Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3167/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis idarəsi Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsi tərəfindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu məhkəmə iclasında baxılmağa hazırlayarkən m ü ə y y ə n e t d i m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan məcəllənin müvafiq maddəsi düzgün göstərilməmiş, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamışdır. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmalı, həmçinin inzibati xətaya görə məsuliyyət nəzərdə tutan məcəllənin müvafiq maddəsi göstərilməlidir. Beləliklə, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ya digər materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis idarəsi Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim: Elməddin Hüseynov BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, A.Məhərrəmov küçəsi 15 Tel:. 431-37-22, ***- ***-**-** xx xxxxxx 2020-ci il iş № 3(006)- 3167/2020 Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis idarəsi Nəsimi rayon Polis İdarəsinə Bakı şəhəri, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi ilə Kənar dairəvi yolun kəsişməsi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati protokol və ona əlavə olunmuş sənədlər Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(006)-3167/2020 saylı qərardadına əsasən Sizə geri qaytarılır. Qoşma: qərardad və ona əlavə olunmuş sənədlər. Hakim Şəlalə Həsənova xx xxxxxx 2020-ci il iş № 3(006)- 3167/2020 Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis idarəsi Nəsimi rayon Polis İdarəsinə Bakı şəhəri, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi ilə Kənar dairəvi yolun kəsişməsi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati protokol və ona əlavə olunmuş sənədlər Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(006)-3167/2020 saylı qərardadına əsasən Sizə geri qaytarılır. Qoşma: qərardad və ona əlavə olunmuş sənədlər. Hakim Şəlalə Həsənova İş № 3(006)-3167/2020 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ P R O T O K O L xx xxxx 2020-ci il Bakı şəhəri NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi Məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis idarəsi Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Nəsimi rayon məhkəməsinin binasında baxılır. İclas saat 17:40-da açıldı. Sədrlik edən məruzə edərək bildirir ki, Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis idarəsi Nəsimi rayon X3 patrul xidməti inspektoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Sədrlik edən iş materiallarını nəzərdən keçririb, qərarın çıxarılması üçün müşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərardadı elan edir. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş və imzlanmışdır. Sədrlik edən: Məhkəmə iclas katibi:
Məhkəmə qərarları › İş №3(006)-3167/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3167/2020
03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver