Məhkəmə qərarları › İş №3(006)-310/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-310/2022

24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-310/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 İnzibati xəta haqqında protokolu Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis tərtib etmiş şəxs: bölməsinin sahə inspektoru X5 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, döngə 11, ev 10-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə tərtib olunmuş 24.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9 izahatında göstərdi ki, 29.12.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, döngə 11, ev 10-da yaşayan X3 “102” xidmətinə müraciət edərək xx.xx.2000-ci il təvəllüdlü övladı Şəxs 28.12.2021-ci il tarixdə, saat 14 radələrində yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə getdiyini və qayıtmadığını bildirmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Şəxs narkotik vasitələrdən istifadə edir, həmçinin arıqlamaq üçün təxminən iki aydır metamfetamin qəbul edir. Keçirilmiş müayinə nəticəsində onun sidik analizində AMP(+), MET(+), MOP(+) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 haqqında 19.01.2022-ci il tarixli, 259 saylı rəyinə görə Şəxs opioidlərdən və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan müalicəyə ehtiyacı var. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, kök olduğu üçün arıqlamaq istəmiş, buna görə də tanışları ona dərman qəbul etməyi məsləhət bilmişlər. O da bir müddət tanımadığı dərmanı qəbul etmiş, lakin sonradan onda asıllıq əmələ gəlmiş və ona məlum olmuşdur ki, qəbul etdiyi dərman narkotik olan heroin və psixotrop maddə metamfetamindir. Bundan sonra o məsələ barədə anasına danışmış, sonuncu da ona bir daha belə hərəkətə yol verəcəyini təqdirdə onu cəzalandıracağını bildirmişdir. Narkotiki və psixotrop maddəni mütəmadi olaraq ona Sarabski küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Süleyman Əliyev adlı şəxs satmışdır. X1 da onun bu vərdişlərindən xəbər tutduqdan sonra hər dəfə ona hədəqorxu gələrək ondan pul tələb etmiş, əks halda məsələni anasına deyəcəyini söyləmişdir. O da ilkin vaxtlarda əmisinə pul vermiş, sonuncu da ondan aldığı pula özünə narkotik alıb qəbul etmişdir. Lakin ötən ilin sonlarında əmisinə pul verməkdən imtina edəndə, sonuncu onun narkotik qəbul etməsini anasına demiş, buna görə də o, evdən qaçmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 haqqında 19.01.2022-ci il tarixli, 259 saylı rəyinə görə Şəxs opioidlərdən və və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan müalicəyə ehtiyacı vardır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmalı, habelə R.Əliyevə narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 24 yanvar 2022-ci il, saat 12:30-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, bu tədbir inzibati həbs çəkilib qurtardıqdan sonra icra olunsun. Məcburi müalicənin icrasına nəzarət Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar