Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3150/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 Şikayəçi: Ali Durdunun vəkili X1 iştirakları ilə Ali Durdunun X13 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ali Durdu qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2024cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərara əsasən müəssisədə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə görə “Kalyon RSY X23 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru kimi o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi üzrə təqsirli bilinərək 1.000 manat cərimə edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 08:15 radələrində Zəngilan rayonu ərazisində, “Horadiz- Ağbənd” dəmiryolu tikintisi layihəsinin 104-cü kilometrliyində (0-123.5 km-lik), T1 adlı tunelin çıxışında filialın telehandler operatoru Muhammet Altının “MST ST 17.30” markalı, 1**-FA-*** dövlət qeydiyyat nişanlı telehanderi (teleskopik yükləyici) arxa-arxaya sürərkən briqada nəzarətçisi X5, sonuncu xidməti məsafədən rabitə vasitəsilə (ratsiya) digər işçi ilə danışan zaman telehandlerin sağ arxa təkəri ilə onun sol ayağını əzmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-17-5/3-2-247/2024 saylı əmri ilə təyin edilmiş, tərkibində sədr X16 - X13 Xidmətinin Qarabağ regional şöbəsinin məsləhətçisiəmək müfəttişi və üzvlər, X17 - “Kalyon RSY X23 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəssisi, X8 - “Kalyon RSY X23 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi olan komissiya xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həmin bədbəxt hadisənin təhqiqatını aparmış və bu barədə təhqiqat aktı tərtib edilmişdir. Həmin təhqiqat aktının 4.1 və 4.2-ci bəndində bədbəxt hadisənin səbəbləri kimi aşağıdakılar qeyd edilmişdir: 4.1. “Kalyon RSY X23 Ticarı İşlətməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının rəhbərliyi tərəfindən təsdiq edilmiş “Avtoyükləyici sürücüsünün əməyin mühafizəsi üzrə təlimatı”ın “3. İş vaxtı təhlükəsizlik tələbləri” bölməsinin 2-ci bəndinin (arxaya hərəkətə başlayanda xüsusilə diqqətli olmalı, görünüş pis olarsa başqa şəxsin köməyindən istifadə etməli) tələblərinə riayət edilməməsi; 4.2. “Kalyon RSY X23 Ticarı İşlətməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının rəhbərliyi tərəfindən təsdiq edilmiş “Briqada nəzarətçisinin vəzifə təlimatı”nın “İİ.Vəzifə öhdəlikləri” bölməsinin 2.10-cu bəndinin (Təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əməyin mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görür) və 2.12-ci bəndinin (Briqada nəzarətçisinin əməyin mühafizəsi üzrə vəzifələri) 1-ci hissəsinin (əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək) tələblərinə riayət edilməməsi. Komissiya bədbəxt hadisənin baş verməsində “Kalyon RSY X23 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının telehandler operatoru X6 ehtiyatsızlığını, filialın briqada nəzarətçisi X3 cavabdehliyini müəyyən etmişdir. Göründüyü kimi aparılmış təhqiqatın nəticəsinə əsasən baş vermiş bədbəxt hadisəyə görə X6 ehtiyatsızlığını, briqada nəzarətçisi X3 cavabdehliyini müəyyən etmişdir. Qeyd olunan təhqiqata əsasən müəssisədə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi ilə bağlı pozuntu halı müəyyən edilməmişdir. Eyni zamanda baş vermiş bədbəxt hadisəyə görə Zəngilan Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 3(034)-34/2024 saylı qərarı ilə “Kalyon RSY X23 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının yükləyib-boşaldan maşın operatoru X25 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(105)-296/2024 saylı qərarı ilə bu qərar dəyişdirilmədən saxlanılmışdır. Təhqiqat materiallarından da görünür ki, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və X14 (SƏTƏM) qaydaları, prosedurları tam şəkildə müəssisədə mövcuddur, təlimatlandırılmalar da öz qaydasındadır. Göstərilənlərə əsasən hesab edir ki, onun əməlinə inzibati xəta tərkibi olmadığı üçün iş üzrə xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq X13 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi Ali Durdunun vəkili X9 şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • X13 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarına əsasən müəssisədə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə görə “Kalyon RSY X23 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi üzrə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə olunmuşdur; • “Kalyon RSY X23 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının briqada nəzarətçisi X4 xx.xx.2024-cü il tarixdə, saat 08:15 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktında qeyd olunur ki, bədbəxt hadisə Zəngilan rayonu ərazisində, “Horadiz-Ağbənd” dəmiryolu tikintisi layihəsinin 104-cü kilometrliyində (0- 123.5 km-lik), T1 adlı tunelin çıxışında Filialın telehandler operatoru Muhammet Altının “MST ST 17.30” markalı, 1**-FA-*** dövlət qeydiyyat nişanlı telehanderi (teleskopik yükləyici) arxa-arxaya sürərkən briqada nəzarətçisi X10 xidməti məsafədən rabitə vasitəsilə (ratsiya) digər işçi ilə danışan zaman telehandlerin sağ arxa təkəri ilə onun sol ayağını əzməsi nəticəsində baş vermişdir. Həmin təhqiqat aktının 4-cü hissəsində bədbəxt hadisənin səbəbləri kimi aşağıdakılar “Kalyon RSY X23 Ticarı İşlətməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının rəhbərliyi tərəfindən təsdiq edilmiş “Avtoyükləyici sürücüsünün əməyin mühafizəsi üzrə təlimatı”ın “3. İş vaxtı təhlükəsizlik tələbləri” bölməsinin 2-ci bəndinin (arxaya hərəkətə başlayanda xüsusilə diqqətli olmalı, görünüş pis olarsa başqa şəxsin köməyindən istifadə etməli) tələblərinə riayət edilməməsi və “Kalyon RSY X23 Ticarı İşlətməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının rəhbərliyi tərəfindən təsdiq edilmiş “Briqada nəzarətçisinin vəzifə təlimatı”nın “İİ.Vəzifə öhdəlikləri” bölməsinin 2.10-cu bəndinin (Təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əməyin mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görür) və 2.12-ci bəndinin (Briqada nəzarətçisinin əməyin mühafizəsi üzrə vəzifələri) 1-ci hissəsinin (əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək) tələblərinə riayət edilməməsi göstərilmişdir. Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyinə əsasən komissiya bədbəxt hadisənin baş verməsində “Kalyon RSY X23 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının telehandler operatoru X6 ehtiyatsızlığını, filialın briqada nəzarətçisi X3 cavabdehliyini müəyyən etmişdir. X2 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilməli və “Kalyon RSY X23 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialında uçota alınmalıdır; • Zəngilan Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 3(034)-34/2024 saylı qərarına əsasən X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1.000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Zəngilan rayon prokurorunun “İnzibatı xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Qərar onunla əsaslandırmışdır ki, fiziki şəxs X24 xx.xx.2024-cü il tarixdə Zəngilan rayonu ərazisində idarə etdiyi “MST ST” markalı teleskopik yük qaldırma kranını arxaya verməzdən əvvəl yaxınlıqda (arxada) insanın olmadığını dəqiqləşdirmədən hərəkətə başladığına görə onun tərəfindən “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29-cu bəndinin tələbinin pozulması “Kalyon RSY” şirkətinin işçisi, Türkiyə Respublikasının vətəndaşı, briqada nəzarətçisi vəzifəsində işləyən X4 işləyərkən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması inzibati xətasını törətmişdir. Qeyd olunanlar Türkiyə Respublikasının vətəndaşları Zeki Törenin, Muhammet Altının, Bektaş Fatihin, Yılmaz Serkanın, Kocaman Emrahın izahatları, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, xx.xx.2024-cü il tarixli, 654 nömrəli məhkəmətibbi ekspertizası rəyi, xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2843 nömrəli məhkəmə-texniki təhlükəsizlik rəyi və 18-C-24 nömrəli araşdırma materialı üzrə qəbul edilən xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarla sübut olunmuşdur. “Kalyon RSY” şirkəti ilə Türkiyə Respublikasının vətəndaşı X12 arasında bağlanan xx.xx.2023-cü il tarixli, 1458/23 nömrəli əmək müqaviləsinə əsasən sonuncu “0-123.5 kilometrlik Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd layihəsində yükləyib-boşaldan maşın operatoru” vəzifəsinə təyin edilmişdir. Bu zaman “Kalyon RSY” şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli, 001-T/22 nömrəli əmrlə təsdiq edilən “yükləyib-boşaldan maşın operatorunun Vəzifə Təlimatı”nın 2.8-ci maddəsinin 1-ci bəndinə əsasən əməyin mühafizəsi üzrə yükləyib-boşaldan maşın operatorunun, yəni X6 üzərinə əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi qaydalarına əməl edilməsi öhdəliyi qoyulmuşdur. Füzuli Regional Məhkəmə-X15 xx.xx.2024-cü il tarixli, 617 nömrəli məhkəmə-tibbi ekspertizası rəyində Zeki Törenin aldığı sol aşıq-baldır oynağı bağlarının gərilməsi zədələnməsi xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən törənməsi, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yetirilməsinin inkar olunmaması, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilməsi göstərilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2843 nömrəli məhkəmə-texniki təhlükəsizlik ekspertizası rəyində qeyd edilmişdir ki, “Kalyon RSY” şirkətində operator vəzifəsində işləyən X11 idarə etdiyi “MST ST” markalı teleskopik yük qaldırma kranını arxaya verməzdən əvvəl yaxınlıqda (arxada) insanın olmadığını dəqiqləşdirmədən hərəkətə başladığına görə onun tərəfindən “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29-cu bəndinin tələbi pozulmuş, bu da hadisənin baş verməsinin texniki səbəbi olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların rayon prokurorluğu tərəfindən 18-C-24 nömrəli material üzrə aparılmış araşdırma nəticəsində aşkar edilməsidir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. 18-C-24 nömrəli araşdırma materialı üzrə qəbul edilən xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X4 aldığı xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər qrupundan olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratmadığından X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanması barədə qərar qəbul edilmişdir; • Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(105)-296/2024 saylı qərarına əsasən Zəngilan Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 3(034)-34/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmədə tədqiq edilmiş sənədlərlə müəyyən edilir ki, müəssisədə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə görə “Kalyon RSY X23 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi üzrə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə olunsa da, iş materiallarında olan bədbəxt hadisənin təhqiqat aktından aydın olur ki, əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyinə əsasən komissiya bədbəxt hadisənin baş verməsində “Kalyon RSY X23 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının telehandler operatoru X6 ehtiyatsızlığını, filialın briqada nəzarətçisi X3 cavabdehliyini müəyyən etmişdir. Zəngilan Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 3(034)-34/2024 saylı qərarına əsasən X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1.000 manat məbləğində inzibati cərimə tətbiq edilmiş və bu qərar Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, 3(105)-296/2024 saylı qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır. Bununla da“Kalyon RSY X23 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun təqsirliyi müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3150/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3150/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver