Məhkəmə qərarları › İş №3(006)-311/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-311/2022

07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-311/2022 07.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi tərəfindən qəbul edilmiş 15.10.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və bu qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətin məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi tərəfindən qəbul edilmiş 15.10.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək onun ləğv olunmasını xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət etmişdir. Vəsatətdə göstərilmişdir ki, yuxarıda göstərilən qərar müvafiq sistemə 3 həftə ərzində daxil edilməmiş, sonradan o, qərarı gec əldə etmiş və 10 gün ərzində şikayət verə bilməmişdir. Məsələ ilə əlaqədar tərəfimdən 22-ci polis şöbəsinə sorgu verilərək mübahisələndirilən qərarın müvafiq informasiya sisteminə hansı tarixdə daxil edilməsi və barəsində qərar qəbul edilmiş şəxsin nə zaman qərar haqqında məlumatlandırılması ilə bağlı məlumatın təqdim olunması istənilmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin 28.01.2022-ci il tarixli, 086-1489-1222 saylı məktubunda göstərilmişdir ki, X3 barəsində 15.10.2021-ci il tarixdə, saat 12:29-da şöbənin polis sahə rəisi tərəfindən Azadlıq prospekti, 27 saylı ünvanda yerləşən “28 Mall” ticarət mərkəzində EXP ******* saylı elektron inzibati xəta haqqında protokol tərtib edilmiş, bu protokol əsasında qəbul olunmuş EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar dərhal ona elan olunmuş, habelə onun “asanpay” kabinetində olan 077 ***-**-** saylı mobil nömrəsinə sms də göndərilmişdir. Elektron informasiya sistemindən əldən olunmuş çıxarışdan görünür ki, X3 barəsində 15.10.2021-ci il tarixdə, saat 12:29-da tərtib edilmiş EXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul olunmuş EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar həmin vaxtı müvafiq sistemə yerləşdirilmiş və 077 ***-**-** saylı mobil nömrəyə də sms göndərilmişdir. X1 məhkəməyə ünvanlanmış müraciətlərində də onun telefon nömrəsi 077 ***-**-** saylı nömrə göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Beləliklə təqdim olunmuş sənədlərdən müəyyən edilir ki, X3 barəsində 15.10.2021-ci il tarixdə, saat 12:29-da Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin sahə rəisi tərəfindən Azadlıq prospekti, 27 saylı ünvanda yerləşən “28 Mall” ticarət mərkəzində EXP ******* saylı elektron inzibati xəta haqqında protokol tərtib edilmiş, bu protokol əsasında qəbul olunmuş EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar dərhal ona elan olunmuş, habelə onun elektron kabinetində olan 077 ***-**-** saylı mobil nömrəsinə sms də göndərilmişdir. Bu nömrənin X2 məxsusluğu onun məhkəməyə ünvanlanmış müraciətlərindən də görünür. Göründüyü kimi, X1 ötürülmüş müddətin bərpasına dair vəsatətində göstərilmiş hal həqiqətə uyğun deyil və bu səbəbdən də Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi tərəfindən qəbul edilmiş 15.10.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatət rədd olunaraq şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəllənin 130.2 və 130.3-cü maddələrinə görə bu Məcəllənin 130.1ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi tərəfindən qəbul edilmiş 15.10.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin. Şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar