Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3157/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar iş üzrə icraat aparılan şəxs: Nazirliyinin Tikintidə Qiymətqoyma Mərkəzinin nümayəndəsi Nümayəndə iştirakları ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Qiymətqoyma Mərkəzi (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 67/69 VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş 01.09.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Qiymətqoyma Mərkəzi mülkiyyətində olan “TOYOTA CAMRY MİNİK” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə 15.06.2021-ci il tarixdə, saat 09:53də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Qiymətqoyma Mərkəzinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, hələ 13.10.2017-ci il tarixdə Nəsimi Rayon Dövlət yol polisi şöbəsindən Mərkəzə daxil olmuş 29.09.2017-ci il tarixli, ***- **** saylı məktubda qurumun mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələrinin idarə edilməsi həvalə olunmuş sürücülər barədə müvafiq məlumatların təqdim edilməsi, eyni zamanda bu məlumatlar dəyişdirildikdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən 3 gün ərzində məlumatın verilməsi xahiş olunmuşdur. Bununla əlaqədar Mərkəz mülkiyyətində olan “TOYOTA CAMRY MİNİK” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı və digər nəqliyyat vasitələrinin sürücüləri barədə məlumatı hələ 13.10.2017-ci il tarixdə rəsmi qaydada təqdim etmişdir. Həmin vaxtdan sürücülər barədə hər-hansı məlumat dəyişmədiyi üçün qeyd olunan məktuba əsasən polis orqanına məlumatın təqdim edilməsi zəruri bilinməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı şəhər Nəsimi Rayon Dövlət X2 məktubu və müvafiq poçt qəbzinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Qiymətqoyma Mərkəzindən cəmiyyətə məxsus “TOYOTA CAMRY MİNİK” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 15.06.2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğu 22.06.2021-ci il tarixdə həmin mərkəzə çatdırılmışdır; Nəsimi Rayon Dövlət yol polisi şöbəsi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Qiymətqoyma Mərkəzinə ünvanlanmış 29.09.2017-ci il tarixli, ***-**** saylı məktubda qurumun mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələrinin idarə edilməsi həvalə olunmuş sürücülər barədə müvafiq məlumatların təqdim edilməsi, eyni zamanda bu məlumatlar dəyişdirildikdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən 3 gün ərzində məlumatın verilməsi xahiş olunur; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən Nəsimi Rayon Dövlət yol polisi şöbəsinə ünvanlanmış 13.10.2017-ci il tarixli məktubda “TOYOTA CAMRY MİNİK” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı və digər avtomobilllərin sürücüləri barədə məlumat verilir. Beləliklə aydın olur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Qiymətqoyma Mərkəzi mülkiyyətində və ya istifadəsində olan “TOYOTA CAMRY MİNİK” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı və digər avtomobillərin sürücüləri barədə məlumatı Nəsimi Rayon Dövlət X2 müraciəti əsasında hələ 13.10.2017-ci il tarixdə təqdim etmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 367-ci, 425-ci və 430-432-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyininnin Tikintidə Qiymətqoyma Mərkəzi barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3157/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3157/2021
01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver