Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-31/2024 15.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsi X2, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X3 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi ilə bağlı şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 08 noyabr 2023-cü il tarixində Azadlıq prospektindən 28 May küçəsinə doğru etibarnamə əsasında idarə etdiyi “Hunday Elantra” markalı, **-EF-*** dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olduğu zaman yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, o, 3-cü zolaqla irəliləyərkən 4-cü zolaqda irəliləyən “Toyota Prius” markalı avtomobil anidən qarşısına çıxdığı üçün qəzanın qarşısını almaq məqsədilə idarə etdiyi nəqliyyat vasitəsini çüzi şəkildə sol tərəfə çəkməklə qəzanın qarşısını almışdır. Lakin arxa tərəfdən 2-ci zolaqla irəliləyən “Toyota Rav4” markalı avtomobil həddindən artıq sürətlə irəlilədiyindən onun idarə etdiyi avtomobilə dəyməklə yol nəqliyyat hadisəsi baş vermişdir. Bakı şəhər X12 İdarəsinin kapitanı Fərid Əkbərov işi düzgün araşdırmamış, iş materialları üzrə dəlillərə düzgün qiymət verməmişdir. Belə ki, yol nəqliyyat hadisəsinin baş verdiyi ərazidə olan kamera görüntülərindən də aydın şəkildə sübut olunur ki, baş vermiş yol nəqliyyat hadisəsində onun təqsiri yoxdur. Kamera görüntülərindən də müşahidə olunur ki, “Toyota Rav 4” markalı avtomobil ara məsafəsi saxlasaydı və sürət həddini aşmasaydı qəzanın qarşısını ala bilərdi. Bütün sübutlar ortada olduğu təqdirdə polis kapitanı Fərid Əkbərovun hansı əsasla onun barəsində inzibati xəta törədilməsi barədə qərar qəbul etməsi şübhə doğurur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən X5 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, verilmiş şikayəti əsassız hesab edirlər və bununla bağlı sübutları da var. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Azadlıq prospektində «Hyundai» markalı, **-EF-*** dövlət nömrə nişanlı avtomobillə, «Toyota» markalı **-VF-*** dövət nömrə nişanlı avtomobil toqquşmuşdur. Hər iki avtomobilə maddi ziyan dəymişdir. Hadisə ilə bağlı növbətçi hissədən məlumat daxil olmuş. İlkin araşdırma onun tərəfindən aparılmış, daha sonra isə hadisə üzrə Bakı şəhər BPİ-nin X12 İdarəsində kompleks araşdırma aparmışdır. Bu onun tək gəldiyi rəy deyil. Hadisə ilə bağlı videogörüntüyə baxılmış və idarənin bir neçə əməkdaşı hadisə ilə bağlı hər iki vətəndaşın xətasının olduğunu bildirmişlər. Bundan sonra hər iki vətəndaşa protokol tərtib olunmuşdur. Həmin xəta ilə bağlı görüntünü məhkəməyə təqdim edir və baxaraq hüquqi qiymət verilməsini xahiş edir. Həmçinin həmin hadisədə digər xəta törədən X1 da məhkəmədə şahid qismində dindirilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, o, “Toyota Rav4" markalı, **-ET-*** dövlət nömrə nişanlı avtomobili idarə etmişdir. 08 noyabr 2023-cü il tarixdə, saat 17:00 radələrində Azadlıq prospekti ilə 2-ci zolaqla hərəkətdə olmuş, irəli getdikdə isə yol daralırdı. O, öz yolu ilə hərəkətini davam etdirirdi. Ondan qabaqda isə şikayətçi Vüqar Hüseynov «Hyundai» markalı avtomobillə irəliləyirdi. Həmin anda həqiqətən onun qabağına anidən «Toyota Prius» markalı avtomobil çıxmış və o. idarə etdiyi avtomobili sola onun yoluna istiqamətdə çəkdi. Bu hal anidən olduğundan o, avtomobili saxlaya bilməmiş, idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə onun avtomobilinin arxa sağ hissəsindən vurmuşdur. Bundan sonra hadisə yerinə yol polisi əməkdaşları gəlmiş, araşdırma aparmış və hər ikisinə hadisə ilə bağlı protokol tərtib olunmuşdur. Hadisə zamanı onun avtomobilinə 3360 manat zərər dəymiş, onun da sığortası dəymiş ziyanın yarısını ödəmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin çıxışlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş üzrə icraat aparmış səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş 01 ədəd diskdə olan görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2023-cü il tarixdə saat 17:00-da Nəsimi rayonu, Azadlıq prospekti “HYUNDAİ ELANTRA” minik markalı. 77EF-956 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Məhkəmə, şikayət verən şəxs X5 oğluna istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.4-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X3 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X3 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-31/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-31/2024
15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver