Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3100/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, Bakı Şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhəri Baş X6 İdarəsinin X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, 20 Yanvar metrostansiyasənın dairəsi ilə yaşıl işıqda keçmiş, yol ayrıcına çatanda tıxac yarandığından yolu keçə bilməyib yolun ortasında qalmış, buna görə də arxaya gedə bilməyib irəli davam etmişdir. Bu zaman həmin dairədə olan DYPİ-nin YPX inspektoru X1 ona “saxla” əmri vermiş, o, qanuna əsasən polisin “SAXLA” əmrinə riayət edərək hərəkətdə olan avtomobilini saxlamışdır. Daha sonra YPX-nin inspektoru ondan sənədlərini istəmiş, o, da təqdim etmişdir, həmin vaxt inspektor onun qırmızı işıqda keçdiyini bildirmiş, o da buna etiraz edərək, yaşıl işıqda keçdiyini izah etmişdir. Lakin buna baxmayaraq inspektor onun inzibati xəta pozuntusu etdiyini tam sübut etmədən barəsində İXP ******* nömrəli protokol tərtib etmişdir. Daha sonra o, həmin protokoldan narazı qalaraq Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və müraciəti əsasında həmin protokol əsassız hesab edilərək ona yazılan 60 manat cərimə, hesablanmış 36 manat dəbbə pulu və 3 bal cərimədən sadəcə 36 manat dəbbə pulu silinmişdir. Bundan sonra barəsində yenidən əsassız olaraq xx.xx.2023-cü il tarixdə TP5785230 saylı qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi A.A.Bağırov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş Bakı Şəhəri BPİ DYPİ-nə lazımi qaydada məlumat verilsə də, Bakı Şəhəri BPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri haqqında məhkəməyə məlumat verməmiş və ondan məhkəmə baxışının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4cü maddəsinə əsasən işə Bakı Şəhəri BPİ DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki Bakı Şəhəri BPİ DYPİ-nə Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyestrin 4 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki Bakı Şəhəri BPİ DYPİ-nə Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki Bakı Şəhəri BPİ DYPİ-nə Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyestrin 3 sıra nömrəsi ilə). Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, A.A.Bağırov Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-1472/2023 saylı qərarından görünür ki, şikayətçi A.A.Bağırovun şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, A.A.Bağırov xx.xx.2023-cü il tarixdə, saat 16:09 radələrində ünvan 1 ünvanında “Lada Granta” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirmiş, buna görə də, barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Daha sonra şikayətçi həmin qərardan məhkəməyə şikayət vermiş, şikayət əsasında xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar məhkəmənin xx.xx.2023-cü il tarixli, 3(006)-1472/2023 saylı qərarı ilə ləğv edilmiş və A.A.Bağırova yazılmış cəriməninin bir hissəsi silinmişdir. Lakin A.A.Bağırov barəsində eyni iş üzrə yenidən əsassız olaraq xx.xx.2023-cü il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 60 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, şikayətçi A.A.Bağırov barəsində ilk dəfə protokol və qərar yol hərəkəti qaydasının pozuntusu sonuncu tərəfindən törədilməməsi, xəta törədilibsə də ondan asılı olmayan səbəbdən baş verməsi nəzərə alınmadan qəbul edilmişdir. Daha sonra şikayətçi həmin qərardan şikayət vermiş, şikayəti məhkəmə tərəfindən təmin edilərək qərar ləğv edilmişdir. Lakin buna baxmayaraq Bakı Şəhəri BPİnin DYPİ-də yenidən araşdırma aparılarkən nə A.A.Bağırovun inzibati xəta hadisəsini törətməməsi, xəta törədilibsə də ondan asılı olmayan səbəbdən baş verməsi və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-1472/2023 saylı qərarında göstərilmiş hallar nəzərə alınmamışdır. Qeyd edilən səbəbdən də, məhkəmə hesab edir ki, hazırki halda A.A.Bağırovun əməlində inzibati xəta tərkibi yoxdur, ona görə də, onun şikayəti təmin edilməli, Bakı Şəhəri BPİ DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və onun barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, A.A.Bağırovun barəsində Bakı Şəhəri BPİ DYPİ tərəfindən qəbul edimiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar birtərəfli qaydada kobud pozuntulara yol verilərək qəbul edilmişdir. Bununla da, A.A.Bağırovun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar, hadisənin kimin təqsiri ucbatından baş verməsi tam araşdırılmamış, kamera görüntülərinə baxış keçirilməmiş və A.A.Bağırovun barəsində əsassız qərar qəbul olunmuşdur. Belə ki, «İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin “b” bəndinə əsasən öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; “c” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etməsinə yol verilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi A.A.Bağırovun əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Bakı Şəhəri BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməli və həmin qərar əsasında Azərbaycan Respublikası DİN Baş X6i İdarəsinin Mərkəzi İnformasiya sistemində A.A.Bağırovun barəsində yerləşdirilmiş inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin olunsun. Bakı Şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Bakı Şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası DİN Baş X6i İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3100/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3100/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver