Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3174/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət olunla əsaslandırılmışdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə X4 AR İXM-nin 346.1-1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, tətbiq olunmuş inzibati tənbeh tədbiri tam əsassızdır və həmin qərar ləğv edilməlidir. **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2025-ci il tarixdə S.Rüstəm küçəsində yerləşən 18717 saylı parklanma məntəqəsində avtomobili park etmiş və buna müvafiq ödənişi həyata keçirmişdir. Səlahiyyətli orqan tərəfindən parklanma məntəqəsi səhv olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Hesab edir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN ******* saylı protokol əsasında çıxarılmış xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı tam qanunsuz hesab edilməli və ləğv edilməlidir. AR İXMnin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (xəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin məcəllənin 346.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat məbləğində cərimə edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları pozulmaqla qəbul edilmiş bu əsassız qərarlar mənim hüquqlarımın pozulması ilə nəticələnmişdir. Belə ki, normada qeyd edildiyi kimi inzibati xəta tərkibin yaranması üçün 3 əsas nəzərdə tutulmuşdur: parklanma müddətinin başladılmaması, ödəniş edilməməsi, ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsi. Qeyd edilən əsasların heç biri mövcud olmamışdır. Belə ki, tərəfindən müvafiq qaydada parklanma əməliyyatı xüsusi proqram təminatı vasitəsilə edilmiş və ödəniş həyata keçirilmişdir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. AR İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, şikayətçi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, şikayətçinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət üzrə icraata xitam verilməlidir. Belə ki, X3 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə Ə-7446 nömrəli müraciəti əsasında AYN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati qərarın ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, X3 barəsində eyni şikayət üzrə məhkəmə qərarı qəbul olunduğuna görə iş üzrə icraata xitam verilməlidir. Bu Məcəllənin 53.1.7-ci maddəsinin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati xəta haqqında AYN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarından X3 verdiyi şikayət üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3174/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3174/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver