Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3117/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 14.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 tərtib etdiyi 14.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2(006)-4093/2020 saylı qərarı Şəxs MMC tərəfindən qərəzli olaraq icra edilməmiş, Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Nəsimi rayon İcra şöbəsinin icra məmuru X7 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2(006)- 4093/2020 saylı qərarına əsasən Şəxs 10.07.2020-ci il tarixli, 1173 saylı əmri ləğv edilməli, X6 işə bərpa edilməli, X3 13.07.2020-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqı, işə buraxılmadığı 08.05.2020-ci il tarixdən 13.07.2020-ci il tarixə kimi müddətə görə orta aylıq əmək haqqı ödənilməlidir. Şəxs MMC Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2(006)- 4093/2020 saylı qərarını göndərilmiş bildiriş və edilmiş xəbərdarlığa baxmayaraq qərəzli olaraq icra etmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hazırda isə icra sənədi tam olaraq icra edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxsin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, icra sənədi Şəxs MMC tərəfindən tam olaraq icra edilmiş, Cəmiyyətin 10.07.2020-ci il tarixli, 1173 saylı əmri ləğv edilmiş, X6 işə bərpa edilmiş və M.M.Mustafayevin hesabına ödənilməli olan 47891 manat pul vəsaiti sonuncunun hesabına köçürülmüşdür. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2(006)-4093/2020 saylı icra vərəqəsindən görünür ki, Şəxs 10.07.2020-ci il tarixli, 1173 saylı əmrinin ləğv edilməsi, X2 işə bərpa edilməsi, X3 13.07.2020-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqı, işə buraxılmadığı 08.05.2020-ci il tarixdən 13.07.2020-ci il tarixə kimi müddətə görə orta aylıq əmək haqqı ödənilməsi qət edilmişdir; - Şəxs 29.10.2021-ci il tarixli, 0001 saylı əmrindən görünür ki, Şəxs MMC-nin 10.07.2020-ci il tarixli, 1173 saylı əmri ləğv edilmiş, X6 işə bərpa edilmişdir; - 01.11.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs tərəfindən X2 hesabına 47891 manat pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də tərəflərin təqdim etdikləri sənədləri nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2(006)-4093/2020 saylı icra sənədi Şəxs MMC tərəfindən tam olaraq icra edilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3117/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3117/2021
05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver