Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-31/2025 22.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin direktoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələri ilə 18 dekabr 2024-cü il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-də (Lombard şirkəti) xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərində aparılmış hərtərəfli yoxlama (xx.xx.2023 - xx.xx.2024-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir:
1. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (ƏL/TMM) Qanunun 4.2-ci və 4.4-cü maddəsinə görə öhdəlik daşıyan şəxslər işgüzar münasibətlərin yaradılmasından əvvəl müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidir və bu məqsədlə müştərini eyniləşdirməli, müştərinin eyniləşdirmə məlumatlarnı etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair” Qaydaların (MUT Qaydaları) 2.1.1-ci yarımbəndində fiziki şəxslərə münasibətdə öhdəlik daşıyan şəxslər tərəfindən ƏL/TMM Qanunun 4.2.1-ci, 4.2.2-ci, 4.2.4-cü və 4.2.5-ci maddələrində nəzərdə tutulmuş hallarda müştəriləri və onların səlahiyyətli nümayəndələrini eyniləşdirmək məqsədilə onlar barədə əldə etməli olduğu minumum məlumatlar qeyd edilmişdir. Bundan başqa, MUT Qaydalarının 3.1-ci bəndinə görə bu Qaydalarının 2-ci hissəsi ilə müəyyən edilmiş məlumatlar müştəri profilinə daxil edilir və müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı risklər əsasmda müştəri profili üzrə risk qrupu müəyyən edilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, Lombard şirkəti tərəfindən 2024-cü ilin ilk yarımili ərzində 14.375 sayda yeni müştərilərlə igüzar münasibətlər yaradılmasından əvvəl müştərinin poçt ünvanı, elektron poçt ünvanı, iş yeri və vəzifəsi, orta illik əmək haqqısı, digər gəlir mənbələri, gəliri olmadığı halda onu maliyyələşdirən sponsor şəxs barədə eyniləşdirmə məlumatları, son 12 ay ərzində xaricə və ya xaricdən köçürmələrə dair məlumatlar, habelə siyasi nüfuzlu şəxslərə, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərə münasibətdə MUT Qaydalarının 2.1.2-ci bəndində nəzərdə tutulmuş məlumatlar əldə edilməmiş, müştərilərin fərdi risk dərəcələri (qrupları) müəyyən olunmamışdır (X5, səh 12). 1-ci bənddə qeyd edilən 14375 sayda müştərilərə münasibətdə qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. 2.1. “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in (DNP) 2.1.1-ci maddəsinə görə (anoloji tələb xx.xx.2023-cü il tarixədək qiwvədə olmuş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (PL/TMM) Qanunun 12.1-ci maddəsində də göstərilmişdir) monitorinq subyekti tərəfindən aşağıdakı qayda və prosedurlar hazırlanmalıdır: - ƏL/TMM siyasətinin təsdiq edilməsi; - müştəri uyğunluğu tədbirlərinə və müştəri profili üzrə risklərin qiymətləndirilməsinə dair daxili qayda və prosedurların təsdiq edilməsi; - müştərilərin benefisiar mülkiyyətçilərinin müəyyənləşdirilməsinə dair metodologiya və prosedurların təsdiq edilməsi; - məlumat və sənədlərin saxlanılmasına və konfidensiallığına dair daxili qayda və prosedurların təsdiq edilməsi; - öhdəlik daşıyan şəxslərin rəhbərlik və işçilərinin, habelə struktur vahidlərinin (olduğu təqdirdə) ƏL/TMM-yə dair öhdəlik və vəzifələrinin müəyyənləşdirilməsi; - şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarının (indikatorların) təsdiq edilməsi; - şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması üzrə daxili qayda və prosedurların təsdiq edilməsi; öhdəlik daşıyan şəxsin institusional risk qiymətləndirilməsi metodologiyası və prosedurlarının təsdiq edilməsi; - öhdəlik daşıyan şəxsin institusional risk qiymətləndirilməsi metodologiyası və prosedurlarının təsdiq edilməsi; - yeni məhsulların yaradılması və istifadəyə verilməsinə dair daxili qayda və prosedurlarının təsdiq edilməsi; - daxili auditin (olduğu təqdirdə) öhdəlik daşıyan şəxsin daxili nəzarət proqramını qiymətləndirməsi üzrə standartlarının təsdiq edilməsi. Yoxlama zamanı müəyyən edilmişdir ki, Lombard şirkətində yuxarıda qeyd edilən qayda və prosedurlar mövcud olmamışdır (X5ı. Səh 7-8). 2.2. ƏL/TMM Qanunun 10.1.4-cü maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 12.1.4cü maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, Lombard şirkəti tərəfindən yoxlanılan dövr ərzində təlim planı hazırlanmamış, əməkdaşlara ƏL/TMM üzrə təlimlər keçirilməmiş və bu barədə MMX-ya məlumat verilməmişdir (X5. Səh 9). 2-ci bənddə qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini varadır.
Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (14375 sayda müştəriyə münasibətdə) və 598.1.2-ci maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar Lombard şirkətinin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında xx.xx.2023 - xx.xx.2024-cü il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2024-cü il tarixdə aşkarlanmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X2 məhkəməyə yazılı etiraz təqdim etmiş və ona uyğun izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ASC-də xx.xx.2024-cü il tarixində yoxlamaya başlanılmış və xx.xx.2024-cü il tarixində yoxlama başa çatmışdır. Mərkəzi Bank tərəfindən xx.xx.2024-cü il tarixində Şəxs ASC barəsində EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilən protokolu qanunsuz hesab edir. Belə ki, ilk öncə məhkəmənin nəzərinə çatdırır ki, Mərkəzi Bank “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla yoxlama keçirmiş və yoxlamanın nəticələri barədə qanunvericiliyin tələbinə uyğun tədbirlər görməmişdir. Belə ki, Qanunun 3.1-ci maddəsinə əsasən “Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır”. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən “Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz”. Mərkəzi Bank tərəfindən yoxlamanın aparılmasına dair reyestrində hansısa qeydlərin olmasına dair məlumat məhkəməyə təqdim edilməmişdir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən “Yoxlayıcı orqanlar apardıqları hər bir” yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar”. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən “Yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır”. Həmin Qanunun 31-ci maddəsinə əsasən yoxlamanın nəticələrinin rəsmiləşdirilməsini tənzimləyir və yoxlama aktında mütləq qaydada olmalı olan məlumatları göstərir. Maddənin 31.2.3-cü yarımbəndinə əsasən “yoxlamaların vahid məlumat reyestrindən verilən kod”un aktda göstərilməsi məcburidir. 31.2.7-ci yarımbənddə “yoxlamanın aparılması haqqında qərarın tarixi və nömrəsi” tələb edilir. Eyni zamanda Qanunun 31.2.8-ci yarımbənddə “sahibkara yoxlama zamanı onun hüquq və vəzifələrinin izah edilməsi haqqında məlumat” verilməsi və 31.2.10-cu yarımbənddə “yoxlama suallarının siyahısının konkret suallarının nömrələri göstərilməklə aşkar olunmuş qanun pozuntularının məzmunu, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri”nin Aktda göstərilməsi tələb edilir. Qanunun 31.5-ci maddəsinə əsaəsn “Yoxlama aktı yoxlamanın başa çatdığı gündən gec olmayaraq yoxlamada iştirak edən bütün yoxlayıcılar tərəfindən imzalanır. Yoxlama aktını imzalamış yoxlayıcılar yoxlama aktına və yoxlama suallarının siyahısına daxil edilmiş qeyd və məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar”. Qanunun 33.2-ci maddəsinə əsasən “Yoxlama materiallarına baxılmasının nəticələri üzrə bu Qanunun 31.1-ci maddəsində göstərilən aktın rəsmiləşdirilməsindən sonra ən geci 15 iş günü müddətində yoxlayıcı orqan tərəfindən aşağıdakılar barəsində qərar çıxarılır”. Yoxlayıcı orqanın tərəfindən xx.xx.2024-cü il tarixində X5 tərtib edilmişdir. Yoxlayıcı orqan Qanunun 33.2.2-ci maddəsinə əsasən müəyyən etdiyi inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərar qəbul edilmədən və qanuna müvafiq tədbirlər görülmədən barəmizdə İnzibati xəta haqqında protokol tərtib etmişdir, bu isə qanunun tələbinin kobud pozuntusu hesab edilir. Göstərilənlərdən başqa bildirir ki, X6 göstərir ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanunun 4.2-ci maddəsinin və 4.4-cü maddəsinin tələbləri pozularaq müştərilərin poçt ünvanı, elektron poçt ünvanı, iş yeri və vəzifəsi barədə, orta illik əmək haqqı, digər gəlir mənbələri, gəliri olmadığı halda onu maliyyələşdirən sponsor şəxs barədə eyniləşdirmə məlumatları, son 12 ay ərzində xaricə və ya xaricdən köçürmələrə dair məlumatlar, habelə siyasi nüfuzlu şəxslərə münasibətdə MUT Qaydalarının 2.1.2-ci bəndində nəzərdə tutulmuş məlumatlar əldə edilməmiş, müştərilərin fərdi risk qərəcələri müəyyən olunmamışdır”. Şəxs ASC-nin müştərilər üzrə sənəd paketinin bir nüsxəsi nümunə üçün məhkəməyə təqdim edilir. Bu sənəd nümunəsindən də göründüyü kimi göstərilən tələblərin bir çoxu, tərəfimizdən əldə edilərək iş materiallarına əlavə edilir. Nəzərə alınmalıdır ki, Şəxs ASC lombard fəaliyyəti ilə məşğul olur və müştərilər barədə lazım olan bütün məlumatlar qeyd edilir. Mülki Qanunvericilikdə nəzərdə tutulan bütün tələblərə uyğun fəaliyyətini quran Cəmiyyət müştərilərin göstərilən məlumatlarını mümkün dərəcədə əldə edir. Lombard kreditinə müraciət edən şəxslərin bir çoxunun gəlir yerini müəyyən etmək mümkün olmur. Lombard kreditinin mahiyyəti ondan ibarətdir ki, qızıl girovunu qoymaqla kredit əldə edilir. Bu şəxslərin əldə etdiyi kreditin məbləği “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanunun tələbləri ilə tərs mütənasibdir. Qanunun 11.2-ci maddəsində deyilir “əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar və əmlakın terror aktının hazırlanmasında, təşkil olunmasında və ya törədilməsində, habelə terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağı ilə bağlı şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar olduqda məbləğindən asılı olmayaraq, əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumat və sənədlər öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən maliyyə monitorinqi orqanına təqdim edilir”. Mərkəzi Bank inzibati xəta müəyyən edərkən Şəxs ASC-nin hansı köçürməsi və ya əməliyyatında Qanunun 11.2.1-ci və 11.2.2-ci maddələrində göstərilən halları müəyyən etmişdir? Protokolun 2.1-ci hissəsində isə “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in 2.1.1-ci maddəsinə görə monitoriq subyekti tərəfindən qayda və prosedurların hazırlanmasına dair tələblərə iradlar tutulmuşdur. Bildirir ki, Şəxs ASC tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanunun” tələbinə riayət olunaraq göstərilən yoxlama zamanı müvafiq məsul şəxslər təyin edilmiş, qaydalar yazılaraq aidiyyatı üzrə təqdim edilmişdir. Göstərilənlərdən başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən “İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir”. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən “İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqmda iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir”. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən “İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqmda protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir”. Mərkəzi bank tərəfindən Məcəllənin müvafiq maddələri pozulmuş, həmçinin Qanunun tələblərinə istinadlar və əlaqələndirmələr düzgün edilməmişdir. Lombard fəaliyyəti ilə məşğul olan Cəmiyyətin heç bir köçürmə əməliyyatları olmur. Verilən lombard kreditləri üzrə pullar “Azər Poçt” vasitəsi ilə müştərilərin kartlarına köçürülür. Tərəflərindən heç bir maliyyə əməliyyatı aparılmadığı halda necə ola bilər ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanunun” tələbini pozaq? Bütün göstərilənlərlə yanaşı həmçinin Şəxs ASC-nin xx.xx.2024-cü il tarixli məsul şəxslərin müəyyən edilməsi haqqmda Qərarını da iş materialllarna əlavə edir. Həmçinin Müştəri uyğunluğu tədbirlərinə və müştəri profili üzrə risklərin qiymətləndirilməsinə dair Daxili Qaydaları da təqdim edir. Göstərilənləri nəzərə alaraq, Şəxs ASC barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş edir. İş materiallarından da görünür ki, yoxlama zamanı müəyyən edilmişdir ki, Şəxs ASC tərəfindən xx.xx.2023 – xx.xx.2024-cü il tarixləri arasında verilmiş 14375 sayda kreditlər üzrə müştərilərin fərdi risk dərəcələri müəyyən edilməmiş, bununla bağlı daxili qayda mövcud olmamış, habelə 2024-cü ilin ilk yarımili ərzində 14.375 sayda yeni müştərilərlə işgüzar münasibətlər yaradılmasından əvvəl müştərinin poçt ünvanı, elektron poçt ünvanı, iş yeri və vəzifəsi, orta illik əmək haqqısı, digər gəlir mənbələri, gəliri olmadığı halda onu maliyyələşdirən sponsor şəxs barədə eyniləşdirmə məlumatları, son 12 ay ərzində xaricə və ya xaricdən köçürmələrə dair məlumatlar, habelə siyasi nüfuzlu şəxslərə, onlarm yaxm qohumları və ya yaxın münasibətdə olduğu şəxslərə münasibətdə MUT Qaydalarının 2.1.2ci bəndində nəzərdə tutulmuş məlumatlar əldə edilməmişdir. Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. Yoxlama zamanı müəyyən edilmişdir ki, Şəxs ASC tərəfindən yoxlanılan dövr ərzində təlim planı hazırlanmamış, əməkdaşlara ƏL/TMM üzrə təlimlər keçirilməmiş və bu barədə MMXya məlumat verilməmişdir. Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 598.1.1-ci maddəsinə əsasən, maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 598.1.2-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 11.1-ci maddəsinə görə Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə” dair 02 sentyabr 2020-ci il qərarında göstərilmişdir ki, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz (maddə 34.4). İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir. Belə ki, həmin maddəyə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsindən göründüyü kimi, qanunverici müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə həmin Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq eyni vaxtda baxılmasının eyni orqan tərəfindən tərtib edilmiş protokollar və həmin xətalara baxılmasının eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni şəxs tərəfindən müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətindədirsə, bu xətaların heç birinə görə ona inzibati tənbeh tətbiq edilməmişdirsə və törədilən inzibati xətaların heç birinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə məhkəmə və ya müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) bu inzibati xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Bu tələb birbaşa İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.4-cü maddələrinin müddəalarından irəli gəlir. Eyni zamanda Məcəllənin 34.4-cü maddəsinin "barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz” müddəası da bu qəbildən olan işlərin eyni vaxtda baxılmasına bir daha dəlalət edir. Həmçinin nəzərə alınmalıdır ki, qanunverici burada "barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Bu qayda inzibati xətalar qanunvericiliyinin prinsiplərinə uyğundur. Əks yanaşma şəxsə inzibati xətaya görə qanunvericilikdə müəyyən olunmuş tənbehin həddlərindən daha artıq tənbehin tətbiq olunması ilə nəticələnə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin dispozisiyasında “hər bir müştəriyə və əməliyyata görə” inzibati tənbeh nəzərdə tutulmuş və bir neçə inzibati xətalar üzrə cəzanın hansı üsulla tətbiq edilməli göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir və Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər hər birisi ayrıca hərəkətlə (hərəkətsizliklə) müxtəlif vaxtlarda törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Qeyd olunan normaların məzmununa uyğun olaraq Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ona 598.1.1-ci maddə üzrə hər bir müştəriyə və əməliyyata görə münasibətdə sanksiyada nəzərdə tutulmuş cərimə tədbiq edilməli və həmin Məcəllənin 34.4cü maddəsi nəzərə alınmaqla 50.000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələri üzrə təqsirli bilinərək ona hər bir müştəriyə və əməliyyata görə cərimə cəzası təyin olunsun və həmin Məcəllənin 34.4 və 25.4-cü maddələri nəzərə alınmaqla, ona 50.000 (əlli min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim: Elməddin Hüseynov