Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3106/2024 13.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Qərardan şikayət verən şəxs: Barış Altıparmakın vəkili Nümayəndə Qərarından şikayət verilən orqan: X8 Xidmətinin nümayəndəsi X9 oğlunun iştirakları ilə X6 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Barış Altıparmak qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarı ilə “X12 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş direktoru kimi o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi üzrə təqsirli bilinərək 1.000 manat cərimə edilmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, qərarda göstərilən faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırılma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 dekabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Belə olan halda inzibati tənbeh vermə haqqında qərar ən geci 24 mart 2023-cü il tarixədək verilə bilərdi. Bundan başqa, qərarda adı qeyd edilən keçmiş işçi X7 bir neçə dəfə işdən çıxmış və yenidən işə qəbul olunmuşdur. İşçi ilə ilk dəfə əmək müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmış, işçinin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi (bədbəxt hadisə) xx.xx.2022-ci il tarixdə baş vermişdir. Hadisədən sonra işçi işdə saxlanılmış, lakin iş yerində əmək funksiyalarını icra etməmiş, bu səbəbdən də işçini əməyin mühafizəsi ilə təlimatlandırmaq mümkün olmamışdır. Belə hal da onu sübut edir ki, işçinin əməyin mühafizəsi ilə bağlı təlimatlandırılmasında və sair bu kimi tədbirlərin görülməsində Barış Altıpamakın təqsiri olmamışdır. Göstərilənləri nəzərə alaraq X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi Barış Altıparmakın vəkili Nümayəndə şikayətdə göstərilənlərə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, xəsarət alan işçi Müşavir Həşimov bir neçə dəfə - xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2020-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2023-cü il və xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə şirkətə işə qəbul olub və işdən azad olub. Qanunvericiliyin tələblərinə görə əməyin mühafizəsi üzrə cavabdeh şəxs işəgötürəndir. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. İşçi xəsarət alan zaman şirkətin işğaldan azad olunan ərazilərdə icra etdiyi “Əhmədbəyli-Füzuli-Şuşa km 61- 101.5/Çanaqçı-Cıdırdüzü-Şuşa km 0-14” yeni avtomobil yolunun tikintisi layihəsində sürücü vəzifəsində işləmişdir. Bildirişlərdən görünür ki, xx.xx.2023-cü il tarixdən işçi işləmiş layihənin rəhbəri, yəni layihə üzrə işə götürən vəzifələrini daşıyan şəxs şirkətdə inşaat mühəndisi vəzifəsində işləyən Mustafa Öztürkdür. Bu barədə məlumat müvafiq elektron sistemdə də var. İşçinin xəsarət aldığı tarixdə və sonrakı dövrlərdə onu işəgötürəninin kim olması barədə məlumatın müvafiq elektron sistemdə olmasına baxmayaraq X8 Xidməti bunu araşdırmamışdır. Bundan əlavə, işçi xəsarət alandan sonra iş yerinə gələrək faktiki olaraq əmək funksiyalarını icra etməmiş, bu səbəbdən də işçiyə yeni dövrə dair əməyin mühafizəsi ilə bağlı təlimatların keçirilməsi və biliklərini yoxlanılması mümkünsüz olmuşdur. Qeyd edilən halların heç biri X8 Xidməti tərəfindən inzibati xəta haqqında icraat aparılan zaman nəzərə alınmamışdır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən qurumun nümayəndəsi X4 izahatında göstərdi ki, X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarına əsasən “X12 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş direktoru Barış Altıparmak tərəfindən müəssisənin sabiq sürücüsü X2 əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə görə sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi ilə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə olunmuşdur. Şikayətin rədd olunmasını xahiş edir. İş materiallarında olan: • X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarına əsasən “X12 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş direktoru Barış Altıparmak tərəfindən müəssisənin sabiq sürücüsü X2 əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi ilə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə olunmuşdur; • Xocalı rayon polis şöbəsinin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 24 dekabr 2022-ci il tarixli qərarda qeyd olunur ki, xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq kəndində, “Zəfər Yolu”nun 78-ci kilometrliyində X5 idarə etdiyi “Mitsubishi L200” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 idarə etdiyi “Mitsubishi L 200” markalı, **- RP-*** dövlət qeydiyyat nişanlı avtomobil hər ikisinin hərəkətlərinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olması nəticəsində avtomobillərin toqquşmasına səbəb olmuşdur. Hadisə nəticəsində X1 uzun müddətə pozulmasna səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarəti almışdır. Həmin qərara əsasən X2 barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir; • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsindən (sosial.gov.az) əldə olunmuş “Səlahiyyətlərin verilməsinə dair” xx.xx.2023-cü il tarixli, **********21 saylı bildirişə əsasən “X12 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş direktoru Barış Altıparmak tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində mühəndis-inşaatçı Mustafa Öztürkə “Əhmədbəyli-Füzuli-Şuşa km 61-101.5/Çanaqçı-Cıdırdüzü- Şuşa km 0-14” yeni avtomobil yolunun tikintisi layihəsi üzrə yeni əmək müqaviləsinin daxil edilməsi, əmək müqaviləsinə dəyişiklik edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xitam əmrlərinin daxil edilməsi, əmək müqavilələri reyestrindən istifadə, təşkilati struktur və ştatlar üzrə əməliyyatlar, əmək müqaviləsi bildirişlərinin imzalanması və müəssisənin müraciətləri barədə səlahiyyətlər verilmişdir; • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsindən (sosial.gov.az) əldə olunmuş “Səlahiyyətlərin verilməsinə dair” xx.xx.2024-cü il tarixli, **********924 saylı bildirişə əsasən “X12 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş direktoru Barış Altıparmak tərəfindən xx.xx.2024-cü il tarixdən mühəndis-inşaatçı Mustafa Öztürkə “Əhmədbəyli-Füzuli-Şuşa km 61- 101.5/Çanaqçı-Cıdırdüzü-Şuşa km 0-14” yeni avtomobil yolunun tikintisi layihəsi üzrə əmək müqaviləsinə dəyişiklik edilməsi, yeni əmək müqaviləsinin daxil edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xitam əmrlərinin daxil edilməsi, əmək müqavilələri reyestrindən istifadə, təşkilati struktur və ştatlar üzrə əməliyyatlar, səlahiyyətlərin verilməsi ilə bağlı əməliyyatlar, əmək müqaviləsi bildirişlərinin imzalanması, müəssisənin müraciətləri, ağlabatan uyğunlaşma ilə bağlı müraciətlər, məzuniyyət əmrləri, əmək haqqının birgəmaliyyələşməsi üzrə müraciət və haqq-hesab cədvəlləri hesabatının təqdim edilməsi barədə səlahiyyətlər verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə görə məsuliyyət müəyyən edir. Beləliklə məhkəmədə müəyyən edilir ki, “X12 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş direktoru Barış Altıparmak tərəfindən müəssisənin sabiq sürücüsü X2 əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə görə X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla B.Altıparmak Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi üzrə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə edilsə də, qərarda xətanın törədilmə yeri və vaxtı qeyd olunmamış, faktiki olaraq X2 2022-ci il tarixdən işə çıxmadığı, öz əmək funksiyalarını yerinə yetirmədiyi hallarına diqqət yetirilməmiş, işə baxılarkən bu nəticəyə hansı əsaslarla gəlindiyi və qeyd olunmuş halların hansı mötəbər dəlillərlə müəyyən olunduğu göstərilməmişdir. Eyni zamanda X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qərarda qeyd olunan vəzifələrin Barış Altıparmak tərəfindən şirkətdə mühəndis-inşaatçı işləyən Mustafa Öztürkə “Əhmədbəyli-Füzuli-Şuşa km 61- 101.5/Çanaqçı-Cıdırdüzü-Şuşa km 0-14” yeni avtomobil yolunun tikintisi layihəsi üzrə verilmiş səlahiyyətlərə də qiymət verilməmişdir. Bununla da şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Beləliklə aydın olur ki, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsinə də diqqət yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48ci maddəsi); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3106/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3106/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver