Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3159/2024 16.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş qurumun nümayəndəsi X2 iştirakları ilə, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 22240965 nömrəli inzibati tənbeh vermə barədə qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 22240965 nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun idarə etdiyi "Ford Focus" markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili barəsində İXM-in 346.1-ci maddəsinin tələbini pozmağı ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə EQ 22240965 saylı protokol tərtib edilmişdir. YHQ-nin 52 və 64-cü maddələrinə əsasən tərtib edilmiş protokol əsassızdır. Belə ki, YHQ-nin 52-ci maddəsinin İV hissəsinin 10-cu bəndində deyilir: 3.27 “dayanmaq qadağandır” nişanı 1.4 nişanlanma xəttinin təsiri zonalarında qüvvədədir. Əlavə olaraq YHQ-nin 64-cü maddəsinin Vİİİ hissəsinin 3-cü bəndində deyilir: 3.27 nişanı 1.4 nişanlanma xətti ilə birlikdə tətbiq edilə bilər, bu zaman nişanın qüvvədə olduğu sahə nişanlanma xəttinin uzunluğu ilə müəyyənləşdirilir. Protokolun tərtib edildiyi ərazidə quraşdırılan 3.27 nişanı 1.4 nişanlanma xətti ilə birlikdə tətbiq edilmişdir. Yuxarıda qeyd etdiyi maddələrə əsasən avtomobili saxladığı yer 3.27 nişanının təsiri zonası deyildir və YHQ-nin 52-ci maddəsinin tələblərinə uyğundur. Bütün bunları nəzərə alaraq protokolu qanunsuz hesab edir. Bu barədə aidiyyəti üzrə şikayət ünvanlamağına baxmayaraq, şikayəti təmin edilməmişdir. Qeyd edir ki, eyni ərazidə daha əvvəllər də barəsində bir neçə protokol tərtib olunmuşdur. Protokollardan aidiyyəti üzrə şikayət ünvanlandıqdan sonra başlanmış icraatlara xitam verilmişdir. Bu barədə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-2460/2022 saylı qərarı, xx.xx.2023-cü il tarixli, 3(006)-3026/2023 saylı qərarı, xx.xx.2024-cü il tarixli, 3(006)-1869/2024 saylı qərarı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-2417/2022 saylı qərarı və Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin icraata xitam verilməsi barədə məktubları da vardır. Bütün bunlar tərtib olunmuş protokolun əsassız olduğunu bir daha sübut edir. Onu da bildirir ki, aidiyyəti orqan tərəfindən şikayətlər heç bir əsas göstərilmədən təmin edilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranır. İXM-in 8.1-ci maddəsinə görə - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin maddənin 2-ci bəndində - inzibati məsuliyyətə cəib olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, 3-cü bəndində isə - inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir deyilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Barəsində tətib olunmuş qərarın ləğv olunması ilə bağlı qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X3 şikayətini müdafiə edərək təmin edilməsini və inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış qurumun nümayəndəsi X4 şikayətə yazılı etiraz təqdim edərək ona uyğun izahatında bildirmişdir ki, şikayət ərizəsi əsassızdır. Şikayətçi avtomobili saxladığı yolun başlanğıcında quraşdırılmış 3.27 nişanı olduğu halda buna əhəmiyyət vermədən avtomobili orada saxlamışdır. Belə ki, yolun başlanğıcında 5.9 nişanının (avtobus zolağı) və 3.27 nişanının (dayanma və durmanın qadağan olması) olduğunu təsdiq etmişdir. Hesab edir ki, Fərid Mirzəyevin günahsız olması görüntüsünü yaratmaq üçün məhkəmə ilə qeyri-səmimidir və real həqiqəti gizlətməyə çalışır. İlk əvvəl qeyd edir ki, Fərid Mirzəyev fotoda qeyd edilən ünvanda avtomobilini artıq neçə dəfədir park edir və cərimələnir. X7 Qanunun 52-ci maddəsinin 1 bəndinin 2 hissəsinin tələbini pozmuşdur. 52-ci maddədə göstərilir: İV. Aşağıdakı yerlərdə: 3) 1.1,1.3və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə 10) 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında dayanma qadağandır. Yəni, Fərid Mirzəyev avtomobilini həm 3.27 nişanının təsir zonasında, həm də 1.1 üfüqi nişanlanma xəttindən 3 metrdən az məsafədə dayandırmışdır. Belə ki, məhkəməyə təqdim edilən fotoşəkillərdən də göründüyü kimi onun avtomobilini dayandırdığı yer avtobus zolağının içərisindədir və zolaqdan cüzi məsafə aralıdır. Çünki avtobus zolağının eni maksimum 3 metrdir və həmin 3 metrin 1.7 metr artıq tutulub (avtomibilin minimal eni 1.7 metrdir), 1.3 metr qalır. Qanunun tələbinə görə bu məsafə 3 metrdən az olmamalıdır. Əks halda gündüz saatlarında avtobus, gecə saatlarında isə digər məqliyyət vasitələrinin həmin zolaqla hərəkətində çətinlik yaranır, onlar məcburən zolaqdan çıxır və qəza şəraiti yaranır. Başqa sözlə Mirzəyevin həmin ünvanda avtomobil park etməsi bədbəxt hadisələrin baş verməsinə səbəb ola bilər. Guya görmədiyi barədə qeyri-ciddi dəlillər irəli sürməyə çalışsa da, 1.1 üfuqi nişanlanma xəttindən 3 metrdən az məsafə saxladığı ilə bağlı heç bir dəlil irəli sürə bilmir. Qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X3 09 iyul 2024-cü il tarixdə saat 14:14-də Bakı şəhəri, S.Rəhimov ərazisində “Ford Focus minik” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən dayanma və durma qaydalarını pozduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 20 (iyirmi) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X3 09 iyul 2024-cü il tarixdə saat 14:14-də Bakı şəhəri, S.Rəhimov ərazisində “Ford Focus minik” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən dayanma və durma qaydalarını pozduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X1 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, X7 Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1-ci bəndinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; Göründüyü kimi qanununvericiliyin tələbi yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə -iyirmi manat məbləğində cərimə edilir. X7 Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Həmin Qanunun 52-ci maddəsinin Vl hissəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsi sürücüsünün sərnişinləri mindirmək və düşürtmək üçün nəqliyyat vasitəsini bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənar dayandırması qadağandır. Həmin Qanunun 52-ci maddəsinin İV-l hissəsinə əsasən nəqliyyat vasitələrinin aşağıdakı yerlərdə durması qadağandır: 1) dayanmanın qadağan edildiyi yerlərdə; 2) yaşayış məntəqələrindən kənarda — yolların hərəkət hissəsində; 3) 5.1 nişanı ilə işarələnmiş yerlərdə; 4) dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; 5) girişin, habelə darvaza qarşısında. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X1 durma qaydalarını pozaraq inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3159/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3159/2024
16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver