Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3151/2024 21.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan Kuş Unal tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X25 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, onun barəsində X13 Xidmətinin rəis müavini X6 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Tərtib edilmiş qərar ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qərarda işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilən, adları qeyd olunmuş işçilərin hər biri - X10, X11 və X7 müvafiq olaraq fərdi sahibkarlar - X12 (VÖEN: **********), X4 (VÖEN: **********) və X8 (VÖEN: **********) rəsmi qeydiyyata alınmış işçiləridir. Belə ki, 1P9V5D5000400 nömrəli X2 ilə bağlı X3 görünür ki, X10 ilə işəgötürən fərdi sahibkar X12 arasında xx.xx.2024-cü il tarixində əmək müqaviləsi bağlanmış və Əmək və Məşğulluq altsisteminə (bundan sonra - ƏMAS) daxil edilmişdir. 2G66GGY000200 nömrəli X2 ilə bağlı X3 görünür ki, X11 ilə işə götürən fərdi sahibkar X4 arasında xx.xx.2024-cü il tarixində əmək müqaviləsi bağlanmış və ƏMAS-a daxil edilmişdir. 2EPQFZQ000100 nömrəli X2 ilə bağlı X3 görünür ki, X7 ilə işəgötürən fərdi sahibkar X14 arasında xx.xx.2024-cü il tarixində əmək müqaviləsi bağlanmış və ƏMAS-a daxil edilmişdir. Bundan əlavə qeyd etmək zəruridir ki, yuxarıda adları qeyd olunan işəgötürən fərdi sahibkarlar ayrı-ayrılıqda hər biri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ilə müxtəlif tarixlərdə nəqliyyat xidməti müqaviləsi bağlamışdır. Müqavilələrin mövzusu İcraçı qismində çıxış edən fərdi sahibkar tərəfindən sifarişçi qismində çıxış edən "xxxx" MMC-yə nəqliyyat xidmətləri göstərilməsi olmuşdur. Odur ki, İcraçı fərdi sahibkarlar sözügedən müqavilənin icrası məqsədilə nəqliyyat xidmətlərinin göstərilməsinə əmək müqaviləsi bağladığı şəxsləri (sürücüləri) cəlb etmişdir. Bildirir ki, "xxxx" MMC ilə "X26 X21 İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra - Kalyon) arasında müqavilə bağlanmışdır. Tərəflər arasındakı əməkdaşlıq çərçivəsində “Kalyon”un əməkdaşları "xxxx" MMC-yə xidmət göstərən sürücülərə (inzibati xəta haqqında qərara əsasən zərərçəkmiş şəxslər) işğaldan azad olunmuş ərazilərə buraxılışa icazə üçün müvafiq portalda qeydiyyatdan keçirmişdir. Lakin qeydiyyatdan keçirərkən həmin sürücüləri texniki xəta səbəbindən "xxxx" MMC-yə məxsus əməkdaşlar kimi deyil, yanlışlıqla “X22 X5 Turizm Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının əməkdaşları kimi portalda qeydə almışdır. Əlavə olaraq, “Kalyon”un Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13, həmçinin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixində etdiyi yazılı müraciətlərində X10, X11 və X1 əslində “X22 X5 Turizm Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının deyil "xxxx" MMC-nin əməkdaşları olmasının nəzərə alınmasını xahiş etmiş və bununla da etdiyi səhvi qəbul etmişdir. “Kalyon”un texniki xətaya yol verməsinin və sözügedən şəxsləri nə üçün məhz direktoru olduğu “X22 X5 Turizm Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının işçiləri kimi qeyd etməsi qeyri-məlumdur. Lakin yuxarıda qeyd edilənlərə və bu ərizəyə qoşma edilən sənədlərə əsasən nəzərə çatdırır ki, X10, X11 və X7 “X22 X5 Turizm Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı üçün heç bir zaman xidmət göstərməmiş, işlər görməmişdir. X13 Xidmətinin onun İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi barədə nəticəyə gələrkən hansı sübutlara istinad etməsi qeyri-müəyyən olduğu kimi, araşdırma aparmadan, sadəcə portaldakı məlumata əsasən X10, X11 və X1 “X22 X5 Turizm Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının işçiləri olduğu nəticəsinə gəlməsi tamamilə qanunsuzdur. Göstərilənlərə əsasən hesab edir ki, barəsində qəbul edilən inzibati tənbeh vernə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən şəxsin nümayəndəsi və şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Kus Unal tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Kalyon RS X23 Ticarət İşletmesi Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Ali Durdu tərəfindən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, portal tələb olunmuş X10, X11 və X1 X22 X9 Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialının deyil Nar Transport Service MMC-ə məxsus əməkdaşlar olmasının nəzərə alınması xahiş olunmuşdur. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Kuş Unal tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X10, X11 və X1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işə cəlb edilməsi ilə bağlı qaydaların pozulmasına səbəb ola biləcək heç bir hal aşkarlanmamış, o cümlədən sübuta yetirilməmiş, həmçinin X13 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən təqdin edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni “X22 X5 Turizm Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən icazəsi istənilən məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunubolunmamalarını araşdırmamışdır. Beləliklə müəyyən edilir ki, inzibati xəta haqqında qərar qanunverciliklə müyyən edilmiş qaydada tam, hərtərəfli araşdırılmadan tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, Kus Unal barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Kus Unal barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3151/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3151/2024
21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver