yüz iyirmi iki) manat 84 (səksən dörd) qəpik faiz, 285 (iki yüz səksən beş) manat 65 (altmış beş) qəpik cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 29.011 (iyirmi doqquz min on bir manat) 19 (on doqquz) qəpik məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 04 iyun 2018-ci il tarixli qərardan görünür ki, Nəsimi Rayon İcra Şöbəsi tərəfindən Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli, 2(006)-1700/2018 saylı icra vərəqəsi üzrə həmin tarixdə icraat başlanılmışdır. İş materiallarında olan 04 iyun 2018-ci il tarixli Nəsimi Rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs həmin bildirişi 27 may 2019cu il tarixdə qəbul etmişdir. İş materiallarında olan 10 avqust 2018-ci il tarixli qərardan görünür ki, borclu Şəxs məcburi qaydada Nəsimi Rayon İcra şöbəsinə gətirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli qərardadından görünür ki, Şəxs məcburi gətirilməsi barədə təqdimat təmin edilmiş, sonuncunun Nəsimi Rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan ayrı-ayrı qurumlara verilmiş sorğuların cavablarına əsasən müəyyən edilir ki, Şəxs hər hansı gəliri yoxdur, onun adına hər hansı daşınar və ya daşınmaz əşya aşkar edilməmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Şəxs tərəfindən "xxxx" KB ASC-yə bugünədək 4.000 (dörd min) manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli, 2(006)-1700/2018 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 26.372,70 (iyirmi altı min üç yüz yetmiş iki) manat 70 (yetmiş) qəpik əsas, 2.322 (iki min üz yüz iyirmi iki) manat 84 (səksən dörd) qəpik faiz, 285 (iki yüz səksən beş) manat 65 (altmış beş) qəpik cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 29.011 (iyirmi doqquz min on bir manat) 19 (on doqquz) qəpik məbləğində pul alınaraq Unibank KB ASC-yə ödənilməlidir. Borclu Şəxs borcunu ödəməkdən mütəmadi olaraq yayınmış, nəticədə, onun bugünədək 25.011 (iyirmi beş min on bir manat) 19 (on doqquz) qəpik borcu ödənilməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi borclu tərəfindən icra edilmədiyindən 12 oktyabr 2021-ci il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə iclasında Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru E.N.Qulubəylinin izahatından və təqdim olunmuş qəbzlərin surətindən müəyyən olunmuşdur ki, Şəxs yaranmış 29.011 (iyirmi doqquz min on bir manat) 19 (on doqquz) qəpik borcdan 4.000 manatını ödəmişdir. Bu fakt məhkəmə iclasında iştirak edən bütün proses iştirakçıları tərəfindən də təsdiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi hazırda sözügedən icra sənədi üzrə borclu Şəxs tərəfindən borcunun hissə-hissə ödənilməsinə dair söz verdiyindən həmin icra sənədinin sonuncusu tərəfindən qərəzli olaraq icra edilməməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3099/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3099/2021
12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver