Məhkəmə qərarları › İş №3(006)-3114/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3114/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3114/2024 19.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 31 may 2024-cü il tarixli, EQ 21471325 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 31 may 2024-cü il tarixli, EQ 21471325 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, “Cavanşir” adına olan körpüdə aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, əlaqəli orqanlar tərəfindən yol hərəkətinin təşkili ilə bağlı olaraq verdiyi göstərişə əsasən, Bakı şəhəri, 28 May küçəsi boyu müəyyən kəsişmələrdə hərəkət istiqaməti dəyişdirilmişdir. Belə kəsişmələrdən biri də Bakı şəhəri 28 May küçəsi və Bakı şəhəri Rivard Zorge küçəsinin kəsişməsidir. O, xx.xx.2024-cü il tarixdə özünə məxsus olan avtomobillə Bakı şəhəri 28 May küçəsindən sağa Bakı şəhəri Rivard Zorge küçəsinə dönmək istəyərkən, həmin kəsişmədə yerdə sağa dönmə işarəsi olmasına baxmayaraq, yolda Azərbaycan Respublikası “Yol hərəkəti haqqında qanunun" 4.1.5 nişanın (düz və sola) qoyulmasını müəyyən etmişdir. Qeyd olunan əmredici nişanı əsas götürərək hərəkət istiqamətinin düzünə hərəkət etməyə başlamış, sonra ona EQ 21471325 saylı, 31 may 2024-cü il tarixli inzibati təhbeh vermə haqqında protokol yazılmışdır. Həmin protokoldan olan şikayətlə Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinə müraciət etmişdir. Onun iştirakı ilə araşdırılma aparıldıqdan sonra ona ünvanlanmış xx.xx.2024-cü il tarixli, Q-86642 saylı məktubla bildirilmişdir ki, tərəfindən verilmiş şikayət təmin olunmamış və ona məhkəmə orqanlarına şikayət etmək hüququnun izah olunmuşdur. Hesab edir ki, barəsində tərtib olunmuş EQ 21471325 saylı, 31 may 2024-cü il tarixli inzibati təhbeh vermə haqqında qərar tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Tərəfindən ümumiyyətlə hər hansı pozuntuya yol verilməmişdir. “Cavanşir” adına olan körpüdə aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, əlaqədar orqanlar tərəfindən yol hərəkətini də bağlı olaraq verdiyi göstərişə əsasən, Bakı şəhəri, 28 May küçəsi boyu müəyyən kəsişmələrdə hərəkət istiqaməti dəyişdirilmişdir. Belə kəsişmələrdən biri də Bakı şəhəri 28 May küçəsi və Bakı şəhəri Rivard Zorge küçəsinin kəsişməsidir. O xx.xx.2024-ci il tarixdə, özünə məxsus olan avtomobillə Bakı şəhəri 28 May küçəsində Bakı şəhəri Rivard Zorge küçəsinə dönmək istəyərkən, lakin yerdə sağa dönmə işarəsi olmasına baxmayaraq, həmin kəsişmədə, Azərbaycan Respublikası “Yol hərərkəti haqqında qanunun" 4.1.5 nişanın (düz və sola) qoyulmasını müəyyən etmiş, əmredici nişanı əsas götürərək, hərəkət istiqamətinin düzünə hərəkət etməyə başlamışdır. Hesab edir ki, Azərbaycan Respublikası “Yol hərərkəti haqqında qanunun və digər normativ hüquqi aktlara əsasən, yol nişanın tələblərinə uyğun hərəkət etmişdir. Göstərilənləri nəzərə alaraq, o, barəsində qəbul edilmiş 31 may 2024-cü il tarixli, EQ 21471325 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin nümayəndəsi və şikayətçiyə lazımi qaydada məlumat verilsə də, həmin qurumun nümayəndəsi və şikayətçi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib olunmuş 31 may 2024-cü il tarixli, EQ 21471325 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 31 may 2024-cü il tarixdə saat 11:24-də «CHEVROLET COBALT LTZ» minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə əməl etməməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 31 may 2024-cü il tarixli, EQ 21471325 saylı inzibati tənbeh vermə haqqında qərarda X1 «CHEVROLET COBALT LTZ» minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğu göstərilmiş və ona 40 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən 31 may 2024-cü il tarixli, EQ 21471325 saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində 31 may 2024-cü il tarixli, EQ 21471325 saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsi tərəfindən 31 may 2024-cü il tarixli, EQ 21471325 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş X4 İdarəsi tərəfindən qəbul olunmuş 31 may 2024-cü il tarixli, EQ 21471325 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar