Məhkəmə qərarları › İş №3(006)-312/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-312/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-312/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis kapitanı - X11, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci X18 Kəmalə Əziz qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 15 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs 15 yanvar 2025-ci il tarixdə, ünvan 3 ünvanında polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, nəticədə ictimai asayişi pozaraq xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis kapitanı – X21 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Polis Şöbəsinə Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi kollecin kollektivinin həmin kollecdə müəllim işləyən Şəxs barəsində şikayət ərizəsi daxil olmuş, həmin ərizə üzrə araşdırma ona həvalə olunduğundan şikayətçilər dəvət olunaraq izahatları alınmış, şikayətçilərin izahatlarında vətəndaş X8 dəfələrlə kollektiv qarşısında onları söyüb, təhiq etdiyini, küçə ifadələr işlətməsi barədə izahatlar vermişlər. Həmin kollecin direktoru və direktor müavini isə izahatlarında bildirmişlər ki, dəfələrlə əsaslı səbəb olmadan onların iş otaqlarına daxil olmuş, orada səs küy salmış, onların ünvanına təhqiramiz ifadələr işlətmiş və küçə qarğışları etmişdir. Şəxs araşdırma aparılması üçün dəvət olunmuş, o, ərizə ilə tanış olduqdan sonra ona izahat vermək təklif olunduqda, DİN-nin 102 xidmətinə zəng edərək, yanlış məlumat verməklə izahat verməkdən yayınmaq istəmişdir. Aparılmış araşdırma nəticəsində vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, göstərilənlərə əsasən barəsində inzibati iş üzrə icraat aparılan şəxsə münasibətdə müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, anası rəhmətə gedəndən sonra tək yaşamış, həyatında təkliyi ilə bağlı problemləri olmuşdur. İşlədiyi dövrdə heç kimə qarşı qərəzliliyi olmamış, heç kimi təhqir etməmişdir. Sadəcə rəhbərliyə dolanışığı, şəxsi problemləri ilə bağlı müraciətlərini etmişdir. Əksinə olaraq kollektiv tərəfindən təhqirlərə məruz qalmış, heç kimi təhqir etməmiş, ümumiyyətlə söyüş istifadə etməmiş, ona işlədilən söyüşlərə qarşı cavab qaytarmamışdır. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 Kəmalə Əziz qızının əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi kollecində uzun müddətdir direktor vəzifəsində işləyir. 2001-ci ilədək Təhsil Nazirliyində işləmiş və 2001-ci ildən həmin kollecə direktor təyin olunmuşam. Bildirmək istəyirəm ki, Şəxs əvvəllər həmin kolecin tələbəsi olmuş. sonra təhsilini davam etdirmiş və kollektivdə müəllim kimi fəaliyyət göstərmişdir. Bu xanım işlədiyi ilkin vaxtlarda istər kolektiv və ya istərsə də onunla hər hansı bir problemi olmamış, son 7 ildə bu xanım kollektivə qarşı münasibəti dəyişilmişdir. Bu hal onun anası dünyasını dəyişdikdən sonra baş vermişdir. Xanımın özünün dediyinə görə ona kimsə təcavüz etmiş, əvvəl həmin olunan təcavüzü əvvəlki rəhbərliyin adına bağlamış, dediyinə görə həmin təcavüzü məndən əvvəlki rəhbərlik sifariş vermiş, daha sonra isə mənim həmin təcavüzü sifariş verməyimi bildirmişdir. Həmin hal üzrə kifayət qədər araşdırma aparılmış və həmin hal sübuta yetmədiyindən iş üzrə icraata xitam verilmişdir. 23 ildir ki, həmin kollektivə rəhbərlik edir, bu müddət ərzində bir nəfər olsun şikayət etməyibdir, təkcə bu xanımdan başqa. Bu xanım harda gəldi danışır ki, onun ailə qurmağına mane olmuş, dəfələrlə məvacibindən şikayətçi olub, bildirmək istəyir ki, xanım kolektivdə ən çox məvacib alan şəxsdir. Onun məvacibi 1308 manat təşkil edir. Xanımın hansı şəxsi problemi olubsa, etdiyi müraciət əsasın bacardıqları qədər ona köməklik etmişlər, buna baxmayaraq xanımın çoxsaylı şikayətləri qurtarmır, bir neçə dəfə kollektivdən həmin xanımın işdən kənarlaşdırılması üçün şikayətlər daxil olubdur, bu xanıma qarşı kollektivin müxtəlif vaxtlarda etdiyi şikayətlər var. İstər qapıdan duran gözətçidən tutmuş, müəllim kollektivinə kimi bu xanımdan şikayətçidir. Xanımın kollektivdə heç kimlə ünsiyyəti yoxdur. Bir neçə dəfə onun müzakirəsini həmkarlara çıxartmaq istəyiblər, bir direktor olaraq bildirmişdir ki, tək qadındır, köməyi yoxdur, bunu etmək olmaz. Bu insana yaxşılıq etdikcə daha da insanın üzərinə gəlir. Ona görə də məcburiyyət qarşısında qalıb kollektiv adından şöbəyə şikayət etmişlər ki, onun barəsində müvafiq tədbir görülsün. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 qızı, ifadəsində bildirmişdir ki, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi kollecində uzun müddətdir işləyir. 1978-1983-cü illərdə müəllimə işləmiş, 1983-cü ildən isə direktor müavini vəzifəsində işləyir. Şəxs isə 1985-ci illərdə kollecin tələbəsi olmuş, 1994-cü ildən isə kollektivdə müəllim kimi işləyir. Bu xanımın uşaqlığı və indiki vaxtı da onun gözünün qabağında olubdur. Kəmalə xanım əvvəllər nə ona və nə də ki, kollektivə qarşı belə olmayıb, ailəsində olan problemlərdən sonra, onun reaksiyası dəyişilmişdir. Qeyd edir ki, Kəmalə xanım onu söyüb təhqir edir, ona qarşı şər böhtan atır, onu işləməyə qoymur, iş rejimimi pozur. Onu və kollektivin digər üzvlərini tədrislə məşğul olmağa qoymur. Xanım tək yaşadığından ona ən yüksək məvacib verilir. Buna baxmarayaraq xanımın şikayətləri tükənmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 qızı ifadəsində bildirmişdir ki, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi kollecində 2019-cu ildən işləyir. Şəxs dəfələrlə onun iş otağı olan qəbul otağına gələrək səs-küy salır, onun və anasını ünvanına qeyri etik ifadələr işlədərək təhqir edir. Bununla da kifayətlənməyərək dəfələrlə işdən çıxanda onu izləmiş, metrodan düşəndə isə məcbur olub onun hərəkətlərindən polisə şikayət etmiş, polis onu saxlamaq istəyərkən isə qaçıb gizlənmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: xx.xx.2025-ci il tarixdə, Bakı şəhəri Nəsimi RPİ-nə Azərbaycan Milli Konservatoriyasının nəzdində musiqi kollecinin rəhbərliyi adından ərizə ilə müraciət olunaraq, Şəxs kollecin rəhbərinə nalayiq, təhqir edici ifadələr işlədərək nizam intizam qaydalarını pozduğundan onun barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdirlər. Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsində Azərbaycan Milli Konservatoriyasının nəzdində musiqi kollecinin kollektivi X19, X13, X26, X16, X9, X2, X17, X3, X29, X10 eyni məzmunlu izahatlar verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs kollektiv daxilində nalayiq kobud sözlər işlədərək onları təhqir etdiyini bildirmişdirlər. AB ******* saylı “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 14:15-də tutulmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməsi və barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (bir yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar